Страница 546 из 5746 << < 542 543 544 545 546 547 548 549 550 > >>
Qemgin |

Salamun Aleykum haci. Dunen tramp Qusdu israilin paytaxti elan eledi((( dunenden ozume gele bilmirem. Ne ede bilerik axi biz ((( bir zulme qarwi cixa bilmirikse bes biz nece komek edek muselmanlara?((( ele evde oturub aglamaqdan , israile trampa lenet oxumaqdan bawqa hecne gelmir elimden(((( bu vehabi ewwekleri ne qeder silahsiz wie qani axitdi, Allahu Ekber deyib baw kesdi , hardadi indi onlar??? Gedib bu haqsizliqada Allahi ekber deyib israilin bu iwine mane olsunlarda indi hamisi sican dewiyine girerler. Werefsizler. Allah heqiqi muselmanlari qorusun bu cehennem itlerinden((

Ответ / Cavab

Aleykumusalam.

Bəli, elə bu işlərə nifrətimizin olması, ən azından düzgün düşüncədə olmağımıza və haqqın tərəfində. məzlumun yanında durub, zalıma nifrət etməyimiz ən azından əlimizdən gələndir.

Vəhhabiləri elə bunlar hazırlayıb musəlman ölkələrini, ordularını və əmin amanlıqlarını onların əliylə dağıdıb, rahatca istədiklərini edirlər.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Salam |

Sakin nundan sonra vev ve ye herfi gelende burdaki sakin nun nece teleffuz edilmelidi?

Ответ / Cavab

Aleykumusalam.

Burada nun hərfinin ğunnə halı ortaya gətirilir , lakin hərf özü tələffüz olunmadan  vav (yaxud yə) hərfi  şiddətli tələffüz olunur.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Q.Gulay |

Salamunaleykum.Yagis suyuna niye,ne ucun dua oxunur?ALLAH (a.c) razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Rəvayətlərdə Niysan yağışının ilkini toplayıb muəyyən dualar oxunarsa, bu su muəyyən xəstəliklərə dərman olar.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Q.Gulay |

Salamunaleykum.Evde hec yere getmeden imanimizi artirmagin yollarin oyrenmek isdeyirem, nece?Evvelceden ALLAH (a.c) razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Haramlardan uzaq durun, halallara meyl edin, şubhəli şeylərdən qaçın. Vacibləri icra edin. etdiyiniz ibadətlərin keyfiyyətinə diqqət edin.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
seda |

Salam Əleykum. 1)Peyğəmbər (S)-ın həyat yoldaşı Aişə xanıma iftira atılması doğrudurmu? 2) iki alimin təsfir etdiyi Qurani-Kərimin şərh verilmiş hissəsində belə bir izah var.Həzrəti Əli Əleyhissalam O zaman Həzrəti Peyğəmbərə Aişəni boşa demişdir.Bu nə dərcədə doğrudur?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, belə bir hadisə olub.

İmam Əli Rəsulullaha tam tabe bir şəxs idi, O Həzrətə yol göstərən deyildi, tam yəqinliklə onun vəhyə bağlı olduğunu bilirdi.

Aynur |

Salam bəs deyirlər Kərim adını tək qoymaq olmaz adın əvvəlinə Abdul əlavə etməliyik bu doğrudu?

Ответ / Cavab

Aleykumusalam.

Əgər elə olsaydı, müsbət cavab verməzdik.

Allah və Rəhman adları ALlahn xususi adlarıdır ki, bunarı insana bir başa qoymaq olmaz, əvvəlinə mutləq əbd (qul) əlavəsi qoyulmalıdır, Əbdullah, Əbdurrəhman kimi olmlıdır, qalan adlarına bu hökm aid deyil.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Ağaxuseyn |

Salam bedenin bir yeri gan olub ve hemin yere su vurmag olmaz destemaz almag olarmi

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz üzvü deyilsə, adi qaydada dəstəmazını alacaq.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
.... |

Salam1)Yolda qadin dilenchilere rast gelende dilenib pul isteyirler. onlara sedeqe vermek duz sayilir?2)seyyidlere sedeqe vermek haramdi yoxsa nezir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Əgər fəqirdirlərsə, verin.

Seyyidlərə sədəqə haramdır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
.... |

Salam1)biri namaza gedende eynine geyindiyi paltar biraz mundar olmuwsa ve oznunde xeberi yoxdur, o ele halda namaz qilsa duzdur ?2) Mes: men bilerm paltari pak deyil bu halda ona demeyim wertdi bunu?

