Страница 753 из 5746 << < 749 750 751 752 753 754 755 756 757 > >>
Meryem |

Es-SalamunAleykum.Allah sizden razi olsun sualimi cavablandirdiginiz ucun.Bilirem her sey Allahin elindedi ovladida veren Allahdi.Yenede Insaallah Rebbim ovladim olmasada olar dediyim duama gore meni ovladsiz qoymaz.Rebbim boyukdu Merhemetlidi.Sizce o duami qebul etmis olarmi?Elhemdulillah gozel ailem var amma ovladim yoxdu.Allah yar ve yardimciniz olsun insaallah.

Ответ / Cavab

Aleykumussalam

Yəqin ki, bunu dua kimi deməmisiz və dua kimi də qəbul olunmaz.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Салам |

Salamun Aleykum, yuxuda ozunden asili olmadam bowalmaq orucu pozurmu ve ya qusl gelir mi insanin ustune ? Qeyd edim ki bowalsa da hecne gelmiyib sadece hiss olunub

Ответ / Cavab

Aleykumussalam

Əgər sübh azanından sonra olarsa, oruc pozulmaz, lakin namazlar üçün qüsl verməlidir.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
...salam... |

Salam. Eşitmişəmki Allah buyurubki kişiləri qadından üstün yaratdım. Və yaxudda kişilər qadından üstündü.bu doğrudu?

Ответ / Cavab

Aleykumussalam

İnsaniyyətdə  bərabərdirlər. Bəzi işlərdə isə  əlbətdə kişilər üstündür.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
salamm |

Salam. Heyz vaxtı qadın əgər aybaşı zamanı 4 -5 gün əvvələ gələrsə 3 gün əvvəldə çox olur 2 -3 gün arada bosluq olur sonra arxası xirda xirda olur. 13 gün də olubsa 13gün əvvəlidir istihazə yoxsa axiri? Əgər 10 gün istihazədirsə içində boş gün olan günlərlə 10 gün olmalıdı? Oruc tuta bilərəm ya yox? (Sistani ağa)

Ответ / Cavab

Aleykumussalam

Heyz 3 gündən az, 10 gündən artıq olmaz.  10 gündən artıq gələnheyz sayılmaz. Heyz bitən kimi qüsl edilib oruc tutmaq lazımdır.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Aynur |

Salam aleykum. Deyilər Ramazan ayibda daşa kraska vurmaq qunahdi, biləndə bilməyəndə özüm haqlı bilir. Duzdu ya yox? Allah arzu olsun.

Ответ / Cavab

Aleykumussalam

Allah sizə yar olun.

Yəqin ki, saça  rəng qoymanı deyirsiz. Bu oruca təsir etmir.

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Ehli-beyt aşiqi |

Salam Aleykum.belkede bu sualla heddimi aşıram Biz axiretde Allahı göreceyik? 2) men son vaxtlar menevi cehetden ele yorgunam müsteheb emeller zikler etmirem isteyirem quran oxuyam oz-ozme deyirem oxuyub onu başa duşmurem erb sözleriyle az dilinde de savabı ele de olmur oxumaq istemirem ne edim men ozumnen? 3)secde de dua edrken ellerin içi yere yoxsa göye olmalıdı? 4) möhürün yazılı teregiyle namaz qılmaq olar? Teşekkür edirem Allah sizden razı olsun.Amin

Ответ / Cavab

Aleykumussalam

1.Xeyr, Allahı heç bir göz dərk edə bilməz.

2.Bunu sizin qulağınıza pıçıldayan şeytandır, qalxın onun dediyinin əksinə əməl edin.

3.Əlləri içi  yerə oturmalıdır.

4.Olar, amma yazılar çox qabarıqdırsa, düz ttərəfinə qoyulsun ki, alın tam torpağa oturmuş sayılsın.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Aysel |

Salam. Orucluqda qurban kesmek olar?. Cox saqolun.

Ответ / Cavab

Aleykumussalam

Heç bir maniəsi yoxdur.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
elnur |

Salam eleykim yatarken yuxuda qurtarmışam orucum pozulub? Cox saqolun

Ответ / Cavab

Aleykumussalam

Sübh azanından sonra olubsa orucunuz düzdür, amma namazlar üçün qüsl edin.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
telman |

Haci mənim iki vətənim var rayondada yaşayiram,şəhərdede,indi gəldimşəhərə,evimizə,ordan şəhərin icinə cixsam orucun hökmu nədir?

Ответ / Cavab

Aleykumussalam

Şəhərin daxilində gəzişmə orucu pozmur.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Eli |

Salam...men oruclu halda istedyim qizla goruwmuwem... cinsi elaqe bele weyler olmuyb...bu hal orucimu batil edermi?allah komeyniz olsun

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən hal orucu zahirən pozmur.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Fərid |

Salam əleykum Dəstamaz alanda məsələn üzü yuyanda bir damcı su ayağın üstünə düşür ama məsh çəkəndə yaddan çıxır ayaqdakı o damcını silmək bu halda məsh çəkilir belə olan halda dəstəmaz düzdü ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Yəqin ki, o zaman kimi quruyub və sonra məsh etmisiz və dəstəmazınız düz olub.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Elnare |

Salam, cume gunu gunorta vaxti ve ya axwama yaxin olar ki, cenabet ve heyz quslu almaq?

