Salam əleykum 1.Bir insan əgər qazanc məsələsində ancaq öz gücümlə əldə elədim Allah heç nə vermir deyirsə və peyğəmbər barəsində də düz danışmırsa kafir sayılır ? 2.bir də kafir əli quru olduğu halda bir yerə toxunarsa həmin yer nəcis olmurda hə ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, səhalətdən danışır. Ona deyin ki, öz gücünlə qalx indi filan qədər də əldə et. Kimdənsə oğramamaq, aldatmamaq şərtiylə, halal yolla.
KAfir də sair nəcasətlər kimi quru halda ötürülmür.
Salam Haci. Haci menim atam Allaha inanir ancaq emel ehli deyil. Bilirsiz ele nov adamdi ki adam bilir ki agzini acib nese desen seni ciddi qebul etmeyecek. Ele nov adamdi ki meni mecbur etmeyin qoyun heyatimi yawayim bax bu cur adamdi. Men de duwunurem ki insan gerek oz daniwigina qiymet vere. Kimse senin sozlerivi yere salib qiymetlendirmeyecekse onu demeyin menasi nedir? Indi menden bu halda da Qiyametde sorusulacaq ki niye atava teblig etmedin? Sozle olmasa da emellerimle teblig edirem. Meselen haram icki icirse sufreden durub gedirem, namaz qildigimi gorur ve s.
Ответ / Cavab
Aleykumusalam.
Siz bunun bu xasiyyətinə görə ona ALlah tanımır adı qoya bilməzsiz. Sadəcə cəhalət üzündən istəklərinin ardıncadır və özündən aşağıda gördüyü kəslərdən öyüd nəsihət istəmir. Onun üzərinə getməyin. Sadəcə bir cür yollarla onu bəzi dini filmlərər, dini verlişlərə , moizələrə sizinlə yanaşı baxmasına nail olun.
Salam Aleykum. men nefsime qalib gele bilmirem ibadetde etmekde isdeyirem amma heyata insan 1defe gelir heyatimida yawamag isdeyirem yeniki icki icmey isdiyirem dostlarimla gezmek isdeyirem . nefsimim qarwisini nece aliimm??
Ответ / Cavab
Aleykumusalam.
İnsan dünyaya bir dəfə gəlir, düzdür, amma yaddan çıxarmaq olmaz ki, axirət aləmi də bir dəfə olacaq. ikinci şans yoxdur. İnsan rahatlıq istəyirsə imtahana hazırlaşıb yaxşı qiymət almalıdır. İmtahan zamanı kef etmək istəyənə aqıllı adam deməzlər.
Salam Aleykum.Tapılan əşyanın hökmü nədi?Ayətullah Xamaneyi.Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Tapılan şeyin hökmləri çoxdur. İlk olaraq tapılan şeyin elanını vermək, bu elanı bir həftə ərzində hər gün orada vermək, sonra elanı həftədə bir dəfə bir ay vermək, bir il onu qoruyub yiyəsini gözləmək. Yiyəsinin tapılmasından ümidiniz üzülərsə. onu sahibi adından fəqirə sədəqə vermək.
Salam, Meherremlik ayı ne vaxt girir? Ve ne vaxt bitir? Bu ayda xeyir iş etmek olarmı? Yoxsa günahdır? Bildiyime göre meherremlik ayından sonra sefer ayı olur, bes sefer ayında olarmı xeyir iş etmek? Sefer ayı ne zaman bitir?
Ответ / Cavab
Aleykumusalam.
Sentyabrın 22 si daxil olacaq və 59 gün əza günləri çəkəcək.
Salam Haci. Internetde axtaranda Mawin wekilleri cixir, hansi ki wekillerin uzerinde muellif huquqlarina aid hec ne yazilmayib. Yazisiz mawin wekilleridi.Bu wekilleri biz de oz sehifemizde paylawa bilerik mi? Sistani aga.
Salam. Bu Nadi Əli duasidir? Nadə Əliyyən məzhərəl-əcaib! Təcidhu əunən ləkə fin-nəvaib. Kullu həmmin və ğəmmin səyəncəli, Bivilayətikə ya Əliyyu,ya Əliyyu,ya Əliyyu! Tərcüməsi: Əcaibləri aşkara çıxaran Əlini (ə.) çağır! Onu,sənə çətinliklərdə kömək edən görərsən! Bütün qüssə və kədərlər çəkilib gedər, Sənin vilayətinlə,ya Əli (ə.),ya Əli (ə.),ya Əli (ə.)! Eger herflerde sehvler var zehmet olmasa duzeliw edin. 2. Ixlas.az şielerin saytidi, orada dualar haqda yazilanlar duzdur? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, həmin duadandır.
Zahirən şiə saytıdır. Yazılanların düz olub olmamasını bilmək üçün onları oxumalıyıq, amma üzrlü bilin ki, buna vaxtımız yoxdur.
Salam. Bayraminiz mubarek. Eger sidikten sonra alete su tutularken aletin ucuna deyib ayaga su sicrasa, ancaq su alete deyen kimi yox bir az sonra sicrasa o halla namazlar qebul olur? 2) bele bir veziyyetde ayaga sicrayan su eger mundar olsa tutaq ki necenci oturulme sayilacaq. Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Pak etdikdən sonra olara, bəli, paklayıb qurtarmamış sıcrayan su pak olmaz.
Salam Haci. Herden Hecc ziyareti eden kiwileri gorurem ki ehramlari ele geyirler ki uzr isteyirem sinesinin yarisi gorsenir aciq awkar. Bu sehv hereketdir? Axi orda namehremler de var. Bu ne derecede duzgundu?
Ответ / Cavab
Aleykumusalam.
Kişilərə bu haram deyil, amma buna baxmayaraq əlbətdə ki, kişilər də diqətli olmalıdırlar və bədənlərini numaiş etdirməməlidirlər.
salam, Qurban bayraminizi tebrik edirem. Menim bir tanidiqim qiz var, Moskvada yashayir, namaz qilmaq isteyir, ancaq mohuru yoxdu, deyir mohuru adi torpaqla qila bilerem? ve ya mohurun evezine ne qoya bilerem?
Ответ / Cavab
Aleykumusalam.
Bəli. adi pak bir yrdən, ağac dibindən ya başqa pak yerdən bir qədər torpaq götürüb qıla bilər. Həmçinin möhür əvəzi qəmbər daş, ağ vərət kimi şeylərdən də itifadə edə bilər.