Bayaq sual vermishdim size Eshabi kehf ziyaretgahi bes mescid daxilindedir ya yox
Ответ / Cavab
Aleykumusalam.
Orada olmamışıq və dəqiq bilmirik. Əgər məscid olarsa daxil olmazsız, bayırdan ziyarət edərsiz.
Allah sizə yar olsun
Задан: 2 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Muslim 313 |
As'Salamu Aleykum hacı mənim çolka (tellərim) biraz uzundur alnımı tam örtməsə də nisbətən örtür mən dəstımaz alanda saçımı yana darayıb dəstəmaz alıram bayaq oxudum ki belə olan halda saçı bir yerə yığıb məsh çəkmək olmaz gərək diblərinə məsh çəkilsin, o necə olur?
Ответ / Cavab
Aleykumussalam
Bas dörd hissəyə bölünür. Ön,arxa, saq və sol. Əgər bir tərəfin tükü o qədər uzun ola ki cəkilsə o biri tərəfə ortər,. Belə olduqda saç taq olaraq ayrılmalı və həmin taqa məsh edilməlidir. Belə olmazsa elə saçın üzərinə məsh ediləcək.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Gunay Elizade |
Salam sualima gore uzr istiyirem,subay qizlar adet gunlerinde ziyaretgahlara gede biler? Bashqa gun getmek imkani yoxdursa
Ответ / Cavab
Aleykumussalam
Əgər ziyarətgah məscid daxilində deyilssə və məsumların hərəmi deyilsə daxil ola bilərlər.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Aynur |
Salam. Səhər vaxtı rayona yola düşməliyəm bir günlük, və axşam şəhərə qayıtmaq 4 saat vaxt çəkəcək. Orucu bu məqsədlə, yəni səfər məqsədilə 1 gün təxirə sala bilərəmmi? Səfərə zöhr azanından sonra, səhər saat 8də yola düşəcəyik. Cavabınız üçün təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumussalam
Yasadiqiniz məntəqənin sonundan təqribən 4-5 km aralandiqdan sonra orucunuz pozulacaq. Sonra həmin günu qəza edəcəksiniz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
ANAR |
SALAM haci sualim bu idiki, nece olur maya yinin 6-dan,iyun ayini 5-kimi ramazan ayi davam edir axi bu gunlerin sayi 32 edir budaki hicri teqvimine gore duzgundeyil hemde son 30-cu gun bayram olur axi zehmet olmasa izah edin
Ответ / Cavab
Aleykumussalam
Hicri aylari ya 29 olur ya 30. Ola bilər 29 gün keçib 30 cu gun bayram olur yaxud da 30 gün olub sonra bayram edilir.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
ZohCav |
Salam! Ətir iyləmək orucu pozmur?
Ответ / Cavab
Aleykumussalam
Xeyr pozmaz,amma bəyənilmir.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Sahibə |
Salam.əgər uşağa ad qoymaq məsələsində oğul ananın vəsiyyəti pozmuş olarsa onun uşağa ziyanı ola bilər?bəs oğula nə günah yazılır? Xamenei ağa
Ответ / Cavab
Aleykumussalam
Çalışın vəsiyyətə əməl edin. Usaqa ziyanı olmaz amma həddlər qorunmalidir.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Aynur |
Salam. Səhər vaxtı rayona yola düşməliyəm bir günlük, və axşam şəhərə qayıtaq 4 saat vaxt çəkəcək. Orucu bu məqsədlə, yəni səfər məqsədilə 1 gün təxirə sala bilərəmmi?
Ответ / Cavab
Aleykumussalam
Zöhr azanından əvvəl səfərə cixsaz oruc pozulacaq. Sonra qəza edəcəksiniz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
...... |
Salam haci. Menim heyzim artiq bitir, dunen hele cirk cixirdi, ve az deyildi, ona gore bir gunde gozlemeye qerar verdim. Axsham yuyulduqdan sonra hecne gelmedi ve bu gun hardasa saat 16.00 kicik ayaq yoluna getdikden sonra parca ile silindim ve gordum ki, heyz lekesi cixdi. Amma ozu parcaya gelmirdi gun erzinde. Ancaq silinende gorundu. Bu gun qusl edib sabah in sha Allah oruc olmaq isteyirem. Bele etmek duzdur? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Sübhə yaxin paklanib qüsl edin . Əgər gün ərzində yenə gələrsə orucu pozarsiz. Gəlməzsə artiq bitmiş olacaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Aylin |
Salam Aleykum! Jelatin heyvanlardan donuz ve ya ineklerin sümük ve vetererden hazırlanır. Jelatine yazılmış deyilse hanci heyvandan duzelenib, onu yemek mümkündürmü? Istihala burada tetbiq olunur mu?
Ответ / Cavab
Aleykumussalam
Tərkibində haram ya nəcis bir şeyin olması yəqin deyilsə yeyile bilər.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Allahu Akbar |
Salam Aleykum hacı məsh yerinin sulu olduğuna yəni dəstəmazın batil olmağına yəqinlik yoxdursa amma düz olduğuna da yəqinlik yoxdursa sadəcə böyük ehtimalla düz olduğu inamı varsa dəstəmaz düzdür ehtiyata görə?
