Salam. 12dən sonra qadın aybaşı olursa orucunu açnalıdır yoxsa yox?
Ответ / Cavab
Aleykumusalam.
Qadın xəstələnən kimi orucu pozulur və axşama kimi gözləməsinə də ehtiyac yoxdur.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
salam |
Men dunen qandan x.q. Analizi verdim oruca tesiri var?
Ответ / Cavab
Aleykumusalam.
Qan analizi vermək orucu pozmaz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Allah bəndəsi |
Salam.Bir insan axşam yatanda Mübarək Ramazan ayının növbəti günün orucunu tutacağını niyyət edir.Lakin səhər yuxudan ayılanda artıq sübh azanın vaxtının keçdiyini və boynuna yuxuda ikən cənabət qüsulu gəldiyini görür.Elə həmin saatda cenabət qüsulu alır və orucunu tutur.Bu düzgündür yoxsa necə ? Allah ibadətləriniz qəbul etsin.
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən şəxsin orucu düzdür.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Aysel |
Salam Aleykum .ALLAH Tutdugunuz oruclari, etdiyiniz ibadetleri qebul etsin Insallah.Sizin meslehetinize cox ehtiyacim var. Men oruc tuturam usaq nimceni sindirdi onu yerden yigmaq isteyende siniq nimce batdi barmaqima ve qan geldi.Orucumu batil etdi yoxsa yox?Allah sizden razi olsun!
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, yaralanıb qanın çıxması oruca təsir etmir.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
ano |
Salam Aleykum, Men bu gun saatlari sehv salmiwam, saat 03:54 oldugu halda, ele bilmiwem ki saat 02:54 ve yeyib-icmiwem. Indi ne etmeliyem ? orucum batildir ? keffare duwur ?
Ответ / Cavab
Aleykumusalam.
Axşama kimi oruc qalacaqsız, sonra bu günü qəza edəcəksiz, orucu pozsaz kəffarə gələr.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Sual |
Salam.bir nefer wexs herbiye getmey isteyirdi.herbi yeni herbici olmaq isteyirdi.Sadece Allahdan ona dogru yol gostermesini isteyib ve bu iw ucun dua edib ki eger xeyrime deyilse senedlerimde bir problem cixsin men getmeyim.Allahdan bir iwaret isteyib ve senedinde problem cixib.bu o demekdir ki Allah ona iware verib ki getme?
Ответ / Cavab
Aleykumusalam.
İstixarə etdirsin, daha dəqiqi o olar.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
sevda |
Salam. Men dusunuremki men niye oruc tuturam ne Allaha sevgim nede Cennete meylim. men Cehennem orucun jeffare qorxusu ve ezemetli ay olduguna gore oruc tuturam. Menim tutdugum oruc cox asagi derecelidir duzdu?
Ответ / Cavab
Aleykumusalam.
Sizin orucunuzun dərəcəsi, günahlardan nə qədər bu oruc vasitəsiylə uzaqlaşmanız, özünüzü nə qədər bunun vasitəi ilə düzəltmənizlə ölçülər.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Emil |
salam bir məsələ məni çox narahat eliyir, utanıramda kiməsə verməyə. Mənnən asılı olmayaraq oruc olduğum halda mənnən sperma xaric oldu. mən orucumu pozmadım. Qəza oruc tutumalıyam ramazan ayınnan sonra? Umumiyyətlə mən nə etməliyəm?
Ответ / Cavab
Aleykumusalam.
Əgər ixtiyarsız xaric olubsa və bu sübh azanından sonra olubsa, oucunuz düzdür, qəzası da yoxdur. Namazlar üçün qüsl ediləcək.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
sebnem |
Salam.cenabetli halda yatib qalirsa ve imsak vaxti bitenden sonra yuxudan oyanirsa bu halda yemek yemeden qusl alib oruc saxlaya bilermi?
Ответ / Cavab
Aleykumusalam.
Əgər qalxıb qüsl edəcəyinə əmin olan halda yatıb qalıbsa, orucu düzdür, namazlar üçün qüsl alsın.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
bende |
Salam. Men emeliyyat olmusam burnumdan. Amma oruc tuturam. Men burnuma maz vura, yag tokr bileremmi, burnuma hemcinin derman tokmeliyem bunlari orucu pozurmu?
Ответ / Cavab
Aleykumusalam.
Boğazınızdan aşağı keçməyəcəksə, eybi yoxdur, edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
samir |
Assalam aleykum ALLAH haminin orucunu qebul etsin insallah .imsaq vaxti qalxa bilmedim ALLAH bagislasin.nece etmek meslehetdir.ALLAH RAZI OLSUN
Ответ / Cavab
Aleykumusalam.
Eybi yoxdur, imsaka durmaq vacib deyil, orucunuz düzdr, davam edin.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
??? |
Salam.Ramazan ayiniz mubarek olsun.esr namazinin vaxti grende zohr qeza olur,yoxsa qilmaq olar? Isa namazi grende megrib namaz qeza olur? Cox sag olun!
