Страница 122 из 5746 << < 118 119 120 121 122 123 124 125 126 > >>
... |

Salam. Elime super kley dagilib cixartmaga calisiram bezi yerler var ki cixarda bilmirem ama calisacam eger orani cixarda bilmesem teyennum edim yoxsa nece cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Onu qaşımaqla çıxara biləcəksiz. Əgər heç bir yolla təmizlənməsə təyəmmüm edin.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Sual |

Salam Haci. Itlərin satışı ilə məşğul olmaq haramdır (nəcis olduqları üçün)? Bugün eşitdim maraqlı məlumat oldu mənim üçün.

Ответ / Cavab

Aleykumusalam.

Qoruyucu, ovçu, qoyun iti , həyəti qoruyacaq və bu kimi  heyvanların satışı qadağan deyil.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Rasad |

salam. bu gun bilerekden oruc tutmadim bunun keffaresi var? sebebim hekime gedeceydim usagi aparacdim deye urey dermani icib getmiwdim

Ответ / Cavab

Aleykumusalam.

Orucu bilərəkdən tutmamaq olmaz, bu kəffarəyə səbəb olacaq. Uşağı həkimə aparmaqla ürək dərmanı içmək buna icazə verməz. Əgər dərman atmq zərurəti yaranaydı, dərmanı atacaqdız, daha artıq iş görməyəcəkdiz, ancaq qəza vacib olacaqdı.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Pasha |

Salam ata vefat edib.atadan ev qalib balaca qardaw evlenecek diye ev satilacaq ana boyuk ogulla qalacaq iki qardawdir ev nece bolunmelidir Allah azi olsun

Ответ / Cavab

Aleykumusalam.

Atanın ancaq iki oğlu varsa, bütün mal tam olaraq iki yerə bölünəcək.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Salam |

Yeni namaz qilarken yel cixsa bele davam ede biler?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, namazdan əvvəl dəstəmaz alıb te yubatmadan namaza başlayın və namazı ancaq vacibləri iə qılın. Ortada yel çıxsa da həmin namazı davam edin. O biri namaz üçün də bunu təkrar edin.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Ilkin |

Salam Eloykume , Allah Orucunuzu dualarinizi Namazinizi qebul elesin , ayin 5 bayram di ? Oruc tutmaq lazim olmuyacaq? Ayin 5 bayram olub olmadigini nece ve ne vaxt oyrene bile iyi

Ответ / Cavab

Aleykumussalam

Bayram günü oruc tutmaq haramdır. Bayramda oruc tutulmaz

Ayın 4 u axşam  təzə ay gorsənərsə 5 i bayram olacaq.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Anonim |

salam aleykum zehmet deyilse deye bilersiz ne vaxt meherremlik daxil olur? cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Muhərrəmlik sentyabrın əvvəlində daxil olacaq.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Salam |

Salam.Yel cixmaq destemazi pozur namazi batil edir,bes bu xestelik kimi olsa yeni destemaz alir yene olur gelir namaza baslayir yene olursa.Hetta buna gore namaza fikrini vere bilmirse ne etmelidir?

Ответ / Cavab

Aleykumussalam

Əgər yel çıxma xəstəliyi varsa,. Və hətta dəstəmaz alib ancaq vacibləri ilə tez bir namazı qılmaq fürsəti  varsa, elə edəcək, yoxdursa, hər namaz üçün bir dəstəmaz alıb namazını qılsın.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Salam |

Salam,gunorta namazimi qilib iw ucun gedmiwdim abdestim pozulmamiwdi wam namazina kimi,ama qolumu bilmeden dirnaqim iliwib qanamisdi plastir yapiwdirmiwdim ,yadimnan cixmiwdi,namazimi qilannan sonra gordum,plastir qana bulawmusdu,namazim duzdu ya yox?saqolun

Ответ / Cavab

Aleykumusalam.

Namazdan əvvəl bilməmisizsə, həmçinin baş barmağın dırnağından böyük olmayıbsa, namaza zərər verməyib.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Fərid |

Salam əleykum Gecə cənabətli olan şəxsdi gəlir yuyunmağa saat baxır ki 03:31-di amma elə fikirləşir ki 04:31-də vaxt bitəcək və qüsl alır bu halda vaxt bitdikdən sonra yəqin ki bu halda oruc düz olar ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər sübhün olmadığına yəqinliyi olubsa, orucu düz olar.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Paşa |

Salam əleyküm. Zəhmət olmasa deyin. Nişan mərasimində kəbin kəsdirmək olar ?? Mənim fikrimcə vacibdir. Qafqaz müsəlmanlari İdarəsi tərəfindən səlahiyyətli şəxslə əlaqə saxlamaq üçün telefon nömrəsi yazmağınızi xahiş edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar və əsl nigah elə bu sayılır .

Onların telefonu bizdə yoxdur. Bu məsələni yaxınlığınızda olan məscidlə də həll edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Amir |

Salam aleykum. Mən əvvəl möhür ilə namaz qılırdım. Yalnız sonra möhürsüz qılmaq istədim və elə rahatlıq tapıram. (dini ayırmıram sadəcə rahatlıq üçün deyirəm heç kimin pisinə gəlməsin) Bir şiə mənə cahilsən deyir cəhənnəmliksənn deyir Allah sənin namazını qəbul etmir deyir. Bu nə dərəcədə düzdür?

Ответ / Cavab

Aleykumusalam.

