Salam Aleykum Allah ibadetlerinizi qebul eləsin inşəallah mənim boynuma gecə qusul gəlib səhərə yatıb qalmışam duranda süp namazını vaxtına 1dəq qalmışdı tez qüsül aldım oruc niyyətindəyəm orucum düzdürmü? yoxsa pozmalıyamı?
Ответ / Cavab
Aleykumussalam
Bilməyərəkdən olduqundan Oruc düzdür. Əlbəttə belə halda gərək tez təyəmmüm edib oruca daxil olaydiz, sonra qusl edəydiz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Sevil |
Salam.her vaxtiniz xeyir olsun.Yoldaşim mene yalan danişir içki içir eve sehere yaxin gelir telefonu her zaman kodla baglidi.butun bunlarin müqabilinde men sebr gösterirem onun qullugunda dururam ona itaet edirem ev her zam temiz uşaqlar temiz oz seliqeme de riayet edirem.sevib aile qurmuşuq.onunla mulayim reftar edirem ona sevgimi her zaman bildirirem.böyuk sözu de dinlemir.Allaha çoxludua edirem ki o dogru yola gelsin.amma çox qorxuram ki bir gun sebrim tůkenecek.
Ответ / Cavab
Aleykumussalam
Siz düzgün yoldasiz və düz edirsiniz. Amma sizin bir qadın kimi ona təsir qüvvəniz böyükdür. Bundan istifadə edib onu tərbiyə etməyə çalışın. Səbr edin və onun hidayət olunması üçün çoxlu dua edin. Biz də sizin üçün dua edirik.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
goher |
Salam sizin saytda 03:30 nan namazimi qildim ve bitirende azan oxundu bizde 03:36 menim namazim duz sayilir? ya qezaya duwdum? ve ikinci sualim eger cenabet qusulum varsa niyyet edib temizlik qusulu ala bilerem
Ответ / Cavab
Aleykumussalam
Bizim vaxtla namaz qilmisizsa, düzgündür.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
.... |
Salam mən adətən baş və boyunu bir yerdə yuyuram.amma bu dəfə yazdığım kimi suda problem oldu deyə boynu bir dəfə də ayrı yudum. Bu qüslü batil etməz?
Ответ / Cavab
Aleykumussalam
Əgər başdan sonra yuyulubsa qeyd edilən halda qüsl batil deyil.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
.... |
Salam aleykum. Ramazan ayının gəlməsinayın 6dan gözlənilirdi. Mən də o gündən tutmağa hazırlaşmışdım. Həmin gün deyildi ki, ay hələ görünmür. Mən də olar da görünə bilər ehtimalı ilə həmin gün oruc tutdum. Amma niyyəti belə etdim ki əgər Ramazan ayıdırsa orucum Ramazandan, deyilsə qəza orucundan sayılsın. Həm belə dedim, həm də bu cür niyyət etdim ki ya ədadan, ya qəzadan oruc tuturam. Bu halda günaha batmıram ki? Çünki Ramazan ayının 1i olmadığı bəlli olmayan gün Ramazan niyyətinə oruc tutmaq haramdır deyə bilirəm. Bir də qüsl vaxtı ümumiyyətlə hər hansı bir əşyaya əllə toxunmaq və ya bədənin hər hansı bir yerinin toxunması qüslə mane deyil ki?
Ответ / Cavab
Aleykumussalam
Sizin etdiyiniz niyyət düzgündür.
Xeyr bu quslə mane olmur.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
.... |
Salam aleykum. Ramazan ayının gəlməsinayın 6dan gözlənilirdi. Mən də o gündən tutmağa hazırlaşmışdım. Həmin gün deyildi ki, ay hələ görünmür. Mən də olar da görünə bilər ehtimalı ilə həmin gün oruc tutdum. Amma niyyəti belə etdim ki əgər Ramazan ayıdırsa orucum Ramazandan, deyilsə qəza orucundan sayılsın. Həm belə dedim, həm də bu cür niyyət etdim ki ya ədadan, ya qəzadan oruc tuturam. Bu halda günaha batmıram ki? Çünki Ramazan ayının 1i olmadığı bəlli olmayan gün Ramazan niyyətinə oruc tutmaq haramdır deyə bilirəm. Bir də qüsl vaxtı ümumiyyətlə hər hansı bir əşyaya əllə toxunmaq və ya bədənin hər hansı bir yerinin toxunması qüslə mane deyil ki?
