Salam Haci. Meselen 100 manatliq geyim kecim almiwam ozume. Bu xerclediyim pulun derhal xumsunu vermek istesem, ixtiyar sahibiyem? Yoxsa mutleq gerek aldiqlarimdan hansinisa 1 il erzinde geyinmeyim ki vacib olsun? Sistani agaya teqlid edirem qardas.
Ответ / Cavab
Aleykumusalam.
Xums o zaman vacib olar ki, onlar bir il alındıqdan istifadəsiz olaraq qalsın. Belə olmasa xums vacib olmaz.
Скажите пожалуйста, жена брата христианка, у них ребёнок и может ли она говорить сыну молитву, будучи христианкой, ну когда он боится или что то ещё, она говорит субханАллаh или бисмиллях. Это считается что она уже мусульманка или как? Birde arafa gunu ne vaxtdi? Arafada oruc tutmaq lazimdi? Qurbanliq ne vaxtdi?
Ответ / Cavab
Aleykumusalam.
Tak kak vaş brat musulmanin, to yevo sın toje musulmanin. Xristiyanke qovariç muulmankiye molitvı ne zapreşeno. yeli ona kajet i primet şaxadah, to budet şitatya muulmankoy.
Sabah ərəfə günüdür və oruc olmaq mütəhəbdir. Qəzası olan bu günü qəza niyyəti ilə oruc ola bilər.
Əyər həyətin yeri murdar olubsa ora yağış suyu axanda yer paklanır?2haqqını tapdaladıgım şəxlərdən halallıq almaq mumkun olmadıqda Qurani butov oxuyub savabın onlara hədiyyə etsəm bu kifayət edər ?
Ответ / Cavab
Aleykumusalam.
Nəcisi aradan gedəndən sonra ora yağış yağıb axarsa, pak olacaq.
Namazın salamları bitən kimi namazı pozan bir iş görmədən , nə üçün səhf səcdəsi etməyi qəlbdə niyyət edib səcdəyə gedilir. Səcdədə zikri deyib qayıdırsız və yenidən səcdəyə gedib zikr deyirsiz. Qayıdıb təşəhud və salam deyirsiz.
bir nəfərin mənə borcu var, 100 man. Onun həyətində bir neçə dənə qoyun var. O borcu verə bilmir, imkanı yoxdur. Olarmi mən ona 100 man üstünü əlavə edib, Qurban qoçu omdan alim? məsələn o, desə ki, qoçun qiyməti 160 man., mən ona 60 man verim, bununla da onun borcu və mənim Qurban qoçum qəbul olunarmı?
Salam, işlə əlaqədar hər gün namazda gecikmə olur. Bilmək istərdim Asr namazının vaxtı giribsə Zöhrü qəza niyyəti ilə qılıb sonra Asr namazını fərz niyyətilə qıla bilərəm? Yoxsa Zöhrün vaxtı keçibsə belə fərz niyyəti ilə qıla bilərəm? Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən vaxtda zöhr fərz niyyəti ilə qılınacaq.
Salam/1) Qadın dizdən yuxarı paltar amma altdan şalvar geyib namaz qıla bilər? 2)Hicabın (baş örtüyün) çıxarmadan dəstəmaz almaq olar? 3)Ögey nənə nəvəyə məhrəmdir? 4)Gəlinin gətirdiyi cehizlər gəlinə aiddir? və onu başqasına ərindən icazəsiz verə bilər?
Ответ / Cavab
Aleykumusalam.
1.Ayaqlarının quruluşu görsənməsə, olar.
2.Bəli, olar.
3.Bəli.
4.Bəli, öz malıdır, amma ailə daxilində insanlar haqlarını iddiasi ilə rəftar etməməlidirlər, səmimiyytlə əməl edəcəklər.
İrtimasi qüsl bir dəfəyə suyun altına niyyət edib tam batmaqla alınır. Beləki beten bədən eni zamanda tam olaraq suyla əhatə olunsun.Bu qüslü geniş su hovzələrində almaq olur.
salam. krdit ve selem haqqinda sual vermisdim. heddimi awdimsa uzr isteyirem. bes onda eger selem veren deyirse aybaay ode pulumu ama toplamda verdiyi puldan tutaq ki 5 faiz cox olacaq. o zaman da selem haram olacaq? men ozum selem vermek terefdari deyilem. sadece aydinlasdirmaq isteyirem. Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, olmaz. Bunlar bankların tərtib etdiyi kölgənin altında gizlənməkdir. Banklar pul təşkilatlarıdır və onların işləməsi üçün muəyyən xərcləri olur. Və təıkilat varsa deməli qazanc da olmalıdır. Əlbətdə biz qərbin hazərladığı və İslam bankçılığı ilə uyğun olmayan bankların işlərini dəstəkləmirik. Bankçılığın da halal yolları var. Dinimizin bu barədə şəriət göstərişləri də var.