Salam,haci menim qizim 13 yaşin icinde dunyasin deyisdi,adi fatime idi.onun adinin o dunyada savabi var
Ответ / Cavab
Aleykumusalam.
O yaşda uşaq demək olar ki, məsum şəkildə dunyadan gedib. İnşaALlah Adının sahbəsi köməyi olar.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 2 Июль, 2019
Rzazade 78 |
Salam.Aşura ziyaretin heyizli halda oxumaq olar yoxsa gunahdi
Ответ / Cavab
Aleykumusalam.
Bəli, oxumaq olar, ammaorada olan ehtiramlı adlara toxunmaq olmaz.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 2 Июль, 2019
Allahu Akbar |
As'Salamu Aleykum, haci ayaq dirnagim coxda uzun deyil (dirnaq kesmeyi lazim bilmeyecek hedde) amma altinda dərində yəni asan çıxarılmayacaq bir yerdə ləkə varinanmıramki onu çıxartsam belə su gedib çatar ora ona görə eləcə qüsl aldım qüsl düzdür? Sistani Ağa
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən halda qüslünüz düzdür.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 2 Июль, 2019
Maya |
Salam.bagislayin sizi yordum.siz əvvəlki cavablarımız da yazdiz vəsiyyət pozmaq uşağa ziyanı yoxdur,bəs oğula nə ziyan ola bilər? Mən istəmirəm onun başına pis iş gəlsin.2.belə etmək olarmı? (qaynanam adı Arifədi.) niyyət tutum ki, qaynanam adı vermədiyi üçün onun adını yox,o adla eyni olan tibb bacısı Arifə adını qoyuram.ve ya qonşuda Arifə adında olan əməli saleh xanımın adını qoyuram.Xamemei aga
Ответ / Cavab
Aleykumusalam.
Nə olacaq bilinməz.
Bəli, belə edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 2 Июль, 2019
Salam |
Salam. Qüsldən sonra bədənin bir yerini yumağım barədə şəkk yarandı məndə. Daha doğrusu yuduğumu bilirəm, amma suyu hər tərəfə çatdırıb çatdırmadımmı şübhəliyəm, heç cür yada sala bilmirəm. Qüslü təzədən almalıyam?
Ответ / Cavab
Aleykumusalam.
Əgər yuduğunuzu bilirsinizsə, tamam daha şəkki kənara qoyun.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 2 Июль, 2019
Sual |
Salam Haci. Ayaq dirnaqlarim uzansa da icerileri temiz haldadir. Cenabet quslu verende teziqle gələn suyu xususile ayaq dirnaqlarima yaxin tutub yudum ki dirnaqlarin icerisine de su keçsin. Bu halda quslumu duzgun saya bilerem? Sistani Aga
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən halda qüslünüz düzdür.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
Maya |
Salam ana vəsiyyət edəndə ogul evdə olmayıb.gəlinin yanında deyib.gəlin də uşaq olandan sonra oğula dedi bu vəsiyyəti oğul əməl etmək istəmir.
Ответ / Cavab
Aleykumusalam.
Vəsiyyətə əməl etməsi daha yaxşı olar.
Allah sizə yar olsun
Задан: 2 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
Fərid |
Salam əleykum Məsələn bir adamla danışmamağa və ya ona yazmamağa görə Allaha and içilərsə və bir müddətdən sonra and pozularsa andı pozmağın qarşılığı nədir ?
Ответ / Cavab
Aleykumusalam.
Allahın adına içilən and pozularsa kəffarə verilməlidir. Bu kəffarə ya 3 gün ardıcıl oruc tutmaqdır, ya 10 fəqiri doyuzdurmaq.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
Maya |
Salam.Haci.ana sağlığında vəsiyyət etsəki mən adımı oğlumun uşağına vermirəm,əgər oğul qoyarsa, vəsiyyət əməl etməsə usagin gələcək taleyinə pis təsir edərmi? vəsiyyət pozannin başına pis ola bilərmi? Xamenei ağa təqlid edirəm
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla onu qeyd edək ki, ana bunu vəsiyyət edərkən əgər oğul istəmirdisə, ona etirzını bildirəyi və ana vəsiyyət etməzdi. Əgər vəsiyyət edilibsə və vəsiyyət də qəbul olunubsa gərək əməl olunsun.
gər vəsiyyətə əməl olunmazsa bunun uşağa təsiri olmaz. Amma vəsiyyətə əməl etməyən məsuliyyət daşıyır.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
bende |
Salam Haci.Meherremlikde zencir vurmaq gunahdimi?umumi zencir barede muctehidlerimiz ne deyir Sistani ve Xomneyi aga.zencirnen vurub ama xesaret olmamaq werti ile vurmaq olarmi.Bu Imam Huseyne gore awiqlik kimi sayilirmi.etrafli izah ederdiniz zehmet olmasa.ALLAH razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Zəncir vurmaqlıq heç bir ziyan verici deyil və qadağan da edilməyib.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
AYSELL |
SALAM ALEYKUM 1/ BİR NEFER NİYYET EDİBKİ İSE QEBUL OLSAM İLK MAASİMİ KASİBLARA FEQİRE PAYLAYACAM AMA Kİ ATASİ BUNA HEEC CUR İCAZE VERMEZ İNDİ BU QADİN İSE GİRSE NE ETMELİDİR.
