Salam.Başqa bir qohum qadın deyir ki,hemişe onda kiçik bayra getme vaxtı hiss olur ki,sanki sidik qaçırıb.Tez alt paltarına baxır ki,alt paltarı qurudur.Demeli namaz qılırmış qıldığı yerde yene sanki sidik qaçırma hissi olub.Fikir vermeyib ki yeqin hemişeki kimi boş şeydir.qılıb sonra yene alt paltarına yapışdırdığı gündelik beze baxıb ki bekara vidileniya izi var.nemlik azdir ancaq vidileniyadır.üzr isteyirem iyleyib ki,sidik qoxusu yoxdur.düşünüb ki sidik deyil.bezin kenarından tutub qoparıb ki,alt paltarı qurudur.bezi atıb unudub elin yumayıb.ellerin her yere palyarlara,şkafa,qapının yuxarı hissesine termoya ve s.vurub.Alt paltarın quru olduğun görüb deyişmeyib .geyimin geyib stulda orurub.evvel fikir vermeyib indi şekke düşüb.indi bu qadın bilmek isteryir ki,burda necaset hökmü varmı?yoxsa heç neye fikirvermesin.Her yeri nece suya çekmeyini düşünüb deli kimi eseb keçirir.Ne etsin?onun dediklerin hamısın b
Ответ / Cavab
Aleykumusalam.
Nəcis olması yəqin olmadığı halda pakdır və toxunduğu yerlər də pakdır.
Salam.Sizə sual yazdığımı görən qohum xanımlar da sizə sual yazmamı istədilər. Biri soruşur ki, bir dolça su ilə qüsl etmək olarmı?İkincisi soruşur ki, üzr istəyirəm bağırsağında çat olduğundan tez tez qanaxmalar olur. Ramazan qəza orucu tutub. Ayaqyolunda böyük bayıra gedəndə yenə qan görüb. Tez özünü yoxlayıb ki qan istihazə deyil ki, əli olsun ki, anus hissəsinə dəyib qan olub amma sanki bir barmağı heç nəyə batmayıb tam əmin deyil.Tez əlini yuyub, və yuyunub təzədən özün yoxlayıb ki,uşaqlıq yolundan heç nə yoxdur. Təmizdir. Amma hər gün bağırsağından qan gəldiyindən düşünürkü bu istihazə bəlkə deyil.Dünən olub bu. qüsl etməyib. İndi bilmək istəyir orucu düzdür ya yox?
Ответ / Cavab
Aleykumusalam.
Əgər bədən qüsldən əvvəl pak və təmiz olubsa, o zaman bir dolça su ilə başdan dırnağa kimi tam bədənini yuya bilərsə, olar.
İkinci məsələ ilə bağlı , həmin qadının orucu düzdür.
Salam. Sabahınız xeyir.Nənəmin yas yerindəyəm. Burda kişilər və qadınlar arasında mübahisə gedir.Qadınlar deyir ki,nənəm Quran xətm etmədiyindən boynundadır. Qadın mollaya pul vermək istəyirlər ki, Quranı xətm edib nənəmə tapşırsınlar. Kişilərsə deyir ki, belə şey yoxdur. Sağlığında oxumuyubsa indi xətm lazım deyil. Kiçik dayım da bilmək istəyir ki, qadından molla olar? Çox xahiş doğrusu nədir onu deyərdiz mübahisəyə son qoyulardı. əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Nənəniz boynuna götürməyibsə, qoynunda bir şey yoxdur. Kimsə Quran oxutdurub o xanımın ruhuna hədiyyə etmək istəyirsə, burada da bir qusur yoxdur. Qadın da dərs alıb dini savadla din məclislrini icra edə bilər.
Salam size 1 2 sualim var men sieyem ama mene sen sef yoldasan diyiller sieliy sorasan yaranib bidet şirk doludu onlar quranin tam olmadiqini deyir HZ.Əlini Allah yerine qoyur ve namaza möhür elave elyibler ve sehabelerede soyurler bunlar doğrudurmu ? Ve niye Mekkede namaz başqa formada qilinir xais edirem izahinsehih hedislerle veresiz eger alinmirsa meqale sayt varsa verin ordan oxuyum her sey aydin olsun çunki sieloy haqqinda yutubda demey olarki yaxsi sey çixmir men dine bagli biriyem ama insani heyatdan soyudurlar uje ne edeceyimi bilmirem
Ответ / Cavab
Aleykumusalam.
Bunu sizə deyən şəxsin ağıl nemətindən uzaq olduğu, yəni vəhhabi, sələfi əqidəsinə bağlandığı məlum olur. İslamda 5 məzhəb var. Bunlardan biri Şiə cəfəri məzhəbi, 4 ü snni məzhəbidir. Sizə siəliyin sonra yaranmasını deyən bu məzhəblərin heç birinə aid deyil, əgər desə ki, bu 4 sünni məzhəblərindən birinə bağlıyam, o zaman oruşun ki, məzhəbinin adı nədir. məzhəbin yaradıcısı neçənci ildə doğulub. O zaman bilinəcək ki, əvvəl kim olub, kim olmayıb. Şiə Əi ibn Əbu Talibə bağlı olanlardır və şiələrin Peyğəmbər zamanından var olduqları tarixlə isbat olunub.
