Salam bilmək istəyirdim AYƏTƏL KÜRSİ DUASI belədir. Əvvəlcədən təşəkkürlər! Bismillahir – rəhmanir – rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz ,mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum,və la yuhitunə bişəyin min ilmihi illa bima şaə ,vəsiə kursiyyuhus-səmavati vəl-ərz,və la yəuduhu hifzuhuma,və huvəl-Əliyyul-Əzim.La ikrahə fid-din,qəd təbəyyənər-ruşduminəlğəyy ,fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa,lən-fisamə ləha,vəllahu Səmiun Əlim.Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz zulumati ilən nur. Vəlləzinə kəfəru auliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.
Salamaleykum.Tutaq ki,qüsul alıb çıxıdıqdan və paltarlarımı geyindikdən sonra anlayıram ki, qüsulumda xəta var və yenidən mütləq qüsul almalıyam.O zaman yenidən qüsul aldıqdan sonra qüsulum səhv ola-ola geyindiyim paltarları yenidən geyinə bilərəm ya həmin paltarlar yuyulmaldır.Öncədən minnətdaram.
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən paltarlar nəcisə bulaşmayıbsa pakdır və geyinə bilərsiz.
Salamaleykum.Cənabət qüsulu alarkən buruna su almaq və ya burunun içərisinə su çatdırmaq yaddan çıxıbsa yenidən qüsul almaq lazımdır ya necə?Allah Sizlərdən razı olsun.
Salam Aleykum, men hemise bir sual dusundurub ki, goresen Cenubi amerikada, Afrikanin bezi yerleri, Avstraliya ve s. da yasayan adamyeyen insanlar nece olub ele veziyyete dusubler? Onlar butun bunlari mes. adamyemeyi suurlu suretdemi yoxsa bilmeyerekden edirler? Onlara elci gonderilibmi? Butun bunlarla bagli Islam alimlerinin fikirleri varsa zehmet olmasa yazardiniz.
Ответ / Cavab
Aleykumusalam.
Hər bir ümmətə elçi göndərilib. İnsanlar İlahi elçinin dəvətini rədd etdikdə və ya təhrif etdikdə qeyd edilən hallara gəlib çıxacaqlar.
SalamAleykum.Men poezde iki gun yol getmeliyem,bilmek istiyiremki,namazimi nece gilim??poezdde uzr istiyirem werait yaxwi olmadigindan iki gunu temizlenib destemazi nece ala bilesen??ve geza ede bileremmi?wehere catandan sonra gilim??
Ответ / Cavab
Aleykumusalam.
Orada da diqqətli olmaqla təharət almaq və paklanmaq mümkündür. Namazları isə qatar dayanacaqlarda dayandığı zaman qılın.
Salam.Qizimin 24yawi var.Elci cixanlari gah o beyenmir,gah da son meqamda bizden deyil oglan terefde nese bir problem olur.Bezileri deyir ola bilsin qizinin bextini baglayiblar.Namaz qilan adamiq,ele weye inanmiriq.Siz deyin ele bir wey var?Ve eger bext baglamaq varsa ne etmek lazimdir?Cox sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Belə şeylərə necə inanmırsızsa elə də inanmayın. Sadəcə bu işlərdə bir qədər uzaqgörən və tədbirli davranın.
Salam. Mənim demək olar ki, hər namazda burnum, burnumun ətrafı qaşınır. Bilmək istəyirəm bu şeytan vəsvəsə edir deməkdir? Yaxşı əlamətdir yoxsa pis? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Yəqin səcdə yerində bir şeylər var ki. burnunuza dəyərək qaşındırır.
Salam Aleykum.1)Men ele bilirdim ki,tertibi qusl almaga imkan olanda irtimasi qusl almaq olmaz.Sehv duwunurmuwem?2)Irtimasi quslu her kesin cimdiyi hovuzda almaq olar?Meselen istirahet mekanlarinda hovuzlar olur,orada almaq olar qusl?3)Xahis edirem irtimasi quslun qaydasini yazasiniz
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, səhf bilirdiz.
2.Bəli, olar.
3.İrtimasi qüsl, niyyət edib bir başa tam olaraq suyun altına batmaqla olur. Bu şərtlə ki, qollar, qıçlar qatlanıb sıxılmamalıdır ki, bədən tam suyla bir anda əhatə olnmuş olsun.
Salam Aleykum, Beqere suresi 30-cu aye. Bu aye Adem Peygemberinin yer uzunde ilk insan olmadigina delalet ede bilermi? Cunki bildiyimiz kimi melekler yalniz Allahin oytetdiklerini bilirler, mentiqden bele cixir ki, insan ovladinin fitne cixarcagini evvelce gorubler deye Allaha ele sual veribler. Hem de Allah yer uzune xelife yaradacagam deyende ozunden evvelkileri nezerde tutula bilermi?
Ответ / Cavab
Aleykumusalam.
Həzrət Adəmin ilk insan olması bundan iddia oluna bilər. Mələklərin dediyi isə əvvəlcədən bildiklərindən deyil. Onlar Adəm barədə sual etdilər ki, bu nədir? Allah onlara bu barədə məlumat verdi və onlar bundan sonra bu sözü dedilər ki, bəs belədirə, bunu nədən yaratdın.