Страница 123 из 5746 << < 119 120 121 122 123 124 125 126 127 > >>
Bəndə |

Salam. Qüsldən sonra ayağımdan kiçik bərk bir şey qopdu. Yara qabığına oxşayır, amma dəqiq bilmirəm. Qüslü təzələməliyəm?

Ответ / Cavab

Aleykumusalam.

Əgər yara varsa və qabığının qopması görsənirsə, elə yara qabığı olar.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
.... |

Mürəkkəb ləkəsi haqda maraqlanandan sonrakı gün oruc tutdum. Amma bilmədim ki, mürəkkəb qatı olub ya yox. Buna görə də növbəti gün təkrar qüsl etdim. O tutduğum oruc düzgün olubmu bəs?

Ответ / Cavab

Aleykumusalam.

Yəqin ki, mürəkkəb qatı olmayıb.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
.... |

Salam, mən bu haqda sizdən soruşmuşdum. Qüsldən sonra dırnağımın üzərində kiçik bir nöqtə boyda mürəkkəb ləkəsi qalmışdı. Yazmışdınız ki duru mürəkkəb mane olmur, qatı mürəkkəb olur. Pero və şarikli qələm haqda dediniz. Mən də şarikli qələm işlədirəm. Mürəkkəbin su buraxıb buraxmamağın bilmədim. Sonra yenə qüslü etdim. Amma arada oruc tutdum. Mənim o oruclarım qəbul olur yoxsa qəza etməliyəm? Bir də qəza orucunu bayramdan sonrakı gündən başlayaraq tutmaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Orucunuzu yəqin ki, düzgün qüsl ilə etmisiz, o səbəbdən düzdür.

Bəli, bayram günündən sonra tuta  bilərsiz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
1234 |

Salam qüsl vaxtı bədəndə saç teli qalsa və o görülməsə qüsl qəbul olur? Qüsldən bir müddət sonra gördüm amma bilmədim qüsl vaxtı qalıb yoxsa qüsldən sonra paltarı geyərkən düşüb üstümə. Yenidən qüsl etməliyəm? Bir də deyirlər ki, əli yuduqdan sonra suyu əlləri çırparaq ya silkələyərək ətrafa damcılatmaq olmaz, əllər yenə murdar olur? Belə şey düzdür?

Ответ / Cavab

Aleykumusalam.

İnanın tükü suyun dəriyə toxunmasına mane olmur.

Sizə deyilən səhfdir. Əl yuyulubsa, deməli paklanıb.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Salam |

Salam aleykum, hacı. Qüsl vaxtı suyu çatdırmağın bir qədər çətin olduğu yeri bir neçə dəfə əllə yusam da məni şübhə tərk etmirdi ki, suyu hər yerə çatdırmamışam. Dəfələrlə yusam da şübhədən qurtulmadım və axırı buna fikir verməyib qüslü edib çıxdım. Bu halda qüsl düzgündür?

Ответ / Cavab

Aleykumusalam.

Düz etmisiz. Əliniz bir yerdən keçdisə tamam oranı yuyulmuş bilin.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Salam |

Salam.Eger namazları birleşdirib qılıramsa zöhr namazını qıla bilmemiwemse esrin vaxtında o artıq qezaya qalır?Zohr qezaya qalibsa bawqa namazlarin vaxtinda qeza niyyetiyle onu qilmaq olar?Bir de zehmet olmasa namazin qilinma qaydasi olan video varsa onu paylawa bilersiz?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, əsrin axtında zpöhr qəza sayilmaz. Şam azanına 4 rükətli namaz vaxtı qaldıqda zöhr qəza olur.

Əgər zöhr qəzaya qalarsa ilk o qəza olunsun, ondan sonra sonrakı namaz qılınsın.

https://www.youtube.com/watch?v=jrHyv9WrCBM

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
........ |

salamunelekum haci bilmek isterdim ramazan bayrami ayin necesidi ve ikinci sualim 10 gun qeza orucum var ramazandan sonraki ayda olan 6 gunluk sevvel orucudu mence sef edmiremse qezalarim qala qala olarki 6 gun sevval orucunu tutum *ve qezalari hansi vaxda tuta bilerem

Ответ / Cavab

Aleykumusalam.

Təzə ayın hilalı görənın gecənin səhəri bayram olacaq.

Xeyr, qəzası olan müstəhəbb oruc tuta bilməz, həmin günləri qəza niyyəti ilə tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Allah bendesi |

Salam Haci...Men xanimam.... Menim burnum da ceper eyriliyi var, hem icerden hemde colden gorsenir men emeliyyete getmek isteyirem onsuzda sindiracaqlar ceperi biraz balacalawdirmaqda isteyirem bu dini baximnan gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Dini cəhətdən bunun qadağası yoxdur. Haram baxma və haram toxunma olmamaq şərtiylə icazəlidir.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
riri |

Salam.. Hər hansısa şəbəkə operatoruna mənim məsəlçün bir neçə manat borcum var və mən o borcu ödəmədən nömrəni tulluyub özümə təzəsini alsam günah olmaz?.. çox sağolun

Ответ / Cavab

Aleykumusalam.

Onların haqqını pozmuş sayılacaqsız.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
muminem |

salam haci BU YAXINLARDA ELCI GELDILER MENE amma ailem razi deyil qardawlarim uzunden evvel newe cekdiyi ucun deyrler yene qayidar zad AMMA OGLAN TOVBELIDI VE NAMAZ EHLIDI menim konlum var amma anamda razi deyil(( cox cixmazdayam qardaw ne ede bilerem cx dil tokdum nafile ne duasi ede bilerem nece ede bilerem mene meslehet verin

Ответ / Cavab

Aleykumusalam.