Ответ / Cavab
Aleykumussalam
Sizin etdiyiniz niyyət düzgündür.
Xeyr bu quslə mane olmur.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
1111 |
Salam. 3 geceye aid mushterek emeller ki var Quranin basha qoyulmasi,mesumlara and verilmesi-bunlari 27-ci gecede etmek lazimdir?Mehz o 3 gecede edilen emelleri. Cox sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Həmin gecədə də edə bilərsiz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Senan |
Salam Aleykum Haci bayram namazinda niyyət vacib qürbətən iləllahdı yoxsa qürbətən?
Ответ / Cavab
Aleykumusalam.
Niyyətlərdə vacib sözünü demək şərt deyil.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
.... |
Salam aleykum. Qüsl edərkən suda problem oldu deyə, onu bir neçə dəfə tənzimləməli oldum. Baş və boynu yuyub qurtardıqdan sonra su kranına əl vurdum ki suyu düzəldim. Qüsl bu halda düzgün olur? Bir də baş və boyun bir yerdə yuyulmalıdır yoxsa başı yuyub qurtardıqdan sonra ayrıca boynu yumaq lazımdır? Qüsl vaxtı kimsə səni çağırsa və sən cavab verməli olsan qüsl batil olur?
Ответ / Cavab
Aleykumusalam.
Bunun qüslünüzə heç bir mənfi təsiri yoxdur.
Baş boyun birlikdə yuyulur.
Xeyr, batil olmaz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Gerib Xanim |
SalamAleykum,Size iki sualim var,,,1.Mubarek Ramazan ayinin 1-ci gunu mayin 7-den hesablandi,cunki 6-si ay gorsenmemiwdi.Saytinizda oxudumki, bayram namazi iyunun 5 ve 6-dir.Eyer mayin 7-sinden hesablasan,iyunun 5-i Mubarek Ramazan ayinin 30- cu gunudur,hemen gunu oruc tutmamaliyig???Xahiw edirem bawa salasiz?oruclug 29-gun olur?iyunun 5-i oruc tutmag lazimdi???2.Fitreni ayin necesi cixartmaliyig ve bayram namazindan evvel,yoxsa sonra???
Ответ / Cavab
Aleykumusalam.
Qəməri aylar ya 29 olur ya 30. Mubarək ay da 29 ola bilər.
Fitrə zəkatı bayram axşamı ayrılacaq, ondan əvvəl olmaz.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
... |
Salam. Bəziləri ola bilər ki qüsullu məscidə getsin şəri hökmü bilmədiyinə görə Onlara günah var?
Ответ / Cavab
Aleykumusalam.
Qüsllü halda məscidə daxil olmaq haramdır.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
Gunay |
Salam. Men zohr azaninan sora sefere cixsam ve bu yol 4 saat davam edecey. Oruclu qalmaliyam ya nece?
Ответ / Cavab
Aleykumusalam.
Zöhrdən sonra səfər edilərsə, həmin günü iftara qədər oruc qalacaqsız və orucunuz da düzdür.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 1 Июнь, 2019
1111 |
Salam.Qusl aldiqdan sonra oruc tutanda heyzin bitmediyi melum olarsa,leke deyerse o zaman oruc acilmalidir,yoxsa axsama qeder saxlayib qezasini etmek lazimdir? 2.Qusl alanda bedenin bir hissesinin yuyulmadigi melum olarsa mehz ora su tokmek olar,yoxsa mutleq su yuxaridan tokulmelidir? 3.Qusl zamani sol terefi yuyanda melum olsa ki,sagda yuyulmayan yer qalib o zaman qusl bashdan alinmalidir? Bu nece olmalidir? Cox sag olun.
Ответ / Cavab
Aleykumusalam.
Sübhdən sonra nəsə gələrsə oruc pozulacaq. Sonra qəza ediləcək.
Məhz ora yuyulması kifayətdir.
