Salam haci. 1. Dediz secde edib istenilen zikri deyim. Bes men pak deyilem, qusl ve destamaz almaq vacib deyil? 2. Uzu qibleye teref durub 1 defe secde edib ve secdede 3 defe Subhanallah demek olar? 3. Niyyeti nece etmek lazimdi? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Qüsl və dəstəmaz lazım deyil. Səcdə edin.
Bəli belə etmək olar.
Quranın vacib səcdəsin edirəm qurbətən iləllah.
Allah sizə yar olsun
Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Salam |
Salam mən çərəkəni unutmuşam yanımda deyil yəni kitab özümnən duallar etdim intermetden nas fələq oxufum bir də şəraitə görəbmümkün olmadı məsələn yerimdə youtube dan haxı şahinin qədr gecələrinə baxıb qulaq asmaq dualara şərik olmaq ibadət sayılır? Qədr gecəsində
Ответ / Cavab
Aleykumussalam
Hər nə edə bilmisizsə Allah qabul etsin.
Allah sizə yar olsun
Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
...... |
Salam haci. Men bu gun qedr gecesinde savab is gorub Quran oxumaq istedim. Cereke kitabindan Ələq suresini oxudum. Evvel ereb dilinde latin herfleri ile sonra ise tercumesini. Evvel sizden sorusmusdum hansi surelerde secde vacibdi ve tam olaraq yadimdan cixib ki, bu surede secde vacibdir ve onu oxudum erebce amma herfleri azeri idi. Umumiyyetle namaz ehli deyilem. Indide men ay bashiyam. Bilmeyerekden oxunsa secde vacibdir? Hemde indi pak deyilem. Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Secdə edin, sadəcə səcdəyə gedib istənilən zikr deyib qalxın.
Allah sizə yar olsun
Задан: 29 Май, 2019 , Опубликовано: 28 Май, 2019
camal |
Salam Aleykum. Sefere cixanda orucu ne vaxt poza bilerem? Seherden yoxsa ancaq mueyyen olunmus mesafeni kecenden sonra? Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
Yasadiqiniz məntəqənin sonundan o qədər uzaqlasacaqsiz ki məntəqənin sonuncu evləri görsənmir, azaninin səsi və xoruzların bani eşidilmir. Orada oruc pozular.
Allah sizə yar olsun
Задан: 29 Май, 2019 , Опубликовано: 28 Май, 2019
... |
Salam. Qmi niyə bir gün orucu sonra bilir onlar müctəhidin rəyilə getmir?
Ответ / Cavab
Aleykumussalam
Biz özümüzə cavabdehik.
Allah sizə yar olsun
Задан: 29 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Aynur |
Salam Aleykum.Bu gun uzr isteyirem,yuxuda uygunsuz weyler gordum,wubhe duydum ozumden.Qalxib qusl alanda niyyeti bele dedim:Cenabet quslu aliram vacib qurbeten ilellah,hemcinin Qedr gecesinin musteheb quslunu da aliram qurbeten ilellah.Quslum duzdur?Oruc halda qusl almiwam,amma su getmeyib bogazima,diqqet etmiwem
Ответ / Cavab
Aleykumusalam.
Qüslünüz düzdür. Orucunuz da düzdür.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Ayla |
Salam. Eleykum. Evliliye gore istixare acdirdim 2defe. Her ikisinde ugursuz oldu. İndi Men ne etmeliyem. Evlilik meselesinde istixare ne derecede duzgundur?
Ответ / Cavab
Aleykumusalam.
Evlilik məsələsində istixarə lazınm deyil. Evləniləcək şəxsin kimliyi, insani keyfiyyətləri və nəsli yoxlanılsın. Salim insandıra və saim nəsldəndirsə, evlənmə qərarı vermək olar.
Əgər istixarıyı üstünlük vermisizsə, ona da əməl edin.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Leyla |
Salam.Men isime gore namazlarimi qila bilmirem zehmet olmasa mene meslehet verin.gunorta namazlari vaxti men isde oluram ve isde namaz qilma wansim yoxdur.men buna gore gunorta namazlarimi neynemeliyem?