Valideynlərinizin məsləhətinə qulaq assaz ziyan görməzsiz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Babacan |

Salam əleykum hacı.25yasim var 2_3 aydır namaz qılıram yəqinki əvvəllər qılmadığın namazların qəzası var üzərimdə.qezam ola-ola Allah razı üçün 2_3_4 rükət namaz qıla bilərəmmi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qəza namazları olan müstəhəbb namazlar qıla bilər.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
kenan |

salam haci necesiz haci 1sizden coxlu derecede uzr istiyirem men yuxuda olanda pis yuxu gordum ve cox uzr istiyirem meninin ifraz olunmasin diye ozumu tutdum vaxtinda oyandim ve ayaq yolunda ifraz olmadiqini gordum sonra sidik kisesindeki olanlari biraxdim cole amma bilmirem namaz qila bilerem ya yox boynumda qusl var ya yox.ozumde dunen axsam cimmisem qedr gecesinin quslun almisdim indi qalmisam bele neyniyim evdekilerde soz deyeceklerini dusunurem ne edeceyimi bilmirem.2haci yenede uzr istiyirem bu sozlerime gore yuxudan oyananda insan cox vaxt adi mezidi deyesen nedir o bawimiza gelende ne edek .cox saqolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər məni xaric olmayıbsa qüsl vacib deyil.

Məninin xaric olması yəqin olmasa qüsl vacib olmur.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
ELL |

salam aleykum, Allah oruc namazlarnizi qebul etsin. Haci, oruc halda gunorta saat 4-de yatmiwam axwamustu saat 6-da ayilmiwam ( evde deyilem, yani su falan imkan yoxdu) ve yuxuda meni xaric olub, namaza qeder de qusl almaga imkan yoxdu, orucum batildi?? gece saat 12-e qeder qusl alib namaz qilmaq imkani var, sadece namazin vaxtinda imkan yoxdu, coldeyem eve gec gedib cixacam. Onceden tewekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

Orucunuz batil deyil. namazlar üçün qüsl vermək vacib olacaq. İmkan yaranan kimi yubatmadan qüsl alıb  namazları qılın.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Bəxtiyar |

Salam xums, zekat necə verilir?

Ответ / Cavab

Aleykumusalam.

Xums il vbaşında qazancdan artıq qalana verilir. Zəkat muəyyən şeylər , muəyyən miqdara yetişdikdə, öz qədərinə uyğun miqdar zəkata verilir.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Sual |

Haci pirat oyun yuklemekle bağlı yazmısız ki Hansısa müsəlmanın haqqı zay olmursa haramliq olmaz. Buna oyunun düzəldilməsində iştirak edən müsəlman proqramçılar filan da aiddir? Yoxsa oyunun sahibindən söhbət gedir? O proqramçılar onsuz da məvaciblerini alırlar çox güman ki ona görə soruşuram.

Ответ / Cavab

Aleykumusalam.

Bunun pullu versiyasını satışa qoyub sahib olan şəxslərdən danışlır.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Sofiya |

Salam men ramazan ayi boyunca oruc tuturam bu gunde oruc idi ama saat 12 den sora heyz oldum , indi menim orucumu yarimcig acmaliyam yoxsa yox? Orucumu acmiyib iftaracan dayansam bu gunki orucum qebul olur yoxsa qeza olur?

Ответ / Cavab

Aleykumusalam.

Sizin orucunuz artıq pozulub axşama kimi dayanmağın mənası yoxdur, sadəcə göz qabağında orucu pozan işlər görülməsin.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
bende |

Salam Haci.Wuvelanan Xirdalana iwe geden insanin orucu pozulurmu?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər bu onun gündəlik isidirsə, məsafə uzaq olsa belə orucu tamdir namazlarini da tam qılacaq.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Sual |

Salam Haci. Internetde pulla satılan oyunu pirat versiyada pulsuz şəkildə yükləmək və oynamaq olur. Bunu edəndə kiminsə haqqına girirəm? Sadəcə oyunu özüm oynayıram, ticari heç bir məqsədim olmur. Sistani Ağa.

Ответ / Cavab

Aleykumussalam

Hansısa müsəlmanın haqqı zay olmursa haramliq olmaz.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Salam |

Salam.Namazdan evvel azan ve iqamə ikisi də deyilməlidi?Yoxsa təkcə iqaməni demək olar?Bir də namazı birləşdirib qılırıqsa azan və iqamə necə deyilməlidi,iki namaz üçün bir dəfə əvvəldə yoxsa hər namazın əvvəlində?Hər namazın əvvəlində deyilməlidisə birləşdirdiyim namzın vaxtı girməmiş azan və iqamə oxumaq nə dərəcə düzdü?

Ответ / Cavab

Aleykumussalam

Azan və iqamə təkid olunmuş müstəhəb əməldir, imkan daxilində tərk olunmasinlar. Əgər namazlar bir birinin ardınca qilinarsa bir azan kifayət edir, iqamə hər ikisi üçün deyilsin.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
...... |

Haci. Men geyinib qibleye teref durub 1 secde etmishem ve secdede 3 defe Subhanallah dedim. Bele duzdur? Elave bir shey etmedim. Mohurum var, amma onun bir ili kecib ve xumsu verilmeyib, ona gore men kagiza secde etdim. Bele olar? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Eybi yoxdur,belə də olar. Möhürə xums lazım deyil. İstifadə edə bilərsiniz.

Allah sizə yar olsun

Задан: 29 Май, 2019 , Опубликовано: 29 Май, 2019
Страница 123 из 5746 << < 119 120 121 122 123 124 125 126 127 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com