Həmin yer yuyulacaq, sonra sol tərəf yenidən tam yuyulacaq.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
Salam |
Salam sabah qedr gecesidi?
Ответ / Cavab
Aleykumusalam.
27 ci gecənin də qədr gecəsi olmasına zəif ehtimal var. Bu gecəni əhli sünnədə ehtimal edilən gecə bilirlər.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
Sual1 |
Salam aleykum. Üzr isteyirem, Eger qadın 3 aydan çox müddetde eri ile cinsi elaqede olmamışdırsa ve mehkeme seviyyesinde boşanma erefesindedirlerse, mütleq diger bir şexs ile eqde daxil olmaq üçün dini şekilde, mollaya ya bir dindra talaq oxudulmalıdır? 2) ve baxmayaraq ki, 3 aydan çox müddetde cinsi elaqe olmayıb, telaüdan sonra yene de 3 ay idde müddeti gözlenilmelidir? Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
Mutləq şəkildə talaq oxunmalıdır, sonra iddə gözləyəcək, sonra azad qadın sayılacaq. Talaq oxunmadıqca ərli qadındır.
Bəli, talaqdan sonra iddə gözləniləcək, bir il belə birgə olmasalar da.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
xxx |
Salam Aleykum. Men iki ildir ayrilmiwam ama kebin geri oxutdurmag barede xeberim yox idi.kebin kagizimi ise yandirib atmiwam.qarsi terefin kebini pozsdurub pozdurmamagi barede xeberim yoxdur.men kebini pozdurmag ucun ne etmeliyem? .....maraglandim mehri barede melumat verdiler.ama men qarsi terefden hecna istememiwdim.atasi kedib kebin kesdirmiwdi. menim xeberim olmuyub
Ответ / Cavab
Aleykumusalam.
Sizin xanım ya kişi olmağınızı bilmədik. Kişisinizsə, axunda yaxınlaşıb xanımınızı boşadığınızı və talaq oxumasını istəyin, sonra bunu xanıma xəbər verin. Əgər xanımsınızsa, ərinizdən talağa icazə ya razılıq alıb gedib axundun yanında talaqı oxutdurun. Axundun sizin sözünüzün düz olmasına inanması üçün onun ərinizlə danışa bilməsinə şərait yaradın. Məsələn zəng edib ondan həqiqəti öyrənsin.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
Samir |
Salam 1) 30 günün fidyəsin pul şəklində 18 manat versək az olmaz? 2) Fidyəni evi çoxda pis olmayan amma yataq xəstəsi bir qadına vermək olar? Əməliyyat olunmağa imkanı yoxdur
Ответ / Cavab
Aleykumusalam.
Bir günü bir çörək götürsəz az sayılamz.
Ölçü ev eyil, insanın fəqir olmasıdır, yəni dolanışığını təmin edə bilməməsidir. Onu da qidaya ərcləməlidir.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
elsen |
Salamaleykum, satdiga qoyulmuş eve xums düşur,yoxsa zekat?
Ответ / Cavab
Aleykumusalam.
Əgər zəruri ev deyilsə, o zaman xums istəyəcək.
Allah sizə yar olsun
Задан: 1 Июнь, 2019 , Опубликовано: 31 Май, 2019
Elgun |
Salam.eger bayram ayin 5se,bes onda niye 5 iyun cedvelde oruc tutulmasi buyurulur? QMI nin tertib etdiyi cedvelde.sizin saytdan goturmusen
Ответ / Cavab
Aleykumussalam
Bayram olacaqsa oruc tutmaq olmaz. Cədvəllər Ramazan ayı daxil olmadan 10-15 gün əvvəl hazırlanır. Orada dəqiqliklə müəyyən etmək mümkün deyil.
Allah sizə yar olsun
Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Salam aleykum |
Salam mən 2 körpə uşaq saxlayıram.Namaz qılmağa vaxtım olmur Allah məni bağışlayarmı?yeməyi də uşağı qucağımda tutub təlğsik yeyirəm.O da gundə 1 dəfə
Ответ / Cavab
Aleykumusalam.
Hamının uşağı var və hamı körpə böyüdür. Bu namaz qılmamağa bir bəhanə sayılmaz. Namazı qılmamaq üçün heç bir yol yoxdur.