Страница 544 из 5746 << < 540 541 542 543 544 545 546 547 548 > >>
Nurane |

Salam Haci.Size suallarim var.1.Men hazirliqlara gedirem.Namazlarimi qila bilmirem.Ele olur ki subh namazina da dura bilmirem.Axşam yorgun olub yatib qaldigimda olur.Sonra cox pis oluram.Tovbe edirem.Sonra yene namazlarimi qila bilmirem.Qeza namazlarimida qila bilmirem.Sizce ne edim?.2.31 dekabr gunu Mehemmed Peygemberin ölumu gunudur?Hemin gunu yeni il ucun hazirlaşmaq gunahdir? Cavablandiracaginiz ucun sag olun.

Ответ / Cavab

Aleykumusalam.

1.Namaza deməyin işim var, işiniə deyin namazım qalıb. Günün 24 saatını bütün nümətləri ilə bizə verən Allaha həmin 24 saatın  yarım saatını ayıra bilmirik?

2.Peyğəmbərimizin  vəfat günü keçib.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 10 Декабрь, 2017
AYSEL |

salam. mən təzə ailə qurmuşam.qaynanam qaynatam sözbaz adamlardı.buna görədə hərgün cənabət qüslu ala bilmirəm.onların qınamalarına baxmayıb qüsl ala bilərəm.sadəcə hərşeyi valideynlərimə deyəcəklər, valideynlərimdə dindən uzaq olduqlarına görə mənə "namazı at, ailəndə sözsöhbət olur" deyəcəklər.yəni söhbət böyüyəcək, namaz qılmağa qoymayacaqlar. ama Allah şahiddi ki hərgün namaz qılmaq istəyirəm.sualım buduki olarmı ki bacaranda qüsl alım, bacarmayanda, mümkün olmayandada təyəmmüm eliyim? Yoxsa ele 2,3 gunden bir qusl alib qilsam olaar? çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Siz qüslünüzü edin, sizə irad ediləndə onlara məhəbbətlə , xoş cavab verin, qalanları da düələr.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 10 Декабрь, 2017
Vüsal |

Salamun aleykum. Krap çöpləri yemək haramdır?

Ответ / Cavab

Aleykumusalam.

Əgər bu krab olan su heyvanına aiddirsə, bəli.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 10 Декабрь, 2017
Musa |

Salam/ 1) Tərkibində donuzdan nəsə olan tabletkanı istifadə etmək olar? 2) Vacib sədəqə hansı sədəqəyə deyilir? 3)səhərlər mən sədəqə çaxırıram bu sədəqə vacib sayılır yoxsa müstəhəb?

Ответ / Cavab

Aleykumusalam.

Əvəzedicisi varsa, ondan istifadə edilməsin.

Sədəqə mustəhəbbdir.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 10 Декабрь, 2017
Sual |

Salam Haci. Herden yerimde uzananda wirin yuxu aparir, durub iwigi sondurmeye de erinir adam. Iwiq yanili halda yuxuya gedirem meselen 1-2 saat. Bu halda mene israf eden gunahi yazilir?

Ответ / Cavab

Aleykumusalam.

Bilərəkdən olmazsa, israf günahı yazılmaz.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 10 Декабрь, 2017
Salam |

Salam.Cox xahis tecili cavab vererdiniz.Men qusl almisam indi elimin ustunu gorurem ki kicik rucka yazisi qalibmis.Indi tezden almaliyam?

Ответ / Cavab

Aleykumusalam.

1.Əgər suyun dəriyə toxunmasına mane olacaq qədərində deyilsə, qüsl düzdür.

2.Əgər sol əlinizdədirsə. onu təmizləyib həmin yeri qumaqla qslbitər.

3.Sağ əlinizdədirsə həmin yeri təmizləyin, oranı yuyun və sonda sol tərəfinizi yenidən yuyun, qüsl bitsin.

