Salam haci! Burda suallar arasinda oxudum ki quslda esas baw ve boyun birlikde yuyulsun. Men qusl edende bawimi yuyanda stulun ustune oturub bawimi awaqi salib yuyuram cunki duw awagidadi, sonra ayaqa qalxib sacimi baqlayib yenede bagli sacin ustunnen su tokurem ve bundan sonra ayri boynumu yuyuram. Bele etmek olar? Tebii ki bawi yuyanda boyunada su deyir, amma her ehtimala qarwi men bawdan sonra duwu boynuma tutub ayri boynun her terefin yuyuram. Bu duzdu? Yoxsa su bawdan boyuna tokulmelidi? Narahat oldum. Men bawdan sonra derhal boynu ayri yuyurdum hemiwe. Xahiw edirem deyin ki duzdu. Cox sagolun
Salam çox xaiş edirem cavablandirardiniz.men illerdi möhrle namaz qiliram.bu gece yuxumda 2rüketli sünni namazı qilmali olduğumu gördüm.çox xaiş edirem cavab verin ne etmeliyem?
Ответ / Cavab
Aleykumusalam.
Namazınızı qılın, yuxular insana dəlil və höccət deyil.
Salam Hacı. Sizə Qur'an ayələri haqqında suallarım var. 1) Fatihə surəsində: Əlhəmdu lilləhi rabbil aləmin yoxsa ələmin? Ğayril məğdubi aleyhim yoxsa ələyhim ? Vələd-dallin yoxsa vələzzallinə ? Bismillahir-Rəhmanir-rəhim yoxsa Bismilləhir-Rahmənir-rahim ? 2) İxlas surəsində: Allahus-Saməd yoxsa Səməd 3) Fələq surəsində: Qul əuzu birabbil fələq yoxsa birəbbil fələq ? Xaləq yoxsa xələq ? Vəqab yoxsa vəqəb ? 4) Nas surəsi: birabbin-nəs yoxsa birəbbin-nas ? 5) Ümumiyyətlə bu fərqlər niyə görə yaranib ? 6) Ayələrdə "A" hərfi ilə olan səsləri "Ə" ilə oxumaq olar ? 7) Bu ayələri düzgün oxumaq üçün nəyi tövsiyyə edirsiniz ?
Ответ / Cavab
Aleykumusalam.
1.Qeyd etdiyiniz fərqlilərdə a və ə səsləri arasında olan fərq ya a kimi oxunmalı, ya da uzun ə səsi ilə.
Zallin kəlməsində isə d səsinə yaxın z səsidir.
2.Allahus-saməd.
3.birinci daha düzgündür.
4.Uzun ə səsi ilə oxunsun.
5.Ərəb və qeyri ərəb ləhcələrinə əsasən.
6.Xeyr, bu hər yerdə belə deyil və bəzi yerlərdə elə A kimi oxunar.
7.Bir Quran qaresi yanında hərflərin məxrəclərini və düzgün tilavət qaydalarını öyrənin.
Salam haci.anam qurban deyib kesmeye imkani yoxdu.ohdesinde 3 neve xeyirsiz oglu ve gelni var. isleyib onlara baxir.maasida azdi.olar xoruz kessin?gunah olmaz?birde hansi soz deyilir qurban kesende?cox sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, xoruz olmaz. Gərək insan nəzr etdikdə gücü çatanı edə. Belə deyil ki, bacarmadığımızı deyək, sonra etməyə gücümüz çatmasın. yol axtaraq. Maddi imkanı olmayanlar, müstəhəbb oruc tutmaq. müstəhəbb namaz qılmaq, və bu kimi şeyləri nəzr etsinlər.
Salamun Aleykum.1.Nezir nece edilir?2.Nezir ederken ne deyilir?3.Haram yemek yeyen biri nezir etse neziri qebul olarmi?4.Ele bir yer varmi ki ,ora nezir edenin neziri qebul olmamis olmasin? 5.Masaallah deyerken ne dusunmeliyik?Yeni Masaallah sozunun menasi nedir? 6.Bir nece insana baxsaq ve gozumuzun deymemesi ucun hamisina bir Masaallah desek kifayet eder meselen filankese filankese Masaallah yoxsa hamisina ayri ayri Masaallah demek lazimdir?Tesekkur edirem.Haqqinizi halal edin
Ответ / Cavab
Aleykumusalam.
