Salam. 1. Qusl edende sol terefi yumaga bawlayanda sekk etdim ki sag terefin qoltux alti yaxwi yuyulmadi, amma solu bawdadim artiq,solu yarida saxlayib, sekk buraxmirdi deye yene sag terefin qoltux altini yudum, tekce orani, sekk etdiyim yeri, butun sagi tezeden yumadim, orani tezeden yudum ve kecdim tezeden sola ve tezeden butun solu yudum. Qusl duzdu? 2. Gobey ve cinsi organlar iki terefle yuyulsa yaxwidi? Tewekkur edirem.
Salam.Üzr istəyirəm sualıma görə,yaxın rəfiqəm sevdiyi ilə zina edib(üzr istəyirəm bakirədir), özünü bağışlaya bilmir,qəsd etmək istəyir.Çox saf biridir,dinə bağlı bacardığı qədər dinə əməl edən insandır.Onun günahı nədir, tövbəsi nədir? Allah rızası üçün yardımçı olmaq istəyirəm.
Ответ / Cavab
Aleykumusalam.
Belə bir çirkin işə bulaşmaq saflığdan və dinə çox bağlılıqdan xəbər vermir.
Tovbə etsin, yalvarıb bağışlanma diləsin. Bir daha belə çirkin işlərə yaxın düşməsin.
Salam aleykum hacı, bilmirsiz neftçilər, xalqlar və ya həzi aslanov tərəflərdə şiə məscidi varmı? Varsa hardan tapa bilərəm? Namaz qılmaq istiyirəm ama buralara təzə köçmüşəm deyə tanımıram. təşəkkürlər.
Ответ / Cavab
Aleykumusalam.
Əhmədli kəndində məscid var. Neftçilərdə dikdə İmam Zaman adına məscid var.
Salam. sualım budur ki ayətil kürsü duasını əzbərdən oxuyub savabını hansısa ölüyə tapşırmaq olarmı? 2.əgər olarsa bunu necə deyib etmək olar? 3.namazda bilməyərəkdən saçımın bir iki tükü çöldə qalarsa sonradan başa düşdükdə onu namaz qıla qıla düzəltmək olarmı? əvvəlcədən təşəkkür.əziyyətinizi halal edin.
Ответ / Cavab
Aleykumusalam.
Bəli, olar.
Oxuyub bitirəndən sontra deyin ki, ilahi buna savab varsa filaninin ruhuna hədiyyə edirəm.
Salam aleykum. 1. Alin yazisi ve qismet deyilen taleyi Allah biz dogulmamiwdan yazir yoxsa nece biraz aciqlayardiniz zehmet olmasa? 2. Besireti aciq olan insani nece tanimaq olar eger etrafimizda varsa? 3.ALLAH bizleri xalis ixlasli bendelerden etsin. Ixlasi artirmaqcun ne etmek lazimdi? Allah razi olsun, evvelceden deyim,var olun.
Ответ / Cavab
Aleykumusalam.
Mutləq alın yazısı yoxdur. İnsan fəaliyyətində azaddırsa, deməli başına gətirlənləri öz əməli ilə gətirir.
Buna ehtiyac, yoxdur. Nə belə adamlar özlərini elan edir, nə də bunun üçün bir nişanə qoyurlar.
Salam.Bir oglanin bir qiza qarsi evlenmekcin fikri ciddi oldugda hansi cercivede onunla gorusmelidi gorub baxmalidi danismalidi?etrafli yazsaniz sad olardim.cox sag olun
Ответ / Cavab
Aleykumusalam.
İctimai yerdə qızın razılığı olduğu halda (xəlvət olmayan yerdə) ciddi şəkildə gələcək həyata baxışı öyrənmək və tanışlıq barədə danışmaları icazəlidir.
Salam. kredit haram deyilse bes niye selem haramdir. sadece ferq bundadir ki, krediti dovlet verir selemi ise insan. dovlet dediyin de insandan teskil olunar da. Bankin o verdiyi kredit ariqlamasi ile bankin sahibinin cibine axir. o da bir insandir. onda selem niye haramdir? Allah komeyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əgər bu iki sadə şeyi bir birindən ayırd edə bilmirsizsə, qeyd edilən tonda iddia ilə danışmanız səhfdir. Sual edin, cavab verək.
Sələm bir miqdarı verib üzərindən artığını almaqdır. Kredit isə bir şeyin nisyə olaraq uzun muddətə baha satılması va verilməsidir. Verdikcə də azalır.
salam aleykum haci. sabah bizim sheherde su olmayacag. bizde krantdan vannaya vedreye su dolduraciyig. temiz su yeni. hemin vedredeki ve ya vannadaki su ile destemaz ala bilerem? yoxsa destemaz suyu axar su olmalidi??
salam. ana-ata ile munasibette olarken onlar cox boyuk haqsizliq etseler , haram etseler bele onlara bir sey demeye haqqimiz var? eger beynime ya qelbime onlarla bagli pis soz veya bir sey gelerse icimde saxlayib uzlerine demesem yene gunaha girerem ? xaiw edirem mene yardim edin . TEWEKKURLER onceden
Ответ / Cavab
Aleykumusalam.
Qəlblərini qırmayacaq qədərində və haqqlarını pozmadan sakit şəkildə deyə bilərsiz.
Salam bir daha Hacı. Mən sizə sual vermişdim kredit təşkilatında işləmək barədə. Sual 1) Siz buyurdunuz ki, haram deyil. Bəs Bankda işləməyin hökmlərində risalədə yazılan Riba Əməliyyatları hansı əməliyyatlardır ki? Sual 2) Əgər valideyn saqqalı qırxmağı deyirsə bizim vəzifəmiz nədir? Valideynə itaət vacibdir hər mövzuda? Yoxsa qirxmalıyam?
Ответ / Cavab
Aleykumusalam.
1.Bunu burada iki cümlə ilə sizə başa sala bilməyəcəyik. Bu bank qanunlarını bilən şəxssizsə, risalələrdən bankların hökmlərini də diqqələ oxuyun, anlaşılmayan hissəni soruşun, başa salaq.
2.Allahın əmri qarşısında heç kimin sözü keçərli deyil.
Salam hacı. Məni beynimdə bir sual düşündürür. Aydınlıq gətirməyinizi istəyirəm. Bir tərəfdən deyirlər Qiyamət günündə Allahın rəhməti o qədər geniş olacaq, o qədər insan bagışlanacaq ki, şeytan da həvəsə gələcək. Bir tərəfdən isə bəzi ggünahkar möminlərin cəhənnəmdə bir müddət yanacagı deyilir. Mən də düşünürəm ki, yəni Allahın o qədər rəhməti bu günahkar möminlərin cəhənnəmə getməməsinə səbəb olmayacaq?
Ответ / Cavab
Aleykumusalam.
Allahın rəhməti genişdir, amma insanlardan bəziləri elə işlər görəcək ki, onu ancaq cəhənnəm odu təmizləyə bilir. Məminlərə məsələn Quran, hədislər, xətiblər, ruhanilər min dəfələrlə deyir ki, qeybət etmə, başqasının haqqını pozma, o isə inad edərək başqalarının haqqını saymır. Allah da onların haqqını zay eləsin?
əssəlamu aləyum. İki ayrı-ayrı vaxtlarda və iki ayrı-ayrı hadisə üçün deyilmiş qurban imkan baxımından birləşdirilib bir qurbanla kəsilə bilərmi? Vəssəlamu aləykum.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, ayrı ayrı kəsiləcək. İmkanı olmayan gərək imkanından yuxarı nəzr etməyə.