Allah sizə yar olsun

Задан: 10 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Ilahe |

Salam.xalam qizi qaynanasi ile qalir.yoldawi aldigi maawi anasina verir.lakin maawindan 40 manat ayiraraq anasindan xebersiz xalam qizina verir ki, qizina ne lazimdisa alsin.qaynanasina uwaq ucun bir wey aldirmaq isteyende pul yoxdu deyerek uwagin ehtiyyaclarini almaqdan boyun qacirir.xalam qizi bilmek isteyir ki, yoldawi ona verdiyi pul haram sayilirmi?

Ответ / Cavab

Aleykumussalam

Yoldashi pulun sahibidir.

Allah size yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Salam |

1)aya "ne demekdir?2)ereblerde necidene il ve ay adi var?mes:bunlari bilirem shemsi ili, qemeri ili, fil ili.ve niye bizdeki kimi birdene deyil birnechidene adi var?

Ответ / Cavab

Aleykumussalam

Goresen menasinda ishlenir.

Arabler de bir il ile gedirler. Hicri qameri ili. Fil ili -Fil hadisesi olan ile deyilir. Hicri shemsi ili ise asiya olkelerindedir.

Allah size yar olsun

 

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Salam aleykum |

Bu hansı ayədir : Ey kaş filankəsi dost tutmayaydım.....

Ответ / Cavab

Aleykumussalam

Furqan suresi 28 ci aye.

Allah size yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Sual |

Salam Haci. Qeza namazlarimi ruhumua agir gelmesin deye bele qiliram. Subh namazindan sonra bir subh qezasi, zohr ve esri qurtarandan sonra bir de zohr ve esr qiliram qeza olaraq, wam ve xifteni qilandan sonra bir de wam ve xiften qiliram qeza olaraq. Bele etmek olar? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Bunun heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Xanım |

Salam hacı mənim qrup yoldaşım qız var deist oldugunu deyir. Deyir Allahı qəbul edirəm, dinləri yox. İndi bilmək istəyirəm həmin insan pak sayılır yoxsa nəcis?

Ответ / Cavab

Aleykumusalam.

Deistlər elə ateistlərdir, yeni libasa bürünüblər. Yaxşı dinləri  qəbul etmirlərsə, görəsən Allahı haradan tapdılar?. Onlardan uzaq durun

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
E......V |

salam 1.Dünən gecə evdə qara horümcək gəldi yanıma gələn kimi yanımnda stəkan var idi tez qoydum usdune öldürmədim qaldı stəkanın altında səhər tezdən aparıb buraxdım həyətə getdi indi mən bilmək istəyərdim ki mən nəsə günah edmişəm ? Hərhalda o hörümcəyin bu evdə yuvası var idi mənsə onu həyətə atdım yuvasından qovdum 2.Xof nədir ? 3.Məsələn bir sirrin var dostunda sənə çox yaxındı sənsə demək istəmirsən demirəm desəm qəlbi qırılacaq necə deyim ki qəlbi qırılmasın ? 4.Qadin yoldaşını cəlb etmək üçün acıq dar falan geyinə bilər sadəcə evdə 5.Nə üçün İslam dini kişiyə 4 arvad almaga icazə verir ?

Ответ / Cavab

Aleykumusalam.

1.Günah etməmisiz.

2.Xouf  yəni qorxu.

3.Xətrinə dəyməyəcək bir yol fikirləşin. Onun xasiyyətini siz daha yaxşı bilərsiz.

4.Öz əri üçün bəli, geyinə bilər

5.Bunun hikmətləri çoxdur, elə bir iki cümlə ilə  cavab verməklə düzəlməz.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Sual |

Haci onda izahinizdan bele cixir ki banklarin faizle verdiyi kreditler hemin o ayeye aiddir? Faizle bagli susl veren adamam.

Ответ / Cavab

Aleykumusalam.

Kredit məsələləri fərqlidir. Birbaşa olaraq hamısının həmin ayəyə şamil olmasını deyə bilmərik, lakin bir çoxlarının kredit siyasətinə aiddir.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Sual |

Salam aleykum.Demeli bizim ev soyuq olur.Ozumde 1 ay bundan qabaq xestelenmisem helede oskurek canimdan cixmayib.Size demek istediyim buduki,dunen cimmisem axsamda cunub olmusam subh namazina teyemmum etdim bir nece gunden sonra cimsem olar ev soyuqdu tez xestelenirem.

