Страница 121 из 5746 << < 117 118 119 120 121 122 123 124 125 > >>
Aysel |

salam..biz fitreni bir qazimiz var yatag xestesidi onun hesabina gondermek istiyirik..cunki onun mualicesine pul lazimdi o pulu belke de yemeye xerclemedi..onda bizim fitremiz duzgun sayilmir?

Ответ / Cavab

Aleykumusalam.

Fitrə pulu qida üçün verilir. Başqa dərdələrə başqa adla yardım edin.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
... |

Salam. Telefonda quran aydelerine destnamazsiz toxunmaq olar? Tovbe namazin niyyetin ve hereket lerin yazardiz da zehmet olmasa cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli olar, orada siz yazının özünə toxunmursuz.

iki rukət subh namazı kimi tovbə  niyyəti ilə namaz qılın.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Muslim 313 |

Salam Aleykum hacı cümə namazında səcdələrin birində sanki ovucumu tam yerə sıxmamışdım biraz boşluq qalmışdı xalç ilə ovuc arasında namazı bitirdim heç səhv səcdəsi etmədim camatnan qılınırdı deyə namaz düzdür yoxsa yenidən dəstəmaz alıb səhv səcdəsi etməliyəm? Ya namazı yenifən qılım?

Ответ / Cavab

Aleykumusalam.

Namazı yenidən qılmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
...... |

Salam haci. 1.Men ishde bir adam tapmisham ki, o menim xumsumu Xamenei agaya catdira biler ve oradan çek verecek ki, catib agaya. Indi men isterdim bilim. Meselen men 2017 ci ilde cennamazi 10 manata, namaz paltarini 18 manata almisham. Indi ola bilsin ki, onlarin qiymeti qalxib, men deqiq bilmirem. Ve ona gore biraz cox vermek isteyirem. Meselen men xalcani 20 manat, paltari 25 manatdan sayib onlarin beshde bir hissesini vere bilerem? 2. Sonra kompas, tesbeh, namaz kitabcasi almisham, amma onlarin qiymetleri yadimda deyil. Bunlari hansi qiymetnen hesab edib vermeliyem? Meselen dini sayta yazib sorusa bilerem onlarin indiki qiymetini ve beshde birini hesablayib verim, bele etmek olar? 3. Qiymetinden cox xums vermek olar? Yeni qiymeti nedirse uzerine 5-10 manat artirib sonra beshe bolub vermek? Yeni az vermekdense cox vermek olar? Ozum ele isteyirem ki, lap rahat olum. Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Əgər onlar istifadəsiz qalmayıbsa və onlara verdiyiniz pulun üzərinə xums gəlməsi yəqin olmayıbsa onlara xums vacib deyil. Əgər xums vacib olubsa o zaman dediyiniz kimi edə bilərsiz. Qiymətindən artıq vermək lazım deyil. Əgər artıq verilibsə də allah qabul etsin.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Adil |

Salam. Üzr isteyirem, eger bir nefer qesden bir ailenin dağılmasına sebeb olursa, ve bu adam da boşanan cütlüylerden birile müveqqeti nigaha girmesi batil olur? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Ailəni dağıtmaq çox ağır bir cinayətdir. Bunun genahı öz yerindədir. Tovbə edilib haqq sahiblərindən halallıq almayınca vəziyyət çox ağır olacaq.

İKi nəfər boşandıqdan sonra talaqla atrılıb iddə bitirdikdən sonra azad olurlar və boşanan qadın istədiyi kəslə əqdə daxil ola bilər.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Celal |

Salam aleykum.1)Destemazda qola su tökenden sonra el kranın sulu hissesine deyerse, yeniden ele su tökmek lazımdır? Çünki başqa yerden ele su deyir? 2) qüslda mütleq şekilde baş ve boyunu yuyandan sonra bedeni yumaq lazımdır, yoxsa başdan sonra ayağı ya da bud hisseni tamamlıyıb sonra bedeni yumaq caizdir? 3)qüslda sağ terefi bitirenden sonra sol hissenin ayaq terefinden başlamaq qüsla manedir? 4) qüslda bedenin bir hissesine su töküb sonra onu elle ovuşduraraq diger hisselere çatdırmaq olar, yoxsa bütün hisselerin üzerine mehz su tökülmelidi? Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam

1.Xeyr, buna ehtiyac yoxdur.