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, qəza olmur. Şam azanına kimi vaxt çatırsa, ikisi də əda qılınacaq.
Axşam namazları da ardıcıl olaraq gecə yarısına kimi əda qılınacaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Salam Aleykum |
Qadin oruclu iken heyzin elametlerini gorse artiq orucunu aca biler yeyib icmekle? Yoxsa iftara geder gozleyecek?
Ответ / Cavab
Aleykumusalam.
Heyz iftara bir dəqiqə qalmış olsa belə, orucu pozacaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Abdullah |
Bir vetenden diger vetene subh namazindan sonra cixib zohr namazindan evvel catsam orucum pozulur? 2) oruc pozulacaysa obasdan durub oruc tutmagin menasi qalmir? 3)nerimanovdan elmlere imtahan getsem 2-3saatliq oruc pozulacay?
Ответ / Cavab
Aleykumusalam.
Əgər o zaman kimi orucu pozan bir iş görməsə niyyət edib oruc qala bilər və bu düz sayılar.
Səfər gedən kəs o basdan durmasa da səfərə çıxmayıb, tərəxxus həddini keçmədən orucu pozan bir iş örməsin.
Xeyr, pozulmayacaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
--- |
salam teravih namazi, onun qaydasi haqqinda haradan melumat elde ede bilerem
Ответ / Cavab
Aleykumusalam.
Bizim fiqhdə belə bir namaz yoxdur.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Aysel |
Salam. Men imsaka dura bilmedim. Niyyet elamadim ki oruc tuturam. Men oruc tutmaq isteyirem. Onda oruc sayilir?. Cox saqolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, niyyət edin, orucunuz düzdür.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Rza |
Salam Ələykum 1)Bir şəxs məndən su istəsə bu ayda mənimdə yəqinim var bunun heçbir üzrü yoxdur, oruc tutmur bu halda ona su verməyin hökmü nədir? 2)Paltaryuyan maşın nəcisi pak edir? 3)Orucun bütün hökmün bilən şəxs bilərəkdən ramazan ayında 1 gündə oruc tutmur bu halda bunun kəffarəsi nə qədərdir?
Ответ / Cavab
Aleykumusalam.
1.Ona su vermək olmaz.
2.Bəli, pakk edir.
3.Kəffarə vacibdir. Ya ilk 30 günü ardıcıl olmaqla 60 gün oruc tutacaq, ya 60 fəqiri doyuzduracaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Salam |
Salam. Eyer gece subh azanina kimi dura bilmemiwemse indi niyet edib su icib oruc tutmaq olar? bir de qeyd eleyim ki, gece 2 de yemek yedim niyet tutdum amma dua oxumadim ki istedim subh azanina kimi 1 saat yuxu alim ondada yatib Qalmiwam. Zehmet deyilse cavab vererdiz. Allah razi olsun!
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, heç nə etməyin, elə orucsuz, nəsə etsəz, orucu pozarsız.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
Orxan |
Salam qadinla elaga olmag yani intim menasinda orucu batil eliyer? Ya iftari acdigdan sonrada Batil eliyer?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, yaxınlıq batil edir. İftarı açandan sonra olar, lakin sübhə qədər gərək qüsl verilsin.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2017 , Опубликовано: 1 Июнь, 2017
SALAM |
Peygemberden(s) bir hedis var orda deyir ki"Men ve melekler bele dua etsek senin evleneceyin xanim deyismez,Allah terefinden teyin olunmusdur(tam ve duzgun deye bilmedim uzrlu sayin).ve basqa bir hedisde deyir ki,"Evlenecyiniz xanimi, gozellik ve var dovletine gore nigahlamayin, size dindar bir xanim ile evlenmeyi tovsiyye edirem.Sonra bir moizede qulaq asmisdim ki, Allah bize evleneceyimiz xanimi ya yaxsisini hediyye olaraq gonderer ya pisini imtahan olaraq gonderer.ve Quranda evlenilmesi qadagan olan xanimlar haqqinda behs edilmisdir. Indi Peygemberden olan1ci hedise gore evleneceyimiz xanim onceden teyin olunmussa,2ci hedise gore ozumuz nece dindar xanim sece bilerik,ve Quranda evlenilmesi qadagan olan xanimlardan behs edilib, eyer moizede deyilene gore belke Allah o pis xanimi qarsima cixararaq meni imtahan edecek?.Bunlara esaslanaraq ne qerara geleceyimi bilmedim,Indi Allah evleneceyimiz xanimi onceden belli edib , yoxsa bu hedislerde yalnisliq var secim ozumuzdedir?
Ответ / Cavab
Aleykumusalam.
Bəs verdiyiniz misallara görə elə görsənir ki, birinci deyilən söz həqiqətə uyğun deyil, çünki başqa sözlər və ayələrə ziddir.