Ответ / Cavab

Aleykumussalam

Heyz bitən kimi qüslü verilsin.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Nara |

Salam, bilmek isteyirdim eger qusl almaq isteyiremse cume gunu cume qusl zohr azanada qederdi bildiyime gore bes eger o vaxta qeder alinmadi? ve ya cume qunu ve ya bawa gunler cenabet, heyz qusl almaq ne vaxt uygundu? saat necede?

Ответ / Cavab

Aleykumussalam

Vacib qüslləri gərək namazlara qədər verək. Müstəhəbb qüsllərin isə vaxtları var, o zaman kimi  verilməlidir.

Allah sizə yar olun.


Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Nigar Bayramova |

Salam .Mən imsak vaxtının bitmə vaxtı səhv bilirmişəm.Sübh azanınının vaxtlında 5 deqiqə yemək yemişəm.Orucum batil sayılır?Vaxtı bilmədiyimə görə qəbul olar? Çox xahiş edirəm cavablandırardız.Təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam

Bu günü sona kimi qalmalısız, axşam iftarda yemək yeyəcəksiz, orucunuzu da qəza edəcəksiz.

Allah sizə yar olun.

 

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
.... |

Salam. Men c. qüslu almaq istiyirem ama oruclu ola ola qüsl alarken başı yumaq olmaz ve ya tam islatmaq olmaz deyirler bununçün çox narahatam ve qüsulumu alarken başımın islanması orucumu batil edermi etmez mi deqiq bilmek isteyirem. Teşekkürler

Ответ / Cavab

Aleykumusalam.

Başı suya batırmaq olmaz, yəni suyun içinə salmaq, yumağın, duş altında yuyunmağın oruca təsiri olmaz, çalışın ağzınıza bir şey getməsin.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
ZohCav |

Salam! Bakı ilə Suraxanı (Yeni Suraxanı) arasında məsafə orucu poza bilər?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, pozmaz.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Fərid |

Salam əleykum Rukuda ya səcdə də əsas zikri dedikdən sonranı nəzərdə tuturam ki əsas zikrlərdən sonrə istğfar zikrini tək sayda demək lazımdı yoxsa cüt sayda yoxsa fərqi yoxdu ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bunu iki səcdə arasında bir dəfə deyin.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Muselman |

Essalamu aleykum.Men dunen heyz olub qutardim.Gece qusl aldim ve orucumu bagladim.Imsaka qalxmadim.Bu gun menden 2 damci aciq qehveyi leke gelib.Bilmek isteyirem orucum batildi?Eger batildise pozmaliyam orucumu? Bir de imsaka qalxmadan geceden orucu baglamaq duzgundur?Eziyyet cekmirem imsaka qalxanda da hence yeye bilmirem.Teshekkur Allah razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən oruc batildir və saxlamağın mənası yoxdur. Tam paklanıb qüsl veriləcək və oruc tutulacaq.

İmsaka durmaq vacib deyil.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Rza |

Salam Ələykum.1) Camaat namazında imam məscidin içində camaat bayırda olanda necə birləşirlər imama? 2) Ramazan ayında heç oruc tutmayanla arada 3-4 dəfə tutan arasında savab baxımından fərq var? 3)Oruc adamın dodağları quruyur bu zaman ağızı yaxalamaq olar?

Ответ / Cavab

Aleykumusalam.

1.Camaatın düzülmə xətti ilə birləşmə olur.

2.Ramazanda oruc olmaq vacibdir, burada savab qədəri yox, vacibin icra dəyəri ölçülər.

3.Diliylə dodaqlarını islatsın. Ağız o zaman yaxalana bilər ki, onsan içəri bir  şeyin getməyəcəyinə əmin olsun və bunu edib bitirəndən sonra 3 dəfə ağızın içindəki yaşlıq gərək toplanıb çölə atılsın.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
anonim@ |

Salamun Aleykum.1.Əyər Ramazanın əvvəlində bir neçə gün oruc tutsaq sonra üzürlü səbəbdən tutmasaq heyz bitdikdən sonra bir iki gün gözləyib oruc tutsaq həm qəza həm kəffarəsi olur o bir iki günün? 2.Heyzdən sonra oruc tutduqda yenidən niyyət edilməlidir? Təşəkkür edirəm.Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Heyz bitən kimi qüsl alıb oruc tutulmalıdır, tutulmasa kəffarə vacib olacaq.

Bəli, niyyət həmişə olmalıdır.

Allah sizə yar olsun

Задан: 2 Июнь, 2017 , Опубликовано: 2 Июнь, 2017
Страница 753 из 5746 << < 749 750 751 752 753 754 755 756 757 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com