Ответ / Cavab
Aleykumusalam.
Namazları niyə qıla bimirsiz, onu anlamadıq. Siə buna icazə vermirlər ya necə. Onu qeyd edin cavab verə bilək.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Gunel |
Salam Aleykum.Allah razi olsun sizden.menimde suallarim var.1.Men aileliyem Oruc TuTuram,Cox uzr isdeyirem sualima gore.Yoldasimla munasibeTden sora Qusl Tokurem.ama sonra menden geri nese gelir.onda quslum pozulurmu?2.ve adi Qucaglaşib opmek Orucu ve quslu pozurmu?3.men Namaz qilirdim ama aile qurandan sora yoldasim dedi saxla Namazi.bunun gunahi menim boynumadi yoxsa Onun?(açix suallara gore bagislayin...
Ответ / Cavab
Aleykumussalam
Xaric olan ərinizin mənisidirsə quslunuz pozulmayib.
Salam hacı. Nəm olan nəcis bir şeyə təmiz geyim toxunsa, amma quru qalsa, heç bir nəmlik olmasa o geyim təmiz qalır yoxsa nəcis olur?
Ответ / Cavab
Aleykumussalam
Nəmlik oturulməyibsə paltar pakdır.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Arzu |
Salam.Borcu olan adama fitre dusmur deyirler.Bu ne derecede duzdur?
Ответ / Cavab
Aleykumussalam
Əgər fitrə verməyə imkan yoxdursa o zaman fitrə vacib olmaz.
Amma adi dolanışıq varsa fitrə veriləcək.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
S.S |
Salam. Menim 38 yaşım var. İndiyene kimi oruc tutmamişam. Yeni neçe illerin qezasi var. Amma bu il tutdum çox şükür. Indi bilmek isteyirem ki, menim bu il tutduğum orucum qebul olunur?
Ответ / Cavab
Aleykumussalam
inşaAllah qəbul olar,amma bilin ki tutmadiqiniz günlərin qəzaları boynunuzda qalıb. İmkan olduqca onları da tutun.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Theferidd |
Salam aleykum.oruclu insan oz yoldasi ile opuserse ve ondan meni yox basqa bir maye gelerse oruc pozulmus sayilir?eyer sayilirsa qezasi nece olmalidir?
Ответ / Cavab
Aleykumussalam
Bu orucu batil etmir, amma xanımı ilə aqiz aqiza öpüşə bilməz. Aqiz sulari bir birinə qatisib udulacaqsa bu orucu pozacaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Orxan |
Salam.Biz bina evinde qaliriq.Mehlenin heyetindeki agaclar quruyub.Men 92 den bu mehlede yasayiram.Men heyetde agaclara su verir,itlere sumuk atiram.Savab isler oldugunu dusunurem.sehvdirse deyin zehmet olmasa.Amma rayondan bizim mehleye kocenler mene lag edir,ele salirlar.Guya men şehere yarasmayan hereket edirem.Anam ise utanir qonsulardan.Halbuki rayondan gelen qonsular blokda kabab cekir,pive icirler.qadin xeylaglari blokdan kece bilmir.Ana menle ciddi mubahise edir ki agaclara su vermeyim,ite yemek vermeyim.Dinimizde de Anaya ag olmaq olmaz.Xahis edirem komek edin
Ответ / Cavab
Aleykumussalam
Yaxşı iş görürsünüz, bununla yanaşı ananizla da mehriban davranın.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Bəndə |
Salam Aleykum. 1. Qarqara edən zaman bilmədən səhvən su keçərsə boğazdan orucun hökmü necə olar? ALLAH razi olsun
Ответ / Cavab
Aleykumussalam
Əgər əvvəldə suyun getməyəcəyinə əminsinizsə , oruc düzdür.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
camal |
Salam Aleykum. Men 10 gunden artiq ezamiyyetde oldugum yerden vetene qayidiram. Seher saat 9-da burdan cixiram, zohr azanina qeder transfer olunacaq yere catiram, axsam saat 9-da da Bakiya catacam. Bu halda oruc tutsam sayilacaqmi? (Sistani aga) Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
Qeyd olunan gün oruc batil olacaq, sonra qəza edəcəksiniz.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Salam 1 |
Salam aleykum. Oruc tuturam seher yedim imsak vaxti oldu yarim saat sonra yatmaga gedende bogazima su geldi qayitdi Oruc pozulmuw sayilir. Onceden tewekkur
Ответ / Cavab
Aleykumussalam
Boqazda oynayibsa heç bir problem yoxdur.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
...... |
Salam. Müsəlman qadın və ya kişi başqa dindən olan biri ilə ailə qurmaq istəsə və həmin şəxs ailə qurmaq üçün İslam dinin qəbul eib müsəlman olsa bu nigaha icazə var?
