Salam aleykum. İnsanlar əgər gözlərini açdıqdan etibarən rahat yaşayırlarsa buna görə məsuliyyətləri daha böyükdür,yəni daha çox şükr etməlidirlər, daha çox xeyir işlər görməlidirlər. Digərləri isə həyata qədəm qoyduqdan elə hey əzab-əziyyət içərisində olurlar, amma axirətləri üçün bu daha xeyirli ola bilər. Quranda buyurulub ki, Allahın ədalətindən heç kim zərrə qədər narazı qalmayacaq. Sadəcə sualım budur ki, bəs heyvanlar necə? Bəziləri dünyaya şikəst gəlir, bəziləri zülmə məruz qalır, amma bəziləri də ev heyvanı olduguna gore daha rahat yaşayır. Yəni heyvanların gedəcəyi yerlər necə olacaq buna görə?
Ответ / Cavab
Aleykumusalam.
Heyvanların axirət həyatı yoxdur və onlar.Burada həyatları bitir.
Salam aleykum. əsr namazında 3cü yoxsa 4cü rükətdə oldugumu şəkk elədim. amma daha çox 4cü reketde oldugumu ehtimal edirdim. Salamları deyib qalxıb bir reket ehtiyat namazı qıldım. namazım düzdür? 2)əsr namazinin ehtiyat namazı olduguna görə həmd-surə səssiz deyilməlidir? 3) ehtiyat namazi - 3 dəfə əssəlah deyib ehtiyat namazı qılıram, niyət bu cür olmalıdı? Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Şəkk odur ki, insan 50-50 yə qala, hanında olduğuna ehtimal yoxdur. Əgər 4 rükət olmasına ehtimal artıq idisə, bu şəkk sayılmaz və belə halda qərarı 4 bilib namazı bitirəcəksiz.
2.Ehtiyat namazı iilk iki rükətə aid olmadığından orada qiraət səssiz qılınacaq.
3.Heç nə deməyin. Namazın salamları bitən kimi qalxı qəlbinizdə niyyət edib namaza başlayın.
Salam. Biz kecen hefte ev aldiq,alqi-satqida oldu. Temire bashlanacaq. Temir meherrem ayinda qurtaracaq. Men ailemle meherrem ayinda o eve köce bilerem?yoxsa günahdir?cox narahatam. Allah sizden razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Gunah deyil, köçə bilərsiz, lakin muhərrəm səfər ayları bitməyincə hansısa şadyanalıq etməyin.
Salam haci! 1.Eger men Allahin hansisa adini 100 defe zikr etmek isteyiremse her defe qabaginda Ya demeliyem? Eger Allahdan hecne istemirem sadece Onun adini zikr edirem yene Ya demeliyem? Axi bu muraciet kimidir. 2. Allahi zikr etmek, dua oxumaq, salavat gondermek bunlar hamisi savabdir? Savab qazanmaq meqsedi ile bunlari etmek olar? 3. Hansisa duani oxuyub savabini Peygembere ve ailesine hediyye etsek bundan bizde savab qazaniriq ki hediyye etdik onlara yoxsa bu emelin savabi tekce onlara gedir? Tewekkur edirem.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, elə deyin.
Bəli, qeyd edilənlər hamısı və umumilikdə butun xeyirli işləri görmək savabdır.
Bəli, onlara hədiyyə etməyin savabı bəlkə daha artıqdır.
Mən nalayiq sozləri soyusu hec sevmirəm Bacim isə arada agzından elə sozlər cixardir necə dəfə sakitcə demisəm demə demə yenə deyir axirda hirsləndim bir az səsimi qaldirdım oda məndən incidi. Yaşcada məndən boyukdu sizcə mən sehv etmişəm? Gunah olub?
Salam əleykum Bağışlayın sizidə yoruram bayaq yazdığım sualla bağlı yazıram onda belə fikirlər insanın kafir olmasına dəlalət eləmir ? ? Allah köməyiniz olsun
Salam aleykum qaynimin qizi hicablidi o bilmey isdeyirki atasinin emileri(ata bir ana ayri emileri)nin yaninda hicabsiz geze bilermi? emilerin en boyuyu 26 yawimdadi
Ответ / Cavab
Aleykumusalam.
Əmi, dayı məhrəmdirlər, onlardan hicab vacib deyil.
Salam. Bayramınız mübarək olsun ! Men bir şeyi bilmek isteyirem Seyyid'lerin adi insanlardan fərqi nədir? Niyə onlar üstündür? Yeni neye göre onlara böyük hörmət və ehtiram göstərilir ?
Ответ / Cavab
Aleykumusalam.
Seyyidlər Peyğəmbərin soyunun, nəslinin davamıdır və onlara ehtiram edilməsi də elə Peyğəmbərimizə xatirdir.
salam.bu yazi ne qeder dogrudur 40 illik cadunu pozan: Seher tezden qusul alib namaz qilin, bir kasa suya awagida yazdigim dualari oxuyun ve bu duali suyun yarisini icib qalan hissesi ile cimin! Cadu inwaAllah ki mehv olacaq !!!! Dualar bunlardir :: 1) FATIHA- 3 defe 2) ELIF LAM MIM- 3 defe 3)AYETEL KÜRS- 1 defe 4)TA-HA suresinin 67, 68, 69 cu ayeleri, 5) ISRA suresi- 3 defe , 6) INSIRAH- 3 defe , 7) IHLAS- 3 defe, 8) FELAK- 3 defe, 9) NAS - 3 defe . butun bu dualari suya oxuyub dediyim kimi 3 gun ailelikce edin! Evinizi ise duzlu- sirkeli su ile yuyub her terefi temizleyin!!! Allaha siginin, ondan komek isteyin! InwaAllahki her wey pak ve gozel olar !!
Ответ / Cavab
Aleykumusalam.
Bunun hardan götürüldüyünü bilmirik. Zahirən deyilənlər hamısı Quran ayələridir. Amma tədiq edə bilmirik. Biz bunu bilirik ki,Allaha tam ixlala sığındıqda heç bir cadu əsər etməz.