Ответ / Cavab

Aleykumusalam.

1.Xəbəri yoxdursa, onunla qıldığı namazlar düzdür. bildikdən sonra mütləq paklamalıdır.

2.Pak olmayanı yuyub paklamaq lazımdır.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
.... |

Salam1)Naqis idqamin mexreci hansi terefdi?2)peyqenberimizden bele hedis var? ele zaman gelecey ki sizin bir iliniz bir ay bir ayininz bir hefte bir hefteniz bir gun bir gununuz ise bir saat olacaq. Duzdu bu?3)Hz Rabie kim olub?

Ответ / Cavab

Aleykumusalam.

1.Məxrəc hərflərin tələffüzünə aiddir.

2.Mümkündür olsun.

3.Belə bir şəxs tanımırıq.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Sefer |

Sefer namazi nece qilinir?

Ответ / Cavab

Aleykumusalam.

4 rükətli namazlar sübh namazı kimi iki rükət şəklində qılınacaq.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Sefer |

Salam.1.Bir nefer Azerbaycandan Amerikaya gederse ve orada 20 gunden cox qalarsa namazlari qesr olurmu? 2. Hemin adam sefer namazi qilmalidir? (Sistani aga)

Ответ / Cavab

Aleykumusalam.

Əgər bir yerdə qalacaqsa, 10 gündən artıq qalacağı yerə çatan kimi namazları tam olacaq.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 7 Декабрь, 2017
Fərid2020 |

Salam.sabah rayona yola cixmaliyig.amma yuxuda dostum ozunun rehmeye qedmesini gorub ve menide bashqa bir adam agir xeste halda yuxuda gorub.indi biz neynemeliyik qedek ya yox?

Ответ / Cavab

Aleykumusalam.

Yuxular höccət deyil. Getməkdən çəkinirsizsə, getməyə bilərsiz.

Belə yuxulardan sonra sədəqə çıxarın.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Abdullah |

salam olsun ewq ehline,cox sagolun 1)bir weyi deqiqlewdirmek isterdim,eger bir wexs oz heyat yoldawiyla bowanibsa 40 kecib,tezden kebin galiya biler o hemin qadin ile? Ayatollah sistani

Ответ / Cavab

Aleykumusalam.

Əgər aralarında talaq oxunubsa və talaq oxunmadan 3 ay keçməyibsə, sadəə barışmaları ilə kəbinləri bərpa olur.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
vahid |

essalamu eleykum. sualim beledi. islam insana sag terefde yatmaga meslehet gorur indi ise alimler sol terefi meslehet gorur hansi daha dogrudu cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla alimlər sol tərəfə yatmağı məsləhət görmür. Hansısa hoqqabaz özünü gündəmmə gətirmək üçün tərsə bir fikir irəli sürürsə, bunu alim sözü kimi dəyərləndirməyin.

Bunu birdəfəlik bilək ki, insanı Yaradanı daha yaxşı bilir. İnsan 21 ci əsrdə Marsa raket göndərir. Bu roket yerdən pultla idarə olunur və marsa oturu, oradan torpaq götürür və yerə qaytarılır. 21 ci əsr ibsanı bu elmə sahib olub. Bununla yanaşı həmin bu insan 21 ci əsrdə  hələ insanı tam olaraq öyrənə bilmədiyini də etiraf edir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
ZohCav |

Salam! Depozit kartını, məsələn Albalı kart işlətməyə münasibət nədir?

Ответ / Cavab

Aleykumusalam.

Əgər zərurətdəndirsə, iczəli sayılar.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Aynur |

Salam uşağa Kərim adını qoymaq olar ?

Ответ / Cavab

Aleykumusalam.

Bəli olar.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Billurə |

Niye gore Allah insana halal buyurdugu heyvani qadin deyil mehz kisi kesir.??

Ответ / Cavab

Aleykumusalam.

Qan tökmək adının lətif təbiətinə mənfi təsir edir.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Elnur |

Salam, bu gün şiə proqramı var -SHİA calendar- gəlmişdi telefona ki Məhəmməd (s) Peyğəmbərimizin və İmam Cəfər as- Sadiqin ad günüdür

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu belədir.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Страница 546 из 5746 << < 542 543 544 545 546 547 548 549 550 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com