2.Baş boyun yuyulduqdan sonra bədənin sağ və sonra sol tərəfi yuyulur. Burada buddan başlamaq ya yuxaridan başlamağın fərqi yoxdur.

.3.Qeyd etdik ki, bunun problemi yoxdur.

4.Suyu əl ilə də  qalan yerlərə yetişdirə bilərsiz.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Anonimkaqiz |

Vallah bilerkden olmayib oyananda tam olarak anladim ama onda geciydi, indi menimday orucum pozulub? Cox peshaman

Ответ / Cavab

Aleykumusalam.

Yuxuda olubsa oruc düzdür. Yuxudan ayilandan sonra ozünüz davam edib sonunclamisizsa, oruc pozulub və kəffarəsi də var.  Bəli, rəhmət dolu günlərdə belə boş şeylərlə rəhmətdən uzaq qalmaq həqiqətən də üzücü haldır.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Anonimkaqiz |

Salam. Gece imsak ve suph namazindan sonra. Baqishlayin utaniram demeye, ama mecburam yuxudayken mastubiravat eledim, ama yuxuliydum evelce, sonra oyandim anladim ne elediyim ama ele bil tesir altindaydim yene devam eledim rahatlayana dek, oan sonra cox peshmanam, Allah dancanin bile ozur dilemeye utaniram sanki???? Indi bilmek istiyirem orucim pozuldu? Yoxsa ele sayilir?

Ответ / Cavab

Aleykumussalam

Bu bilərəkdən oruc pozmaq sayılır və bunu bilib etmisizsə kəffarə də verilməlidir.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Aytac |

Salam.Dünən oruclu halda günorta yatanda pis nələrsə gördüm,həyəcanlı halda oyandım,sanki həmin həyəcandan cinsi orqanımda titrəmə oldu,sonra baxdım elə yaslıq görmədim.Bu gün də oruc tutdum.Orucum düzdür,qüslum pozulmayıb?

Ответ / Cavab

Aleykumussalam

Sübh azanından sonra olubsa orucu düzgündür. Məni xaric olarsa qüsl vacib olacaq.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
ZohCav |

Salam Binəqədi rayonu Bakı sayılır? Yəni Bakıda yaşayan üçün orucu pozmur?

Ответ / Cavab

Aleykumussalam

Bəli Bakı sayılır və ora getmək Bakı əhli üçün səfər sayılmaz.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Ayan2 |

Salam.Dünən gecə 1də yatanda nə tam yatmış nə də oyaq halda 1saniyənin içində əxlaqdan kənar bir şey gördüm. Nəsə bir şey hiss etmədim. Ani oldu. Tez özümə gəldim. ALLAHA and olsun heç bir qeyri əxlaqi şeyə baxmaram. Yatıb qaldım. Ayıldım azandan xeyli keçib. İndi orucum düzdür? Bundan əlavə son iki üç aydır belə olmuşam. Ya yuxuda, ya da saniyəlik yuxuluyan kimi belə oluram.Bəzən insanın naməhrəm yerlərin görürəm.Tez qüsl edirəm. Gün ərzində neçə dəfə belə qüsl edirəm. Boş boşuna. Heç nə hiss etmirəm. Sadəcə şübhə içində oluram. Gerçəkli həyatım cəhənnəmə dönüb. Mənə kömək edəcək bir söz deyin nə edim? Necə xilas oıum bu haldan? əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Əgər heç bir şey xaric olmayıbsa boynunuzda bir şey yoxdur,orucunuz da düzdür.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Paşa |

Salam əleyküm. Zəhmət olmasa yazin. Bayram axşamı 5.06.2019 cu ildə evdə olan qonaqlarin (gecəni qalmirlar) fitrəsi ev sahibinin üzərinə düşür.

Ответ / Cavab

Aleykumussalam

Ev sahibinin icazə və raziliqi ilə bayram axşamı məqrib zamanı onun çörək yeyeni sayilanlarin fitrəsi onun boynuna düşür.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Babacan |

Salam əleykum hacı.subh namazın qezasin günorta vəya axşam qılmaq olarmı? olmazsa nə vaxt qılmaq olar?