Saytımıın məqalələr bölümünə daxil olun, orada kifayət qədər yazılar var. Kitabxanamızda da kitablar var. Onları oxuya bilərsiz. Həyatdan soyumamaq üçün isə Nəhrvan muharibəsindən bu günə qədər cəllad və qatil olan bir zehniyyətin sözlərinə qulaq asmayın və əhəmiyyət verməyin.
Məkkədə namaza gəldikdə isə Orada hakimiyyət vəhhabi əlindədir, istədiklərini edirlər və hətta hacıları əmin amanlıq şəhərində güllələyirlər. Məkkədə namaz necə qılınması ilə din ölçülməz, Quran necə deyir, Peyğəmbər necə qılıb, bununla namazın düzgünlüyü bilinər.
Salam Haci. Bezi insanlar var ki qazandiqlari pulla insanlari temennasiz Imam Huseyn ve Imam Rza ziyaretlerine gonderirler. Bu wexsler eger ixlaslidirlarsa Allah qatinda Əhli-beyte xidmət edənlərdən sayılır mi?
Ответ / Cavab
Aleykumusalam.
Allah bütün xeyir əməllərə əcr verəcək. Əhli beytə xidmət edənlərdən sayılmaq üçün isə əməlin bu məqsədlə edilməsidir. Belə olarsa, ALlah da əvəzini böyük olaraq qaytarar.
Assalamu Aleykum! Sehhetinde problem olan şexs secde üçün eyilende başı fırlanırsa möhürü qaldırıb alnına qoymaqla secdeni yerine yetire bilermi?
Ответ / Cavab
Aleykumusalam.
Əgər dözülməz ağrı ya əziyyət edirsə, səcdə yerini yuxarı qaldırsın, elə səcdə etsin, məsələn qarşısına bir şeylər qoyub möhürü onun üzərinə qoyub səcdə etsin.
Salam. Axşamınız xeyir.Dəstnamazda dəstnamaz üzvlərimi, qüsüldə qüsl etdiyim üzvləri yuduğumu unuduram. Doğrusu şəkkə düşürəm. Edirəm saniyənin içində şəkkə düşürəm.Dediz diqqətli olum. Vallah nə qədər diqqət etsəm də şəkkə düşürəm. Oğlum dəstnamaz alanda baxıb ki hamlsın düz edirəm. Nə edim şəkkə fikir verməyimmi? əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Əgər yanınızda biri durub sizə bu şəkklərdən qurtarmağa kömək edə bilirsə, onun dediyinə əsasən əməl edin. Əgər tək olsaz o zaman şəkklərinizə fikir verməyin. Əgər bir insan bir əməldə adi vəziyyətdə 3 ya daha artıq şəkk edərsə, cox şəkk edən sayılar və b xəstəlik xilas olana qədər heç bir şəkkinizə fikir verməyəcəksiz.
Salam. Ramazan ayının qəza orucların tuturam. Dünən azandan keçəndən sonra qəfil fikrimə gəldi ki, görəsən niyyət etmişəm ya yox. Amma azca xatırlayıram ki, ikinci günün qəzasın tutmaq kimi bir söz demişəm amma tam xatırlamıram. Bu şübhəmin sayəsində ondan bir gün qabaq tutduğum orucu da niyyət edib etmədiyim unutdum. Nə edim orucularım düzdürmü?Qeyd edim ki, şəkk edən biriyəm.tutduğum orucu unuduram.Və mən niyyəti bu cür edirəm. Axırıncı Ramazan ayından qalan qəza orucumu tuturam vacib qurbətən iləllah. Doğrudurmu? əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Nə etdiyinizi bilirdinizsə, yəni hal haırda orucuz və bunu qəza olaraq tutmusuz, bunu bilirdinizsə, bu elə niyyətdir.
Salam. Cismen qadın olan amma ozunu oglan kimi hiss eden yeni ruhen oglan olan biriyle dostluq etmek olar ? Onuda deyim ki bu sexs ibadet ehlidi sadece bildirir ki menden asili bir sey deyil yaranisim budu
Ответ / Cavab
Aleykumusalam.
Özünü kişilərə uyğun aparmırsa və fəsada düşmək təhlükəsi yoxdursa, olar.
Salam. Həcc ziyareti ile bagli bir neçə sualim olacaq. 1) Işim online ticaretdi. Noutbuku özümlə aparib isimi orda otelde qalanda idare ede bilerem? 2) Erefatda iwdi birden tebii ehtiyac gelse paklanmaga werait var? 3) Xumsu verilməmiş pulla hecce getmek olar? 4) Anam ve bibimi hecce yollaya bilerem? Esitdiyim qederile tek qadina icaze yoxdur hecce getmeye? 5) Men subay oglanam, nisa tevafi mene de vacibdir?
