Страница 92 из 5746 << < 88 89 90 91 92 93 94 95 96 > >>
Allahu Akbar |

As'Salamu Aleykum, hacı yaradan gələn qan quruyanda belə qəhvəyi rəngdə təbəqə bağlayır o qüslə maneədir? Ağlıma gəlməmişdi heç

Ответ / Cavab

Aleykumusalam.

Yaranın qazmağı qüslə mane deyil.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sual |

Salam Hacı. Allahla münacat zamanı ozume dünyanın en gunahkar müsəlmanı deyirəm. Dunyanin en gunahkar insani demirem. Cunki duwunurem ki yer üzündə kafirler de var. Ve muselman özünü kafirden aşağı bilmemelidir, heddinden artiq təvazö zillete salar insanı. Duz fikirlewirem yoxsa ele demek olar?

Ответ / Cavab

Aleykumusalam.

Bu fikrinizdə yalnışlıq yoxdur.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sevinc |

Bir daha salam Haci.Xeyir qeza oruclar deyil.Bu şexs and icib ve andini tuta bilmiyib,bu halda da boynuna keffare gelib 3 gun oruc tutmalidi.her defe andini pozub keffareler artib 16 gun edib.Bu halda neynesin,yeni artiq 2 gun tutub,istiyir ki 1 gun.ara versin yene 2 gun tutsun.Deyir susuyuram.....Tesekkurler

Ответ / Cavab

Aleykumusalam.

Bunları 3 gün 3gün şəklində tutulmalıdır.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sual |

Haci Salam bir daha. Imam Rza aganin ziyaretini ehsan etme qaydasini oyrenmek ucun sual vermisdik, cavabiniz çıxıb amma yarımçıqdır. Xahiş edirəm yenidən yazardiz cavab. Allah razı olsun!

Ответ / Cavab

Aleykumusalam.

Əgər kimləri yollamaq istədiyini bilirsə, o zaman həmin adamların xarici pasportlarını cəmləsin və qeyd etdiyimiz şrkətə yaxınlaşılsın. Yox əgər sadəcə pulunu vermək istəyirlərsə, yəni konkret kimlərin getməsini muəyyən etməyiblərsə, bu ziyarətə getmək arzusunda olan fəqirlər var. Onları istaqamətləndirə bilərik.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sevinc |

Salam Aleykum Haci.Boynunda 16 gun keffaresi olan bir şexs,niyyet edib ki,6 gun ardicil tutacam,o biri hefteler de 5-5 tutacam.Indi hemin bu şexs sebri catmir,2 gun tutub,istiyir ardicil olaraq tutmasin.16 gunu ara vere vere tutsun.Bele olarmi,yoxsa yene keffare gelecey?Sistani Aga.....Tesekkurler

Ответ / Cavab

Aleykumusalam.

Əgər qəzadırsa, bəli edə bilər və fasiləylə tuta bilər.

Əər kəffarədirsə, kəffarənin ilk 30 günü ardıcıl olmaldıır. Əgər ixtiyari pozularsa, tutduqları puça gedər.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
...... |

Salam haci. Qurani Kerimi play marketden yuklemek isteyirem. Kimin tercumesini yuklemeye meslehet gorursuz? Ve proqramin shekli necedir? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Quran. Azerbayjan proqramını yukləyin. Mirəli Abdullayevin hazırladığı  proqramdır. Ağ lövhədə yumru yaşılın içində ərəbcə Qurani kərim yazılıb və ətraı xırda yaşıl ulduzlardır.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sual |

Salam. Gusl aldiqdan sonra sag golrug altini yuyub yumadigima shubhe eledim.indi men tezeden gusl almaliyam? Destemaz aldigdan sonra yel cixmagina shubhe edirem.ve yene gedib destemaz aliram ele olur ki 3 4 defe.men ne edim bu shubheden vesveseden gutarim. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Qusl bitdikdən sonra olunan şəkklərə fikir verməyin.

Dəstəmazda da eynidir. əgər yelin çıxmasına yəqinlik yoxdursa, dəstəmaz yerindədir.