Ответ / Cavab

Aleykumussalam

Sübh qəzaya gedibsə, zöhrdən əvvəl onu qəza edin, sonra zohru qilin.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Sual |

Haci Salam. Guzgude disimde qan lekesi oldugunu gordum ve agzimi su ile yuyanda istemeden udqundum bir defe. Menim disim her zaman arada bele qanayir, ve orucluq vaxti olsun-olmasin men hemise demek olar rahat sekilde yuyub temizlemisem udqunmadan. Bu defe de ele etmek istedim ancaq udqundum. Udqunmayacagimi texmin ederek yuyurdum halbuki. Orucum salamatdir mi? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Bilməyərəkdən olduqundan oruc düzdür. Belə olduqda aqzinizin suyunu colə atmaqla təmizləyin

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Emir |

Salam, bu gun zohr namazindan sonra teyyare ile sefere cixacam, oruc vacibdirmi yoxsa poza bilerem? Vacibdirse teyyarede oldugum zaman Iftar vaxtini nece teyin edim? Zohrden namazindan sonra 7 saat 40 deqiqe ucduqdan sonra catacagim mekanda helede hava aydin olacaq ve texmini 3 saat ifatar vaxt qalacaq. Eger orucu tutmuya bileremse ne vaxt poza bilerem? (Teqlid Sistani Aga) Allah elminize bereket versin.

Ответ / Cavab

Aleykumussalam

Əgər səfərə zöhrdən sonra baslayacaqsizsa, yəni evdən zöhrdən sonra cixsaz,,oruc sona qədər davam edəcək. İfta vaxtı harada olsanız,o, zaman iftar edəcəksiniz. Əgər evdən zohr azanından əvvəl cixsaz və hava limanı sizin evdən uzaqdirsa, deməli səfer zöhrdən əvvəl sayılar bir və siz yasadiqiniz məntəqənin sonundan 5-6 km aralandiqdan sonra oruc pozular.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Bende |

Salam. Almaniyada yawayanlar ucunde bayram 5 i sayilir?? Burda ayin 4 u bayram qeyd olunacaq. Fitre 4 u cuxarmaliyiq??

Ответ / Cavab

Aleykumusalam.

Almaniyada yaşayanlar orada ayın çıxmasını seyr etməli və ay çıxdıqda səhəri bayram edəcəklər.

Fitrə bayram axşamı ayrılar və həmin axşam yaxud da ayram günü səhər sahibinə verilər.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Bende |

Salam. Almaniyada yawayanlar ucunde bayram 5 i sayilir?? Burda ayin 4 u bayram qeyd olunacaq. Fitre 4 u cuxarmaliyiq??

Ответ / Cavab

Aleykumusalam.

Almaniyada yaşayanlar orada ayın çıxmasını seyr etməli və ay çıxdıqda səhəri bayram edəcəklər.

Fitrə bayram axşamı ayrılar və həmin axşam yaxud da ayram günü səhər sahibinə verilər.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
Yapon |

Salam bayram namazi hacan qilinir niyyet ne olacag ve hacan gilinir ?

Ответ / Cavab

Aleykumusalam.

Təzə ay çıxanda səhər bayram olacaq. Namazı bayram günü səhər qılırlar və niyyətində də elə bayram namazı qılıram deyiləcək.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 31 Май, 2019
1111 |

Salam.Iftar zamani dua qebul olar deyirler.Iftar zamani hacetlerini dilemek ucun iftar zamani oxunan dua ki var,hemin duani oxuyub sonra hacetlerini dileyirsen ve sonra su icib iftari acirsan? Yoxsa iftar duasi oxunan kimi su icilmelidir? Yeni deqiq bilmek isteyirem ki,oz niyyetlerini ne zaman etmelisen?Yoxsa hacetlerini dileyib,sonra iftar duasini oxuyursan? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Burada ansısa bir mutləq ardıcıllıq yoxdur. Lazım olan budur ki, əvvəl dualarınızı oruc şəklində edin, sonra iftar açın.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 30 Май, 2019
1111 |

Salam.Ramazan ay;n;n 27-ci gecesinde de qedr gecesinin emelleri edilmelidir? Sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Həmin gecənin də zəif ehtimala görə qədr gecəsi olması deyilib.

Həmin gecə də qalmaq istəsəz qala bilərsiz.

Allah sizə yar olsun

Задан: 31 Май, 2019 , Опубликовано: 30 Май, 2019
Страница 121 из 5746 << < 117 118 119 120 121 122 123 124 125 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com