Страница 754 из 5746 << < 750 751 752 753 754 755 756 757 758 > >>
aygun |

Salam qusl almadan oruc tutmag olar? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Boynunda qüsl varsa, mütləq sübh azanına kimi qüsl edilməlidir.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Bəndə |

Salam.qadının boynuna cənabət qüslü gəlsə,onun çiyindən aşağı yuyunub(başı və saçları yumadan) qüsl alması kifayət edirmi?.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, kifayət etmir.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Aysel |

Salam qardaw. Qardaw, menim yadimda deyil niyet gecesi men ramazan ayinin butun orucunu tutacam deye niyet etdim ya yox. Imsaqa dirandada niyet etmek yadimnan cixir. Men 1yerde oxumuwdumki, ramazan ayinda tutulan butun oruclar ramazan orucu sayilir. Indi menim orucum niyet etmediyime gore qebul deyil? Ama men imsaqa duranda dile getirmesemde icimdeki meqsedim odur.

Ответ / Cavab

Aleykumusalam.

Sizin qəarınız oruc olmağa olubsa, bu elə niyyətdir.

Bundan sonrası üçün də bir dəfəlik niyyət edin ki, bütün ayı oruc tutacağam.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Bende |

salam haci oruc ola ola cinci elaqede olmaq ve gedb qusl almag sorada orucu davam eleme olar yoxa oruc batildi &gt; ?

Ответ / Cavab

Aleykumusalam.

Oruc batil olur və kəffarə də gəlib.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Ali |

Salam aleykum. Mənim bir dostum şəri hökmü xəbərsiz olduğundan sübhə qədər cənabətli halda olub. Belə ki qüsl almaq istədikdə ailəsi çimməyə izn verməyib, o da utanıb hamama girməyib. Təyəmmümdən də tamamilə xəbərsiz olub. Sübh azanına bir neçə dəqiqə qalmış onun vəziyyətindən xəbərim oldu və təkid etdim ki niyyət etsin və bu günü oruc olsun, öyrənib şəri hökmü deyərəm. İndi bu şəxsə bunun müqabilində kəffarə də düşür yoxsa yalnız qəza? Allah sizdən razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Ancaq bu günü qəza edər.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Leyla |

Salam aleykum.əgər bir insan yatıb qalıbsa imsaka dura bilmeyibse hemin günü oruc tuta bilməz ?

Ответ / Cavab

Aleykumusalam.

İmsaka durmaq vacib deyil, oruc qalacaq.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Bəxtiyar |

Qadın birincidən boşanıb sadəcə axunda dimək vacib idiki qadın ikinci dəfə nigaha girir

Ответ / Cavab

Aleykumusalam.

Birincidən boşanandan sonra dini tallaq oxunubsa və gözləmə müddəti də keçibsə, lazım deyildi.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Gulbanu |

Salam. Sualima gore uzurlu hesab edin. Aybashinin uje 7ci gunudu, ama qan lekesi gordum. Duzdu az olub ama olub. Men bele oruc tuta bilerem? Ya gozlemeliyem tam qurtarsin?

Ответ / Cavab

Aleykumusalam.

Sübh azanından sonra gəlibsə, oruc pozulub.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Meryem |

Salam.Menim size bele bir sualim var.Men iki ildi aileliyem.Toydan qabaq bezi sixintilarim vardi.Bele bir sey xatirlayiram Toydan qabaq namazdan sonra bele dua elemisdim ailemde her sey yaxsi olsun ovladim olmasada olar.O zaman o qederde ciddiye almamisdim amma iki ildi aileliyem helede ovladim yoxdu cox pesmanam ovladim olmasada olar dediyime gore tovbe edirem.Goresen Allahim duami qebul edib deyemi ovladim olmur???Ne etmeliyem ne olar bir meslehet verin.Onceden tesekkurler.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Belə fikirləşməyə dəyməz. İnşaAllah övlad da olar.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Aga |

Salam aleykum Haci.sual beledirki men orucam iftara kimi balığ tuta bilerem?

Ответ / Cavab

Aleykumusalam.

Bunun oruca təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
zehracan |

assalamu aleykum uzurlu sayin sualarimla daima narahat edirem herdefesinde cvblandirirsiniz allah mekaninizi cenet eylesin minetdaram bir sualimda var allaha xait cvblandirin o size yar olsun .....evde birine dinen cox mewgul olma dinin cox icine girme deyirler o insanda isder isdemez valdeyinlerinde yaxinlarindan bu sozu ewitmesi pis tesir edir o ne etmelidir bu barede

Ответ / Cavab

Aleykumusalam.

Onların bu dediklərinə əhəmiyyət verməyəcək.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Ilhame |

Axshaminiz xeyir haci.baqishlayin narahat etdiyim ucun.men moskvada yasayiram,oranin iftar ve imsak vaxtini zehmet olmasa deyerdiniz.evvelceden cox saqolun.

Ответ / Cavab

Aleykumusalam.

As-salat info saytına daxil olun, oradan götürün.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
ruslan |

Haci saba sumqayita qedecem,şabrannan işim var,oruc pozulmurki

Ответ / Cavab

Aleykumusalam.

Zöhr azanından əvvəl  getsəz oruc pozulacaq.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
sahil |

salam.gundelik ramazan namazi ne vaxt qilnmalidir?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Günün namazlarını gün ərzində qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Salam |

Menden soruwdular k,Imam Hesen.e.qeybi bilirdi,niye zeheri icdi?dedim ki,eks halda qilincla wehid edecekdiler,terefdarlarinin qaninin tokulmesin istemedi? duzdur? sag olun

Ответ / Cavab

Aleykumusalam.

İlahi şəxslərin qeybi bilmələri Allahın bildiyi kimi deyil. Bəzən elə də olur ki, onların əlindən bu ixtiyar alınır.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Salam |

Menden soruwdular ki,hz.Yequb.e.qeybi bilirdise niye Yusuf ucun aglayirdi? dedim ki,O bilirdi,amma bilmirmiw kimi davranmali idi,qeyb elmi onu dawiya bilenlere verilir,duz demiwem? hansisa muctehid hicabliya corab geymemeye icaze verir? sag oluN

Ответ / Cavab

Aleykumusalam.

Həzrət Yəqub Yusifin sağ  olduğunu bilirdi, onun həsrətində ağlayırdı.

Xeyr.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Salamaleykum |

Hezret Eli.e.haqda dolgun ve tesirli kitab hansidir? chox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Kitablar çoxdur, misal üçün azəri dilinə tərcümə olunmuş iki cildli Vilayət günəşi  kitabını oxuya bilərsiz.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
XaLi |

Salam Heci, ALLAH butun muselmanlarin tutdugu oruclari, etdiyi dualari, niyyetleri, qildiglari Namazlari qebul etsin.. heci bir sualim olacaq,wekil yandirmaq pisdi??

Ответ / Cavab

Aleykumusalam.

Pisdi dedikdə hansısa bir pis işin baş verə biləcəyini  demək istəyirsizsə, belə bir inam qəbul olunmur.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Salam |

Mübarək Ramazan ayında həqiqətnmi Şeytanın əlləri zincilənir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, hədislərdə  bu ay Şeytanın zəncirləndiyi buyurulub.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Gunay |

Salam. Oruc tutan adam kichik bayira gedir amma yuyunmaga su olmur. Bu orucu batil edir? Dukana gedib su alib yuyunmag olar amma almir bele bir hallarda nece?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu orucu batil etmir.

Allah sizə yar olsun

Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Страница 754 из 5746 << < 750 751 752 753 754 755 756 757 758 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com