Страница 93 из 5746 << < 89 90 91 92 93 94 95 96 97 > >>
Sevinc |

Salam. Qadının heyz vaxtı kəbini oxunsa kəbin düz sayılmır? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Heyz zamanı kəbinin oxunmasında problem yoxdur. Heyz halında talaq oxunmamalıdır.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Zeyneb |

Salam 1.sedeqe nedir? 2.sedeqeni mescide vermek olar?. 3.sedeqe tek puldan verilir yoxsa dua zikir edilib kiminse ruhunada vermek olarmi?(bura ehli peytde daxildirmi?) 4.nezir ile sedeqenen ferqi nedir.nezir seyudler gotirir bes sedeqe niyeti ilede versek duzgundurmu, 5.erzaq mehsularindan da sedeqe vermek olarmi? 6.dunyasin deyişmiş valideyinlerein ruhuna salavat oxuyub ,ve ya dua oxuyub sedeqe vermek olarmi,yeni hediyye kimi yox sedeqe kimi.cunki imamlardan revayet olunurki sedeqe ruzini coxaldir. 7.kimseziler qebirstaninin ehli quburuna zikir,salavat dua sedeqe vermek olarmi, 8 .Xaiş edirem sehifenize sedeqe barede ve nezir barede mövzu yerlesdiresiniz .evvelceden tesekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Sədəqə könüllü surətdə verilən maddi yardımdır.

Xeyr, gərək fəqirə verilsin.

Bunları da dünyadan gedənlər üçün etmək olar.

Nəzr insanın hər hansı bir istəyi baş tutarsa verəcəyi  vacib olan bir şeydir. Yəni insan bir  şeylər istəyi və əgər bu baş tutarsa filan şeyi edəgəyini ya verəcəyini boynuna götürür. Bu iş ona vacib olur. Bu cəhətdən Seyyidlərə də bunu vermək olar. Amma sədəqə könüllüdür. Bunu Seyyidlərə vermək olmaz.

Bəli, bunu ərzaqla da vermək olar.

Bunu onlara hədiyyə etmək olar. Valideynləri sədəqəyə möhtac bilmək düzgün əqidə deyil.

Bəli, yadlar üçün bunu etmək olar.

XAhişinizi  nəzərə alarıq.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Sual |

Salam Haci. O ki deyirler a, gunahkar muselman cehennemde müvəqqəti ezabini çəkib cənnətə gedecek. Burada cehenneme qeder hec cure gunahlarindan qurtula bilmeyenler nezerde tutulur, yeni qebr ezabi, qiyamet qorxusu, cetinliyi ve s. Ile hec cure gunahlarinin keffaresi bitmeyen muselmanlar en nehayet dayanacaq olaraq cehenneme gedecek duz fikirlewirem? Yeni ora en son dayanacaqdir

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz fikirləşirsiz. Qiyamətə kimi təmizlənməyənlər  və bəzi günah sahibləri. Çünki bəzi günahları cəhənnəm odundan başqa şey təmizləməz.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Sual |

Salam. Nisa tevafini ve namazini bizim eqidemiz neye esasen vacib bilir? Yeni bu emelin menbeyi haradan götürülür?

Ответ / Cavab

Aleykumusalam.

Bu Peyğəmbərimizin qoyduqu qaydadır.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Sual |

Salam Haci. Destemaz zamani uze suyu elimle ilk defe cirpanda uzun sac cixan yerlerinden bir az awagiya tesaduf eledi. Ikinci yumada ise nehayet suyu elimle tuk cixan yerlere cirpib yuya bildim uzumu. Destemazim duzdur mu? Sistani Ağa.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düzdür. Əsa suyun ora çırpılması deyil, oranın da yuyulmaıdır. Ondan aşağıya da u çırpılarsa, əl ilə uyu ora çatdırmaq kifayət edir.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Xxxxxx |

Salam hacı şehvet hissi ile ancaq sperma gelir yoxsa başqa axintida hele biler? sağolun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, tək sperma gəlməz. Şəhvət çosduqda inandan başqa yaşlıq da xaric olur. Sperma adətən şəhvət  sonunclananda xaric olar və bunun öz xususiyyətləri də var. Sperma, şəhvətlə xaric olar, icrayışlı olar və özündən onra bədənə süstlük gətirər.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 8 Июль, 2019
Sual |

Salam can Haci. Heyetde filan gormusuz belke, ev sahibi uzun bir masa acir xeyli adam cagirir qonaqliq edir. Bu masada namehremler otururlar. Deyek ki masada icki yoxdu, ve deyek ki calgi da yoxdu. Bu masa yene haram meclis sayilir namehremler oturduguna gore? Yeni kiwi qadin qariwdigina gore. Umumiyetle burda hədd nədir? Yeni meselen bize qonaq gelir, xalam qizi da oturur masada 4-5 nefer oluruq. Bu halda o masada oturmaq mene haram sayilir? Sistani Ağa.

Ответ / Cavab

Aleykumusalam.

İnsan öz həddini qoruya bilərsə və orada onu harama sürükləyəcək bir şey olmazsa, həmin süfrədə əyləşə bilər.

Qeyd etdiyiniz qohumların adi şəkildə bir masa ətrafında əyləşməsi problem yaratmaz.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
Sual |

Salam Haci. Menden adimi soruwsalar ve men de vizli qalmagini istesem, adimi Abdullah olaraq teqdim elesem bu yalan sayilacaq?

Ответ / Cavab

Aleykumusalam.

Nəzərinizdə Allah bəndəsi olmanızı tutub deyə bilərsiz. Amma bu insanları aldatmaq üçün edilməməlidir.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
huseyin |

krivetka olan deniz mehsulu halaldirmı ?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, krevetka halaldır.