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, edə bilərsiz.
2.Hər yerdə hər bir şərai qurulub.
3.Xumsunu verib getməlidir.
4.Yaşı 55 dən aşağı olan qadını yanında məhrəm kişi olmasa, qardaşı, oğlu, əri, viza vermirlər.
salam. Bagiwlayin bezdirmey istemirem. Evden sedeqe her ay cixmalidi? Birde texminen qeder pul ayirmaq lazimdi sedeqe ucun? Her gun qiraga pul atmaq? ya ele misalcun 5 azn qoydum qiraga dedim bu sedeqe ucundu. Suallarima cavab yazinda zehmet olmasa bagiwlayin narahat etdim
Ответ / Cavab
Aleykumussalam
Qeyd etmişdik ki sədəqənin qədəri yoxdur. İstənilən məbləqdə olar. Bunu ayirmaq dedikdə nəzərdə o tutulur ki məsələn evdəsiz,cixa bilmirsiz, ayırıb bir kənara qoyursuz. Çöldə olduqda isə fəqir gordukdə ayirib bir basa verirsiz.
Salam teze nomre alanda deyir ki kontur vur 3 manat hediyye sorada 1 manat cixirlar 3 manat verirler ama bilmirem o bir manato niye cixirlar verdikleri kontur yeni 3manat halaldi qumar deyildi cox sagolun
Salam haci. Is yoldaslarimnan sohbet edirdim. Deyirler ki, yolda pul tapsalar onu ya polise aparib vererler ya da sedeqe kimi kasiba paylayarlar ya mescide aparib vererler. Men de dedim ki, hemin pula gerek el deyilmesin, ki hemin adam bu yolu qayidib oz pulunu tapa biler. Biz onun raziligi olmadan pulu goturub o deqiqe kasiba vermek haqqimiz yoxdu. Bizim pulumiz deyil axi. Deyirler ki, sen olmasan basqasi goturub oz cibine qoyar, ondansa kasiba versen daha yaxsi olar. Men dedim yox men el deymerem. Ve yaxud pulu gotursem gerek hemin pulun yiyesini bir muddet axtarim. O deqiqe pulu paylamaq olmaz. El vurmamaq daha yaxsidi. Deyirler ki kasiblar coxdu onlara versek savabdi. Sizce men duz dedim? Gotursen yiyesini axtar deyesen her gun, sonra her hefte sonra her ay ve s. Ondansa el deyme. Tapib kasiba vermek mence duz deyil. Belke yiyesi narazi qalar
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bir pul tapıldıqa gərək ilk öncə onun sahibi axtarıla. İlk olaraq həmin yerdə elan verməlidir, bunu dəfələrlə etməlidir ki, sahibi tapılsın. Sahibini tapmaqdan ümidsinlik olduqdan sonra, yəni uzun zaman elan verilməklə axtarıldı və tapılmadı, o zaman sahibinin adından fəqirə vermək lazımdır.
İnsan öz başına başqasının malı haqda qərar verə bilməz.
Salam sualim biraz cox olacaq eger mymkundurse biraz etrafli basa salsaz yaxsi olardi. 1. Misalcun bezi insanlar usagin basina pul firlayib cole atrlar bu gunah sayilirmi? 2.insan wukr etdiyi zaman bezen elhemdulillah deyilde wukur dediyinde buda elhemdulillah olaraq qebul edilirmi? 3. Biryerde ewitdimki insan sakit dua etmemelidi bes insan bezen qelbinde heckime bildirmek istemediyi Allahina olan duasini edirse bunu Allah ewitmirmi? 4.namaz qilan wexs adi marketlerde satilan rexsona istifade edirse ve onlarinda terkibinde spirt var deye bilirem hemin reksona qusulu ve ya destemazi pozurmu? 5.Allahin izni ile yeniden Namaza baslamaq isteyirem lakin bildiyime gore indiyedek qilmadigim namazin qezalarini qilmaliyam?? Qilmaliyamsa nece men onu anlaya bilmirem nece ruket olurki o nece ilin qezalari?? Tewekkurler indiden. Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Bunu atmaq əlbətdə israf və günahdır. Onu fəqirə versinlər.
2.Şükr niyyəti ilə deyirsə, bəli.
3.Hər bir şəkildə dua düzdür.
4.Bunun heç bir problemi yoxdur, istifadə edə bilərsiz, heç nəyi də pozmur.
5.Namazların qəzaları namazın eyni kimidir. Özü necədirsə, qəzaları da elədir. Sadəcə hər namaz öz vaxtında qılınmalıdır, amma qəzalarını günün istənilən vaxtında qıla bilərsiz.