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Sual |

Salam Haci. Allahin iznile texminen 10 nefere Imam Rza aganin ziyaretini ehsan etmek isteyen var. Bunun en rahat yolunu yazardiz zehmet olmasa. Nece edek, kime muraciet edek ve s.

Ответ / Cavab

Aleykumusalam.göndəriblər

Salamtur şirkətinə muraciət edin və deyin sizi İslam.az saytından

Allah sizə yar olsun

Задан: 10 Июль, 2019 , Опубликовано: 10 Июль, 2019
Anonim |

Salam can Hacı. Haci menim neyim olmasa da Allaha ümidim ve imanim var. Bilirem ki ona zerre umid eledinse ve o ümidi dunya heyatindan o biri heyata kecirmeyi bacardinsa, InsheAllah ki halin xos olacaq. Cunki Allah umid qiran deyil, hec yerde görülməyib ki bende Allahina ümid elesin ancaq elibos qalsin. Bunu dusunurem ve dusundukce bir gun oleceyimi xatirlayanda nese qeribe bir sevinc, həyəcan hissi de gelir mene. Duzdu momin olmaga caliwmaliyiq bu oz yerinde,ancaq emellerimizden naumid olub bir tek Allaha umid elesek duwunurem ki aqibetimiz xow olacaq. Sizin de fikrinizi bilmek isterdim. Bu yazim da qalsin burda InsheAllah Qiyamet gunu Allaha gosterim.

Ответ / Cavab

Aleykumusalam.

İnsanın vəzifəsi ümid və qorxu arasında qalmaqdır. Ümid insanı gunahlara tərəf sürükləyə bilər, qorxu isə insanı  həvəsdən salar. Bunların ikisinin arasında olan qızıl xətt ən düzgünüdür. Həm ALlaha ümid etmək, həm də axirətdə əliboş qalmaqdan, rəhmətə yetişməməkdən qorxmaq. Bu insana düzgün olub düzgün yaşamağa stimul verir.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
Babacan |

salam əleykum hacı.cume günü məscidə namaz qılarkən önündəki İmam (molla) həmişə ikinci reketden sonra tesbihati ərəbeni sənsiz deyir.ele olarmı ki məndə bütün namazlarda imamın etdiyi kimi edim?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, təsbihati ərbəə səssiz deyilməlidir.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
Nermin |

Salam.Zohr namazinin vaxt gelende Zohrin daliyca Esiride qilmax olarmi?ya Gerey Esirinde vaxti gele sora?Axwam namaziynanda Xufteni birlewdirib qilmax olarmi?Qunah sayilir ya xeyir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar, günorta və axşam namazlarını bir birinin ardınca qılmaq düzgündür .

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
zehra |

salam,denize gedende veya istirahet yerleri ferqi yoxdu qadının kupanlik geymesi günahdır?ne derecede düzgündür?cavaba göre coxsagolun

Ответ / Cavab

Aleykumusalam.

Sizcə xanımın yad kişilər qarşısında alt paltarda olması günah deyil,?

Qadının naməhrəm qarşısında üzü və əllərindən başqa heç yeri görünməməlidir və geyimi də elə olmalıdır ki, nə nəzərləri cəlb etsin, nə də ki, bədən quruluşunu göstərsin.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
Baba |

salam əleykum hacı namaz qılarkən necə edim ki fikrim başqa yerdə olmasın.fikrim başqa işlərin yanında olur nəyi düşünüm fikrim Allah dərgahında olsun

Ответ / Cavab

Aleykumusalam.

İlk olaraq namazın sözlərinin tərcüməsini öyrənin ki. bu sizin fikrinizi cəmləməyə yardım edəcək. Şeytan fikrinizi çəkdikcə, fikrinii namaza tərəf qaytarın.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
Sual |

Salam Hacı. Razilasirsiz ki, uzerine xums vacib olan her muselman xums verseydi yer uzunde feqir adam qalmazdı? Uzerine xums vacib olan 300 milyon muselman var deyek, ilde 100 dollar xums verseler illik 30 milyard dollar edir. Cox besit ve kobud bir hesablamanin neticesi. Bunu neye yazdim? Cunki bezi insanlar var ki xeste ve ya feqir usaq, insan gorende o deqiqe deyir Allah bes rehimli idi? Hara baxir Allahiniz? Netice etibarile xums vermeyen muselmanlarin gunahini Allahin boynuna atirlar.

