Salam əleykum 1.əgər bir evdə ata Quranı Peyğəmbəri inkar edərsə bu halda ona toxunduqda insan nəcis olur ? Yəni kafir olmasına görə 2.Qurbanı kəsərkən bıçağa hansısa dua oxunur belə bir şey var dində ? Allah könəyiniZ olsun
Ответ / Cavab
Aleykumusalam.
Əgər inad üzündən edirsə, bəli, ona başa salın ki, bu küfrdür və insan bununla kafir olar. Nəcis sayılar və ölərsə müsəlman kimi dəfn olunmaz, müsəlman qəbritanlığına buraxılmaz.
Müstəhəbb dua var, bunu heyvan kəsilərkən oxumaq yaxşıdır.
Salam aleykum. İnsan cünub olarsa, şərait olmadığından məsciddə gede bilərmi? 2)şərait olmadigina görə qüsl ala bilmiyib təyənnüm eliyib məscidə gedib bayram namazı qıldım. namazım düzdür in şə Allah? Allah köməyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
Əgər məscidə getməsi vacib olarsa və qüsl almaı heç cür mümkün olmazsa, təyəmmum edib getsin.
ZohCav | Salam! Şiyələrin sünnülərlə birlikdə namaz qılması, məsələn camaat namazı, bayram namazı nə qədər düzgündür? Əgər olarsa, onda necə qılınsın? İmam kimi, yoxsa öz məzhəbinə uyğun? Ответ / Cavab Aleykumusalam. Çox gözəldir. İmam Şiə oalrsa, onların məzhəbi götərişlərinə riayət olunacaq. Allah sizə yar olsun ----------- Bəs imam sünnü olsa?
Ответ / Cavab
Aleykumusalam.
Onlr şiə fiqhində namazı pozacaq sayılan işləri etməsələr, olar.
Salam Hacı. Bayramınızı təbrik edirəm. Neçə belə illərə çıxasız. Sizdə əziyyət çəkib bizim suallarımızı cavablandırırsız. Allah sizdən razı olsun. İnşəAllah əziyyətinizi qarşılığını axirətdə mükafat olaraq cənnəti sizə qismət eləsin Amin.
Ответ / Cavab
Aleykumusalam.
Təşəkkür edirik, izinlə birgə. Allah bu bayramı bütün müsəlmanlara və millətimizə mubarək etsin.
Salam. Suali səhv verdim sizə qurbanlıq bayramında niyyətli(niyyət edilmiş) qoyunu kəsmək olar? Yeni niyyət eləmişdimki filan işim düzəlsin qoyun kəsəcəm. İndi bu gün kəsmək olar? Çox adam deyirki qubanlıq bayramında niyyət edilmiş qoyunu kəsmək olmaz. Yəni heç həmin günə niyyyət eləmək olmaz.
Ответ / Cavab
Aleykumusalam.
Olar , lakin niyyətini İsmail qurbanı yox. elə nəzr qurbanı deyəcək.
Salam Haci. Size sualim yoxdu,sadece sizin ve sizin simanizda Islam.az saytinin butun emekdaslarinin,istifadecilerinin Qurban bayramini tebrik edirem....Allah her birinizin kesdiyi qurbanlari qebul etsin....Amin
Ответ / Cavab
Aleykumusalam.
Təşəkkür edirik və sayğınızı böyük dəyərləndiririk. Sizinlə birgə.
Salam! Şiyələrin sünnülərlə birlikdə namaz qılması, məsələn camaat namazı, bayram namazı nə qədər düzgündür? Əgər olarsa, onda necə qılınsın? İmam kimi, yoxsa öz məzhəbinə uyğun?
Ответ / Cavab
Aleykumusalam.
Çox gözəldir.
İmam Şiə oalrsa, onların məzhəbi götərişlərinə riayət olunacaq. Yəni şiə kimi qıldıqda elə öz fiqhlərində belə batil sayılmayacaq, çünki şiə fiqhində batil edəsi ya əlavə olunan şey yoxdur.
Salam. Men bildiyime gore namazda ellerin ovucu alin ve ayag bash barmaglari yere toxunmalidi. Eger alinda ayag barmaglarin ve ovuca hicab deyirse ve sonra yere toxunur bu namaz sayilir ?
Ответ / Cavab
Aleykumusalam.
Bütün üzvlərin örtülü olmasının maniəsi yoxdur, ancaq alın mutləq şəkildə açıq olaraq yerə toxunmalıdır
Ассаламу алейкум, скажите, пожалуйста, в намазе, во время произнесения Аллаху Акбар тело обязательно должно быть неподвижным? Или желательно?И во время земного поклона тоже? Спасибо
Ответ / Cavab
Aleykumusalam.
Da doljno bıç nepodvijnım. Eto obyazatelno vo vsex deyaniyax namaza.