Allah sizə yar olsun

Задан: 8 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
... |

Salam Aleykum Yeni dogulmus korpe ucun bir gurban kesib paylamag,bir gurbani da ad goyma merasiminde kesmek isteyirik. Bes,bu etden usagin ata-anasinin ve ata ailesinin yemesi uygundurmu,yoxsa mekruhdur?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən qurbandan onlar da yeyə bilərlər. Əqiə qurbanı kəsilərsə, ondan uşağın ata və anasının, həmçinin baba və nənələrinin də yeməməsi daha düzgün olar.

Allah sizə yar olsun

Задан: 7 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
Xxxxxx |

Salam hacı üzr isdiyirem icden hiss kecdikde axinti gelir qusl vacib olur ya yox? Sağlun

Ответ / Cavab

Aleykumusalam.

Əgər gələn sperma deyilsə, qüsl vacib olmaz.

Allah sizə yar olsun

Задан: 7 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
Aya |

Salam eleykum)basgasi ucun istixare etmek olarmi eyer o insan ede bilmirse?ve ya xaiw edrse

Ответ / Cavab

Aleykumusalam.

Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Июль, 2019 , Опубликовано: 7 Июль, 2019
İbrahim |

Salam.sualima göre üzür istəyirəm.mən aybaşı olanda 10gun gözləyirəm ki dəqiq bitsin.ancaq çox zaman 7ci gündən sonra heç bir qan gəlmir.bəzən sadəcə qəhvəyi ləkə gəlir.belə olan halda qan gəlməyən günlər cinsi əlaqədə olmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Qanın tam bitməsini gözləyin. Ləkə filan, bunlar tam bitəndən sonra paklanmış sayılacaqsız. Bu bitəndən sonra qüslü edib təmizlənin.

Allah sizə yar olsun

Задан: 7 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Sual |

Hacican ehli sunne hecc zamani nisa tevafini ve namazini yerine yetirir mi?

Ответ / Cavab

Aleykumusalam.

Əhli sünnə onun əvəzində Vida tavafını vacib bilir.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
elsen |

Salamaleykum,zekatin qizildan,gumusden ve saireden verilmesi Quranda yazilib,yoxsa hedislere esasendir?

Ответ / Cavab

Aleykumusalam.

Qurnda hər bir xırdalıq yazılmazUmumi qanun verilir, açıqlaması isə Peyğəmbərimiz və pak əhlibeytindən gələn hədislərlə çatdırılır.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Sual |

Salam Haci. Fiqhde bele bir wey var ki, kim hecc zamani nisa tevafini ve namazini yerine yetirmese zovcesi ona haram olur? Var bizim eqidede bele bir wey?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, tək zövcəsi deyil, ümumiyyətlə qadın on haramdır.

İnsan ehrama daxil olduqda onun boynuna bir çox haramlar gəlir və bu həccin qaydalatındandır. Bunlar əməllər icra olunduqca halallaşır. Məsələn əməlləri icra edərək gəlib qurban kəsib başını qrxdırandan sonra kişiyə tikili paltar geymək halal olur. və sair. Eyni zamanda kişiyə ehtamda  qadın  haram olur(həmçinin qadın ehrama daxil olduqda ona kişi haram olur) Bu haramlığın aradan qaldırılması nisa tavafını etmək və o  tavafın namazını qılmaqdan sonra olur.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Salam aleykum |

Salam namaZda(tək namazda yox umumiyyətlə) oturub qalxmaq mənə əziyyət verir urəyim çırpınır nəfəsim təngiyir belim ağrayır uzun muddət namaza fasilə verdim indi istəyirəm oturan yerdə qılam

Ответ / Cavab

Aleykumusalam.

Əgər ayq üstə qılmaq mümkünsüzdür ya çox əziyyətlidirsə, oturaq halda qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
bakinka |

Salam.Ayet ve sureleri bawqa dilde oxumaq olarmi?Yeni meselen AyetiKursu azerbaycan diline telefona yukleyib oxumaq gunah olmazki?Birde Islamda gismet baglidi deye bir wey varmi?Xeyirli gismet ucun hansi ayet ve dualari oxumaq lazimdi?Tewekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, ayələri öz dilində dinləmək ya oxumaq günah deyil, bu əksinə Quranla tanışlıqdır. Amma ayə və surələrin oxunuşunda olan savabları ələ gətirmək üçün gərəb ərəbcəsi, orijinalı oxuna.

Belə bir şey yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Maya |

Salam bağışlayın Hacı sizi çox yordum.ozumfə namaz qılan hər şeyi ehtiyat edən qadınam.mən uşağın anası qonsudaki Arifə xanımın adını qoyub qonşudan halallıq almaliyammi?və belə etmək ana ad qoymaq kimi çıxırmış? çünki atası deyir Atası deyir ki anamın adı Arifə qoyuram

Ответ / Cavab

Aleykumussalam

Son dediyimizə əməl edin.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Ayan2 |

Salam. Bacım namaz qıldığı yerdə qəfil fikir verib ki, barmağında üzük var. Namazın pozmayıb və barmağından üzüyü çıxarıb kənara atıb, üzün qiblədən çevirmədən. İndi bilmək istəyir ki namazı düzdür? Bir də qadın namaz vaxtı, üzük, sırğa, sep taxa bilərmi? əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.

Ответ / Cavab

Aleykumussalam

Bu onun namazına mane deyildi. Qeyd edilən şəkildə çıxarması da namazı pozmayib.

Qadının namazda zinətlənməsi qadaqan deyil.

Allah sizə yar olsun

Задан: 6 Июль, 2019 , Опубликовано: 6 Июль, 2019
Страница 93 из 5746 << < 89 90 91 92 93 94 95 96 97 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com