1.və 2. Nəzr iki yolla edilir, biri odur ki, insan deyir, məsələn, əgər xəstəm sağalsa, səfərdə olanım salamat qayıtsa və sair, Allah üçün mənim boynumdadır ki, filan işi görüm. İkincisi odur ki, insan bir başa deyir, mənim boynumda olsun ki, Allah üçün filan işi görüm.
3.İnsan dua, əhd nəzr etmək üçün nəfsini pakalşdırsa daha xeyirli olar.
Salam.bir soz de soruwacaqdim.qaynenem ve baldizim namaz qilanda namazini dayandirib ele namaz xalcasinin ustunde terbiyesiz sozlerden istifade edirler.adi vaxtlarda da terbiyesiz sozler iwledirler.bilirem ki bu gunahdi.bilmek istediyim odur ki, bu hereketin cezasi varmi? Meselen namaz qilib caduyla mewgul olan insanin 40 gun qildigi namaz qebul olunmur.batil kimi qebul olunur.
Ответ / Cavab
Aleykumusalam.
Onları düzgün yola hidayət edin, hidayət olmaları üçün dua edin.
Salam.1.menim yolum uzaqdi derse catmaq ucun seher saat 6da evden cixiram. Birde axwam saat 5-6arasi eve gelirem. Yeni Namazlarim qezaya qalir. Bu gunah sayilir? Yoxsa mecburiyyetden oldugu ucun bagiwlanar? 2.men uzumu spirtle silsem olar? Axwamlar silmeliyem onun destemaza tesiri varmi?
Ответ / Cavab
Aleykumusalam.
1.İşə yetişən kimi namazınızı qılın. Əgər işə yetişənə qədər qəza olursa, yolda namazı işarə ilə qılın, işə yetişdikdə qəza edin.
salam,hamileliyden qorunmaq ucun spiral deyilen bir wey var yeqinki bilirsuz,onu adet gunun dorduncu gunu qoydurmuwam bu gun sekkizinci gundu hele cole qan gelir ,on gun gozdeye bilerem yani namaz qilmiyim qusul vermiyim,on gunden cox olsa neyniyim???on gun gozdesem gunah olar???bu spirali qoyanda hekim xeberdarliq edirki arada qan gele biler ,gelerse ne edim?birde istiahaze ne demekdir bilmirem bawa salarduz,cox saqolun
Ответ / Cavab
Aleykumusalam.
Adət halı 10 gündən artıq olmaz. 10 gündən artıq olan istihazə sayılar. İstihazənin hökmlərinə əsasən əməl edəcəksiz.
Haci qadin normal yolla yox emeliyyatla usaq dunyaya getirende de halalzade usaq onda da Allah hemen qadinin gunahlarini bagiwlayir ? Ya bu ancaq normal yolla azad olanda qadina aiddir?
Ответ / Cavab
Aleykumusalam.
Rəvayətlərdə ayrılmayıb, normal ya qeyri normal, bu cəhətdən biz də ayıra bilmərik.
salam. bəli atamın iznilə olub kəbinimiz mən dedim ki getdiyim yerlər barədə nişanlıma hər dəfə xəbər edib həmçinin izin almalıyam yoxsa buna ata evindəyəm deyə hər dəfəsində ehtiyac görülmür?mən demirəm atam yoxsa nişanlımın sözü sadəcə dedim nişanlım gedəcəyim yerə izin versə belə ona demədən gedsəm bu mənə günahdır?
Ответ / Cavab
Aleykumusalam.
Qeyd etdik ki, atanızın vilayəti altındasız, izni o verəcək.
Salam.menim qaynenem ve baldizim namaz qilirlar.hemcinin caduya da inanirlar.baxiciya quran acdirir.kartda baxdirib geleceyi oyrenirler.men ne qeder demiwem ki bele weylere inanmayin.meni goz ucu baxirlar.deyirler ki, sen bilmezsen.oyrenmek isteyirem ki, bu emel ne qeder duzgundur?