İnsan namazı istədiyi kimi qıla bilməz. Belə düzgün deyil. Ola bilər həmin rahatlığı bizə şeytan versin. Rahatlıq əslində şəriətin göstərişlərinə düzgün əməl etməkdə olmalıdır. Möhürü qoymaq istəmirsizsə. o zaman səcdəsi düz sayılan başqa bir şey qoyun. Məsələn daş parçası, ağaç parçası torpaq və sair. Özümüzdən  qaydalar icad etsək əlbətdə ki, namaz batil olar. Düşünün hər kəs özü üçün bir rahatlıq icad edib bir şeylər əlavə ya əskik etsələr  namazdan nə qalar?

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Babacan |

Salam əleykum hacı.namaz qılarkən tesbihati ərəbə yerinə bilməyərəkdən fatihə surəsini dedim sonra səhvimi düzəltdim tesbihati ərəbə dedim.namazim batildirmi?

Ответ / Cavab

Aleykumusalam.

Namazınız düzdür, düz etmisiz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Sual |

Salam Haci. Bunun ərəbcə yazılışını yazardız zəhmət olmasa. Ilahi səni and verirəm Əlinin haqqına məni bağışla.

Ответ / Cavab

Aleykumusalam.

Allahumməğfirli bi həqqi Əli.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, hacı dəstəmaz alanda ayağa məsh çəkəndə barmağların ucundan gətirdim əlimi elə olduki ayağın üstünə çatanda balaca barmağımın dırnağının üstündən keçə bilmədim barmağım sürüşdü biraz yan tərəfdən keçdim ola bilsin dırnağa su dəymədi dəstəmaz düzdür? Belə olan halda ikinci dəfə məsh çəkmək olar?

Ответ / Cavab

Aleykumusalam.

Bunun eybi yoxdur, dəstəmaz düzdür.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Hhshhsjskslsllslslajahahahahshjsjs |

Salam Aleykum, haci səhv səcdəsi edilərkən dəstəmaz pozulsa nə etmək lazımdır? Yeniləyib birdə Namaz qılmaq yoxsa dəstəmazı yeniləyib səhv səcdəsi etmək? (Bəs indiki vəziyyətim kimi artıq qiblədən dönmüşəm) 2)Mən hər namazdan sonra səhv səvdəsi edirəm ki birdən namazda hansısa sö səhv tələffüz olunar məsələn səcdədə "...ə'lə..." əvəzinə "....ə'la...." dedimsə səhv səcdəsi edirəm bu düzdür? Təcvidə görə narahat qalıb səhv səcdəsi edirəm

Ответ / Cavab

Aleykumusalam.

Ancaq səhf səcdəsini etməsi kifayət edəcək.

Qeyd edilən hala səhf səcdəsi vacib olmur.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Aysel |

salam.men subh Namazlarindan sora yerime uzanib Qurani oxuyuram..bilmek isterdim bunun bir eybi yoxdu ki?

Ответ / Cavab

Aleykumusalam.

Uzanmış halda Quran oxumaq Qurana hörmətsilik sayılar. Zikr olaraq demək icazəlidir, amma bu halda qiraət düzgün olmaz.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Gulzade |

Salam. Zehmet olmasa sualimi cavablandirardiz. Bugun ramazan ayinin 24cu gunudur ve ayin 5i bayramdir yeni 5 iyun oruc tutmuruq, onda bele chixir ki biz 29 gun oruc tuturuq, 30cu gunu tutmuruq. Duz basha dushurem?

Ответ / Cavab

Aleykumusalam.

5 i bayram olması mümkündür. və qəməri ayların xaiyyəti budur ki, bu aylar ya 29 olur ya 30.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Anar |

Salam Aleykum. 1. Hansi namazlar sesli qilinmalidir? Ve namazlari sesli qilmaq vacibdir? 2. Namazi qolu qisa geyimle qila bilerik? 3. Sehv secdesi ne zaman ve nece edilir? 4. Qeza namazlarini gec ve ya tez qilmaq barede ne deye bilersiz? Istediyimiz vaxt qila bilerik? 5. Namazi bitirdikden sonra ceynamazin bas hissesini qatlamaq neyi ifade edir? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

Kişilərə sübh, şam və xiftən namazlarının ilk iki rükətinin qiraətlərini səsli demək vacibdir. Qalan rukətlər və qalan namazların qiraətləri səssiz deyilməlidir.

Qolu qısa ilə qılmaq icazəlidir.

Səhf səcdəsi muxtəlif səhfləri düzəltmək üçün edilir, bunları risalə kitabından oxuyun. Qaydası belədir, nə üçün səhf səcdəsi etməyi niyyət edib səcdəyə gedilir, zikr edilir qalxıb bir daha səcdə edilir və zikr edilir, sonra təşəhud və salam deyilir.

Qəza namazlarını günün istənilən vaxtı qıla bilərsiz.

Bu zəruri bir iş deyil.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Bəndə |

Hacı çox kiçik idi qabıq. Ayaqda kiçik bir yara var amma qanamayıb sadəcə qızarıb. Qüsl vaxtı təmiz yumuşdum. Qüsldən hardasa 1 saat sonra qaşıyanda dırnağıma ilişib.

Ответ / Cavab

Aleykumusalam.

Bu qədər xırdaçılıq edib şəkklərlə özünüzü boğmayın. Qüslünüz düzdür.

Allah sizə yar olsun

Задан: 30 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Страница 122 из 5746 << < 118 119 120 121 122 123 124 125 126 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com