Ответ / Cavab
Aleykumussalam
Əgər islamı qəbul edəcəksə, artiq müsəlman olacaq və hansısa maniə qalmayacaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Fərid |
Salam əleykum Hacı təzyiq yuxarıdı və başım çox ağrıyır buna görə niyyət etməyib bir gün orucu dayandırmaq istəyirəm çünki vəziyyət yaxşı deyil Edə bilərəm ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumussalam
Əgər iynə vurvurmaqla qarşısını almaq mümkün olarsa,belə edin, oruc da salamat qalmış olacaq.
Allah sizə yar olsun
Задан: 28 Май, 2019 , Опубликовано: 28 Май, 2019
Aysel |
Salam. Men müselmanlar arasında ayrım salmasamda namazlar arasında ayrım oldugu məlumdur. Men bele bir sual vermek isteyirem men ehli sunneyem. Sunni namaxi qiliram o cur de destemez aliram. Lakin indi heç cüre ağlza ve buruna su almağa eyni zamanda da ayağımı yumağa şeraitim yoxdu. Şiye kimi destemez alsam ve ancaq üzünü qollarimi yusa mehz çeksem düzgün olar?. Ve bir sey daha maraqlidi. Eger bir sexs digerine israrla senin namazin sehvdi deye biler? Yenu demek istediyim sehv sunni ve siye ayrimi arasinda olan namaz qilma ferqleridir. Yeni bu ne dərəcə düzgündü? Nəticə eyni Tek Olan Tanriya ibadet olunursa bu namazin düzgünü sehvi ola biler? Xaiş edirem etrafli mene bu barede aydınlıq getiresiniz. Təşəkkürler.
Ответ / Cavab
Aleykumusalam.
Quranda dəstəmaz ayəsində ağız buruna və qulağa su almaq barədə bir söz yoxdur. Bunlar dəstəmaz öncəsi müstəhəbb əməldir. Kimsə bunları dəstəmaza vacib olaraq salırsa səhf edir. Quran üzü və qolları yuyun deyir, başa və ayağa məsh edin deyir. Bu qədəri kifayət edir. Bu dəstəmazla ibadətlərinizi yerinə yetirə bilərsiz.
Bununla bərabər qeyd etməliyik ki, insan öz ibadətlərində haqq hesab etdiyi bir məzhəbə riayət etməlidi. Yarısını bu məzhəbdən, yarısını o biri məzhəbdən götürüb ibadət etmək olmaz. İnsan hər ikisndən qalar.
Kimsənin savadı olmadan kiməsə sən düzsən ya düz deyilsən israrı etməi düzgün deyil. Hər bir fərd özünü islahla məşğul olmalı və əks tərəfə də ehtiramla yanaşmağı öyrənməlidir.
Düzdür ki hamı tək olan Tanrıya ibadət edir, amma gərək bu ibadət Tanrının dediyi kimi ola, hər kəsin öz istədiyi kimi olmaya.