Страница 752 из 5746 << < 748 749 750 751 752 753 754 755 756 > >>
Q... |

Salam.Orucluqda elci getmek olar?

Ответ / Cavab

Aleykumusalam.

Elçi getməyin bir problemi yoxdur, problem orada orucu pozan işlər görüb məclisi haram etməkdədir. Ailənin təməlini haramla qurmazlar. İftar süfrəsində olarsa, heç bir problemi olmaz.

Allah sizə yar olsun

Задан: 3 Июнь, 2017 , Опубликовано: 3 Июнь, 2017
Osman |

Əs Səlamun Əleykum İslam dinində 1 şəxsin gil və ya digər vasitələrlə insan, heyvan və s. heykəl hazırlamasına icazə var mı? Əhli-sünnə məzhəblərində buna icazə olmadığını hətta haram olduğunu oxudum. Quranda bu barədə bir ayəyə rast gəlmədim. Onun üçün sizlərdən soruşmaq istədim. Allah sizlərdən razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Zahirən belə şeylər icazəli deyil. Əgər bütləşməyə səbəb olarsa, haram olar.

Allah sizə yar olsun

Задан: 3 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
aile meselesi |

salam.haci men evliyem 2il 3aydir,6 ayliq hamileyem cox uzr isdeyirem,hec cure oz taleyimle bariwa bilmirem.bu muddet erzinde 1defe yoldawimla wehere cixmamiwiq,1defe mene vaxt ayirmir ne sohbet elemir,ne hec kimle elaqe saxlamaga qoymur.weherin merkezine bizden 5deqiqlelik yoldu,mawinida var.hec cur alinmir cox oaqeyidsir,aglamadigim gun yoxdur,1adam qapimizi acmir menim qohumlari gelmeye qoymur oz qohumlarindanda hec kkmle daniwmirlar.ne eleyim men?yawaya bilmirem,butun eseblerim teklikden pozulub.ozu dindar adamdir,hacidi ama mene cox pis davranir

Ответ / Cavab

Aleykumusalam.

Siz əsəblərinizi qoruyun. Belə şeylər olur və zamanla keçib gedir. Onunla nəvazişlə davranın və istədiklərinizi nəvazişlə istəyin.

Allah sizə yar olsun

Задан: 3 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
...... |

Salam.biz qizlarnan gorusesiyik coxdandi gorusmuruk.men hemin gun oruc tutmaya bilerem?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, Ramazan orucunu bilərəkdən pozmaq olmaz, kəffarə gələcək.

Allah sizə yar olsun

Задан: 3 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
N.. |

Salam.1-ci sualım Orucluq başlayanda vacibdir ki Ramazan qüslu alınsın sonra tutulsun qüsl almadan oruca başlamaq batil edermi orucumuzu ? 2-ci sualım da odurki 200-250 km qeder yol getsem yeni Seferi olaraq men öz isteyimle tutmaq istiyirem yolda orucumu açmalıyam ya orucum pozulur mu? Teşekkürler

Ответ / Cavab

Aleykumusalam.

Ramazan üçün qüsl müstəhəbbdir və boynunuzda bir qüsl yoxdursa, heç bir qüsl vacib deyil

Qeyd edilən səfərə çıxdıqda oruc pozulacaq.

Allah sizə yar olsun

Задан: 3 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Nurlan |

Salam aleykum, bir dostum var Allaha inanir amma dine Peygemberlerimize ve queana inammir onu nece subut ede bilerem ?

Ответ / Cavab

Aleykumusalam.

O heç Allaha da inanmır və Allaha inanıram deməsi yalandandır. Peyğəmbərlərə inanmırsa, Allahı haradan tanıdı?

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Rza |

Salam Ələykum,əmim qızının ayağı üstən kəsilib və ayağın tənziflə bağlayıb, biraz çox kəsilib açmağa qorxur çünki qanı kəsilmirdi.İndi namaz qılmaq üçün nə etməlidir?

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz alacaq və məshi həmin sarğının üzərinə çəkəcək.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
elnur |

Salam eleykim bele bir söz eşitmişem meçitde girende ve birde ayaq yolunda ömürden getmir bu düzdür? Cox saqolun allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Belə şey eşitməmişik və bir yerdə görməmişik.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Elnur |

Salam.Men Qurani rus dilinde telefonuma proqram formasinda yuklemişem.Telefonumla ayaqyoluna gire bilerem?saqolun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, girə bilərsiz.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Aynur |

Salam men gezmek meqsediyle 1gunluk qebeleye gedecem 1gun oruc tutmuyub qezasin tutmaq gunah deyilki?