Ответ / Cavab

Aleykumusalam.

Əgər qüsl etməyə heç bir imkan və şərait yoxdursa və ya canınıza ciddi ziyan edirsə, o zaman təyəmmüm edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Gerib Xanim |

SalamAleykum.Men geza orucu tutmuwam.Yemek biwirirdim ve barmagim bicagla derin kesildi,garwisni ala bilmedim ve cooxlu gan getdi.Menim orucum batildi???

Ответ / Cavab

Aleykumusalam.

Xeyr. yaralanmaq orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Sual |

Salam Haci. - Ey iman edenler! Kat kat artırılmış olarak faiz yemeyin. Allah'tan sakının ki kurtuluşa eresiniz. Mene maraqlidi gunumuzde hansisa ewyalari faizli kredite veren magaza sahibleri de bu ayeye aiddir? Aid deyilse sebebini yazin. Tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu pul verib üzərində artıq alanlara aiddir. Kredit mala gəldikdə isə orada məsələ belədir, nağd bir qiymətə. nisyə olaraq asta asta verməklə baha qiymətə.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Salam |

1)elesi olur ki medresededi ama telefonuna zeng gelende achib deyirki mesciddeyem.bu halda yalan danisilmish olur?2)mutteqi ne demekdir?

Ответ / Cavab

Aleykumusalam.

1.Sözündən məlumdur ki, yalan deyir.

2.Təqvalı, dində pəhrizkar olan.

Allah sizə yar olsun

Задан: 9 Декабрь, 2017 , Опубликовано: 9 Декабрь, 2017
Anonim |

Salam Haci. Xahis edirem bir boyuyum kimi meslehet veresiz. Evveller bir qizla haram munasibet saxlamisam, yeni sevgili olmusuq. Men esgerlikde olanda qizi atasi basqasina verdi. Indi bunun ustunden cox vaxt kecib. Sizce qizin ailesine bir mektub yazib catdirmaga deyer mi? Ki yazim kk bes ata anasina haqlarini mene halal etsinler. Yazim bele bir sey yoxsa hec qurdalamaga deymez?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, tovbə edin və bir daha harama tərəf getməyin.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2017 , Опубликовано: 8 Декабрь, 2017
Sevil |

Salam.her vaxtiniz xeyir olsun.xahiw edirem fikirlerime aydinliq getiresiz.sizce niye göre kiweler tebieten xeyanetkar olur? Sizce ele bir kiwi varmi ki heç zaman yoldawina xeyanet etmesin? Xahiw edirem semimi cavab verin.önceden tewekkür edirem.

Ответ / Cavab

Aleykumusalam.

Qadınlar kişilərin, kişilər isə qadınların xəyanətindən danışır. Görəsən kişilər kimlə xəyanət edir, qadınlarla etmirmi?, Qadınlar kimlə xəyanət edir, kişilərlə etmirmi? Xain xaindir. Paklar da var, xainlər də.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2017 , Опубликовано: 8 Декабрь, 2017
Ilahe |

Salam.suallarimizi cavab yazdiginiz ucun cox sag olun.sizin sayenizde bilmediklerimi oyrenirem. 1-ci sual-Qohumda qadin oz dogmalarinin weklini xetadan-beladan qorumaq ucun quranin arasina qoyur.bu duzgundurmu? 2-ci sual-Namaz qilarken qadinin geyindiyi paltari ciriq olarsa ve beden hissesi gorsenerse bu gunah sayilirmi?

Ответ / Cavab

Aleykumusalam.

1.Belə bir şeyin düz olması barədə bir xəbərə rast gəlməmişik.

2.Bu namazı pozar.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2017 , Опубликовано: 8 Декабрь, 2017
Страница 544 из 5746 << < 540 541 542 543 544 545 546 547 548 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com