Ответ / Cavab
Aleykumussalam
Böyük ehtimal haradirsa ona qərar verin.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
------- |
Bismillah. Salam. Fərz edək ki, bir nəfər Dini kitabxanadan ora vəqf olunmuş bir kitabı oxumaq üçün götürdü və aparıb bir neçə ay evində saxladı. Evində o kitabın bəzi vərəqləri cırıldı və ya qatlandı. Lakin kitab özü oxunulası halda qaldı. a) Bu halda həmin kitabın kitabxanaya qaytarılması kifayətdir, yoxsa eynən o cür təzə bir kitab alınmalıdır? b) Burada fərq varmı ki, o kitabın vərəqi səhlənkarlıqdan (yəni onu yaxşı qoruya bilərdi qorumadı) cırıldı və ya bilməyərəkdən? c) Bu halda fərq varmı ki, o kitabın öz kitabı olduğunu zənn edib onun vərəqlərini qattaladı və ya qırağından cırdı, sonra isə məlum oldu ki, o, vəqf kitabdır. Bu halda hökm necədir?
Ответ / Cavab
Aleykumussalam
Heç bir fərq olmadan kitab olduqu vəziyyətdə geri qaytarılmalıdır. Mümkün olmasa gərək yerinə yenisi alınsın.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Sevil |
Allahin salami olsun sizlere.Teşekkür edirem bizler üçun etdiyiniz dualara göre.Allah sizlerden razı olsun.men her zaman heç kiminle bolùşe bilmediyim meqamlari sizlerle bölùşmüşem.Her zaman da deyerli meslehetler almışam. Sizlerden sebirli olmagi oyrenmişem.sizin tutdugunyz bu yol çox gozel bir yoldu.insanlari indiki zemanede dini nöqteyi nezerden mariflendirirsiz.inanin ki bizlerin buna çox ehtiyacimiz var .arzu edirem ki bu yolda yorulmayasiz Allah sizlere sebr versin.Teşekkur edirem size.Allah sizlere yar ve yardimçi olsun her zaman amin.
Ответ / Cavab
Aleykumussalam
Biz vəzifəmizi icra etməyə çalışırıq. Əgər xeyirli olmusuqsa Yaradana sonsuz şükürlər olsun.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Aytən |
Salam.əgər qadın övladına öz anasının adını qoyarsan bunun düşər düşməsi ola bilər? Xamenei ağa
Ответ / Cavab
Aleykumussalam
Xeyr heç bir məsələsi yoxdur.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
SubhanAllah 313 |
Salam Aleykum hacı dəstəmaz alanda başmağın uc hissəsində su qalmışdı biraz ayağımı o hissə tərəfə qoydum sonra məsh çəkdim ayağımın üstü quru idi əminəm amma barmağın alt hissəsi quru idi ya yox bilmədim amma nəm olduğunu heç hiss eləmədim məsh çəkəndə də biraz barmağın altından başlayıram namazları qıldım sonradan narahat oldum ki birdən barmağımın altı nəm olardı dəstəmazım səhv olar birdən, nə edim?
Ответ / Cavab
Aleykumussalam
Siz səkkləri kənara qoyun və şəkk etməyin. Yəqininiz nəyədirsə ona uyqun əməl edin.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Babacan |
Salam əleykum Hacı . Allaha dua edərkən istəmək yalvarmaq və.s bu olar .amaki nəyisə xahiş etmək bəyənilən hərəkət dir yoxsa yox?
Ответ / Cavab
Aleykumussalam
Bizim son noqtəmiz odur. Şəri cəhətdən duz olan istənilən dua və istəkləri istəmək olar.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Gerib Xanim |
SalamAleykum.Size iki sualim var?1.Ayin 5-i oruc tutmag lazimdi?2.Cavab yazdizki,fitre bayram axwami cixarmag lazimdi?ayin 4-u axwami,yoxsa 5-i axwam cixardag???Allah razi olsun,,,
Ответ / Cavab
Aleykumussalam
Ayın 4 u axşam ay çıxarsa besi bayram olacaq və bayram günü oruc tutmaq haramdır. Ay cixmazsa ayın altısı bayram olacaq. Buna əsasən bayram axşamı da müəyyən ediləcək.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Nuray |
Salam. Ramazan ayi her il 10 15 gun evvele deyisilir. Bu da o demeydirki her il Qedr gecesi bir gune dusur. Standart gunu yoxdur. Ilin butun gunlerine dusub indie kimi. Bu bece olur? Nece olurki Qedr gecesi bir defe qisa dusur bir defe yaya dusur bir defe payiza dusur. Axi o 1 gecede 1 fesilde 1 tarixde olub
Ответ / Cavab
Aleykumussalam
Dini gunlər ay təqvimi ilə hesablanır. Ay təqvimi günəş təqvimindən on gün azdır. Bu səbəbdən dini gunlər hər il on gun yerin dəyisir. Qədr gecəsi Ramazan ayında olur. Ramazan ayi da ay təqviminin ayidir və həmin günü o ayin qeyd edilən günündə qeyd etməliyik.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
rena pir. |
DalM aleykum mən oruc tutmuşam amma xəstəyəm baş ağrısı burun tutulub zəif daxili qızdırma boğaz ağrısı mən orucu acmalıyam bu halda ya tutmağa davam etməliyəm ? ALİ SİSTAMİ
Ответ / Cavab
Aleykumussalam
Əgər orucu saxlaya bilirsizsə pozmamalisiz.
Əgər iynə vurdurmaq kömək edərsə vurdurun, orucunuz da qalacaq.
Əgər dərman atmaqa məcbur olsaz ancaq dərman atıb aqrilari sakitləşdirin. Artıq heçnə etməyin,sonra qəza edəcəksiniz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Allahu Akbar |
As'Salamu Aleykum hacı sübh namazını qılandan bir müddət sonra dırnaımda qara ləkə grdüm yapışmışdı çox gümanki su keçirtməyib amma dəstəmazdan qabaq ya sonra yapışdığını bilmirəm məncə dəstəmazdan qabaq olub nə edim?
Ответ / Cavab
Aleykumussalam
Dəstəmazdan əvvəl olubsa dəstəmaz və namazı təzələyin.