Ответ / Cavab

Aleykumusalam.

Günah deyil, amma onu məsləhət edə bilərik ki, gəzməyi həmişə tapmaq olur, ayrı aylarda da olur, amma Ramazanda olan başqa heç yerdə yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
salam |

Hər iki şəkildə qılmaq olar." Bes hansi mustehebdir?

Ответ / Cavab

Aleykumusalam.

Bizim baxışa görə elə ardıcıl daha artıqdır.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Salam |

Biri deyir ki,esr namazin saat 5-de qilir,mustehebdir,men dedim zohrden hemen sonra qilmaq mustehebdir,duzdur?mekarim wirazi

Ответ / Cavab

Aleykumusalam.

Hər iki şəkildə qılmaq olar.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Abdullah |

Salam Aleykum Haci. Bugun 4:30da dogma rayondan cixib 10:00da bakiya catdim. Onu da deyim ki bakida oxuyuram ve burda rayona baxanda daha cox oluram. Men oruc olmadigima gore qezasini tutacam yoxsa keffare gelib?

Ответ / Cavab

Aleykumusalam.

Qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Sual |

Salam.bezi mescidder qadinlarin namaz qildigi yer ayri olur.ve orda piwnamaz olmur.kiwilerin piwnamazina iqtida edib qilmaq duzgundur?ayri ayri otaqlardi

Ответ / Cavab

Aleykumusalam.

Bağlılıq əmələ gələrsə, düzdür.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Sual |

Salam.bakida yawayan bir wexs baki daxili gezerse oruc pozulmur?2.44km haqqinda deyilenler baki weherine aid deyil?3.meselen bir wexs evden cixir.yawagidi mehledeki son qapidan hesablanir km?.4.bir yere getdi o oldu 5km,getdiyi uerden eve qayitma bawqa yere bu yerde oldu 10km,ordanda bawqa yere getdi bu da oldu 5km,axirda bu gedilen yer toplanir?yeniki 20km olur?yoxsa her yerin km ayrica hesablanir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, pozulmur.

Bir yerdən başqa yerə səfər etdikdə, iki məntəqənin arasında qalan məsafədir.

Yaşadığı məkanın sonundan.

Xeyr, belə toplanmır.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Sual |

Salam.yanagimin ic terefden bilmeden derisini udmuwam , keffaresi varmi? pozulurmu oruc?

Ответ / Cavab

Aleykumusalam.

Bilmədən olubsa, heç bir şey yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Sual |

Salam. Haci men destemaz alanda bezen ayaqlarima mesh edende ayagimin ustunde bir nece damci su olur. Ancaq mesh edenden sonra ayagimdaki yawliq hemin damcidan awkar wekilde cox olur. Yeni meshin yawligi ustun gelir evvelki yawliga. Bu halda destemazim duzdur? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Ayağınızın üzünü o biri ayağınızın arxasına sürtüb qurulayın, sonra məsh edin.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
salam |

Salam. 1. Bu sualima cvb vermediz yene verirem xais cvb veresiz. Peygember adindan yalan hedis danisdigima gore orucum pozulub? Evlenmek haqda hedis. Ve ilahiyatcinin moizesinden esitmisdum. 2. Xais edirem demeyinki ana sehufede yazilib sadece qisa olsada deyin bu gunlerde ne edim. Mene Quran tapsiriblar deye bos vaxtda calisiram Quran oxuyum ama elave neler edimki islah ola bilim?

Ответ / Cavab

Aleykumusalam.

1.Bilmədən etdiyinizə və öz adınızdan demədiyinizə görə pozulmayıb, amma bundan sonra hər eşitdiyinizi məsumların adından danışşmayın.

2.İslahın ilk işi borclardan qurtulmaq və haramlardan uzaq durmaqdır. Haramlardan qaçın və qəzalarınızı icra edin.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Abdullah |

Salam aleykum,zehmet olmasa Ukraynanin deqiq namaz vaxtlarini gondere bilersiz?cox sagolun)

Ответ / Cavab

Aleykumusalam.

As-salat info saytına daxil olun, orada şəhər yerində şəhərinizi yazın və metod yerində məzhəbinizi seçin , gələcək.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Allah bendesi |

Salam Haci men namaz da salavati bele deyirem Allahümme Salli ala Muhammed ve Ali Muhammed Amma coxu bele deyir, Allahümme salli alâ muhammedin ve ala Ali Muhammed bunlarin hansi duzdu?

Ответ / Cavab

Aleykumussalam

Hər ikisi düzdür.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Страница 752 из 5746 << < 748 749 750 751 752 753 754 755 756 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com