Ответ / Cavab
Aleykumusalam.
İlk olaraq atasını buna razı salsın. Əgər nəzr edirsə. icrası vacibdir. Valideynləri incitmək də olmaz.
Həmçinin övladlar nəzr edərkən əvvəlcə hər tərəfli düşünüb sonra nəzr etsinlər, o zaman belə hallar yaşanmaz.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
sara |
salam. bezen subh namazina yatib qaliram seher 5, 6 ya iwlemiw durub qilsam bu qezadi ya qilamaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Gün çıxandan sonra qılınarsa, qəza niyyəti ilə qılınacaq.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
Salam |
Salam,marwurutda gedende istide adam terliyir yaw paltar sidelniye deyir ureyimde wubhe yaranir sidelni mindardi curebecure adamlar oturur paltarim bedenim mindarlandi bu vesvesedi yoxsa heqiqeten mindar olur adam.ele,saqolun
Ответ / Cavab
Aleykumusalam.
Nəcis olmasına yəqinliyiniz yoxdursa, həmin yerlər pakdır.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
Rişad |
Salam. Saqqal çıxması üçün əlavə nə isə etmək icazəlidir? Yəni çox az çıxır deyə çoxAltmaq məqsədi ilə lezva vurmaq vəs.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bunun üçün lezva ilə tükü dibindən qırxmaq qadağandır.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 1 Июль, 2019
tofiq |
salam haci size sualim varki meselen bir namehrem kucede gedir men birdefe baxib sonra daha baxmasam yere baxsam o yanimdan kecende gozumun qiraqindan gorsense gunah dusur ustume
Ответ / Cavab
Aleykumusalam.
Hörmətli oxucu, bir daha yaziriq. Baxmaqla görmək fərqini başa düşməlisiz. Görmək insanın gözünün görünüş sahəsində olanın görünməsinə deyilir. Baxmaq isə insanın öz iradəsi ilə bir şeyə nəzər salmasıdır.
Gunah baxmağa deyilir.
Allah sizə yar olsun
Задан: 1 Июль, 2019 , Опубликовано: 30 Июнь, 2019
orxan |
haci bu haqda axirinci sualim olsun isliyim ya yox istiyireme amma dukanda namehremle uzlewerem deye qalmisam sual altinda meselen bir nefer qadin deyir pomidor cek va ya basqa bir wey onda neylemek olar basimi salsam asaqi qiraqda yeni gorune biler meni yeqinki basa dusursuz. cox saqolun
Ответ / Cavab
Aleykumusalam.
Sizi bizi baça düçməlisiz. Baxmaq iradi cəhətdən baxmaqdır, gözə görsənmək yox. Siz ora işləməyə gedirsiz, gələnlərə baxmağa yox. Kimsə pomidor istəyəcək, çəkib verəcəksiz, gedəcək. Bunun üçün ona baxmaq lazımdır məgər?
Salam haci. Burda bir nefer sual verib Eger bir adam quslu sehv aldigin sonra bilibse qildigi namazlarin qezasin qilmalidi onu bilirem bes tuttugu orucu nece onuda qezasin tutmalidi. Sizde cavab vermisiz ki, xeyr oruclari duzdur, qeza istemir. Yeni bir nece gun kecenden sonra eger insanin yadina duşse ki, quslu sehv alib, tutdugu oruclar duz sayilacaq ve qeza etmek lazim olmayacaq?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, orucları tutarkən qüslün düz olduğuna əmin olub tutub. Bu səbəbə oruclar düz sayılar.
haci gozum bes nece baxib baxmayada bilerem ya yox bilirsiz ne dusunurem islemek niyyetim var 11 i qutamisam amma deyrem cirkin geyimli xanimlarla uzlewerem deye qalmisam bele ne edim deqiq bilmirem
Ответ / Cavab
Aleykumusalam.
Baxmaq qadaqandır, görmək yox. Yəni insanın gözünə bir şey görsənə bilər, amma dönüb baxmaq isə iradə üzündən olan şeydir. Bu olmamalıdır.