Ответ / Cavab

Aleykumusalam.

Belə deyək. Bu xumsun təyinatı deyil. Zəkatın təyinatıdır. Əsl həqiqət isə bundan ibarətdir ki, fəqirlərin ehtiyacı fəqir olmayanların etdikləri israf qədərindədir. Əgər onlar israf etməsələr, fəqir olmaz.

Sizə irad edənə deyin ki, rəhmli olmasaydı belə axmaq düşüncələrini dilinə gətirdiyinə görə adicə havanı kəsərdi, vəssəlam. Rəhmlidir ki, bu qədər üsyanınla yenə sənə ruzi göndərir, rəhmətini üzərindən və əzizlərinin üzərindən çəkmir, onlara bəla göndərmir.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 9 Июль, 2019
Muselman |

Salam. Iwlemeyen evdar qadinlar zekati nece vermelidir yoldawim ve valideyinlerim qarwilayir ehtiyyaclarimi qizila gumuse zekat duwurmu? Zekat ne vaxt verilmelidir. Hicabla zinet ewyalari sep sirqa uzuk bilerzik taxmaq olarmi?

Ответ / Cavab

Aleykumusalam.

Onlara zəkat vacib deyil.

Qadın zinətlərini naməhrəmdən gizlətməlidir.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Babacan |

salam əleykum hacı.namazi vaxtında qılmaq yaxşıdır yoxsa.meselen.zohrle əsiri bir yoxsa hersin öz vaxtında? şamla işanı bir yoxsa öz vaxtlarında

Ответ / Cavab

Aleykumusalam.

Bir birinin ardınca qılmaq elə vaxtınd qılmaqdır.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Sual |

Salam. Eger neyese necis ve ya sidik deymesine shubhe ediremse, emin deilemse, hemen yer ve ya eshya pak sa yilir ? Deniz suyu pak sayilir? Uzdukden sonra cinmesen namaz gilmag olar ? Birde siz cavablarda " yeqinlik olmasa, pak sayilir" yazirsiz, bu ne demekdi? Yani 100 faiz emin deilsense? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, nəcis olması yəqin deyilsə, o zaman pak sayılacaq.

Dəniz suyu pakedicidir. Üzməklə paklanma olmaz. Dəstəmaz alınmalıdır.

Bəli, 100 faiz əmin olmalısız.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Baba |

salam əleykum hacı. pis yuxular görməmək üçün nə etməli. hansı duanı oxuyub yatmaliyam. 2 ci sual . namaz qılarkən iqameni deyərkən tərpənmək olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Pis seylər düşünülməməlidir. Yatarkən də bir fatihə, 3 ixlas və bir ayətəl kursi oxuyub yatın.

Bəli, tərpənmək olar.

Allah sizə yar olsun

Задан: 9 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Baba |

salam əleykum hacı . namaz qılarkən başı aşağı durmaq lazımdır yoxsa düz baxmaq

Ответ / Cavab

Aleykumusalam.

Qul ağası qarşıında başıaşağı durarsa daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Anonim |

Salam Haci. Her gun 10 defe ixlas suresini, 2-3 defe ayetel kursini, 1 defe Vaqie suresini, 1 defe Hedid suresinin ilk 6 ayesini, 1 defe de Hasr suresinin 22-24cu ayelerini oxuyan wexs Quranla rabitesi olanlarin cergesine aid edile biler mi? Tebii ki Qurana emel edecek bir heyat yawamaq wertile. Qiyamet gunu Quran onunla rabite qurmayanlardan wikayet edecek ona gore soruwuram.

Ответ / Cavab

Aleykumusalam.

Bunu adət üzrə etməsə, bəli,

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Страница 92 из 5746 << < 88 89 90 91 92 93 94 95 96 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com