Страница 184 из 5746 << < 180 181 182 183 184 185 186 187 188 > >>
Sual |

Salam Haci. Namazda Fatihe suresini oxuyanda Siratallezine deyirem. Namazlar duzgundur? Siratalledine demeliyem yoxsa? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Orada Z səsidir amma bu z səsini dziltili deyin.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2019 , Опубликовано: 4 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci indiyene qeder Namaz qilanda piwik tuku olub ustumde o Namazlar tezelenmelidir yoxsa xebersiz oldugum ucun uzrlu sayilir? Tükün 1 denesi bele batil edir Namazi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər bunu bilmirdinizsə, namazlar düzdür.

Seyyid Sistani ağaya görə bir iki tük namazı pozmaz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2019 , Опубликовано: 4 Апрель, 2019
Namaz haqqinda |

Salam Haci. Namazda magzubi teleffuz edek yoxsa magdubi?

Ответ / Cavab

Aleykumusalam.

D səsinə yaxın Z səsidir.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2019 , Опубликовано: 4 Апрель, 2019
Sual |

Salam Haci. Indiyene qeder namazda velezzallin sözünü teleffuz edende za herfini 1 defe deyirmiwem, bunu bugun oyrendim. Inden bele duzgun wekilde teleffuz etmeye bawlayacam Allahin iznile. Indiye qederki namazlar salamatdir mi? Sistani agaya teqlid.

Ответ / Cavab

Aleykumusalam.

Ümid edirik inşaAllah düz demisiz, sadəcə fikir verməmisiz, indi daha diqqətli olmusuz.

Allah sizə yar olsun

Задан: 4 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Xanim |

Salam. 1.Nerd pulsuz oynayandada haram sayilir? 2. Evde kohneden qalma domino loto shashki var. Olari ne edek tullayaq? Ushaqlarada oyuncaq kimi oynatmaga ehtiyat edirik. Evvelceden teshekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Bu oyundan uzaq durulsun.

Loto mutləq şəkildə tullansın, çünki qumar alətidir.

Domino və şaşki oyunları da bəzi mərcelərin nəzərində haram bilinir, uşaqlar adi daş oyuncağı kimi oynada bilərlər.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Adminka |

Salam heci bir insan deseki quranı qebul efirem hedisleri yox imandan çıxır.imanlı şexs nece olmalıdı ətraflı yazın zəhmət olmasa sag olun

Ответ / Cavab

Aleykumusalam.

Bu insanın düşüncəsində səhf var.  Sanki biri deyir günəşi qəbul edirəm, ayı yox.

İmanlı şəxs  ona deyilir ki. dinin əqidəvi məsələlərinə iman gətirə, zəruri əməllərini icra edə və haramlardan uzaq dura.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Zamiq |

Salam.günorta namazı qezaya girme vaxtı ve ya qılınma üçn son vaxtı ne vaxtı.

Ответ / Cavab

Aleykumusalam.

Onları şam azanına kimi qılıb qurtarın.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci piwik tükü murdardir? Paltarda piwik tuku varssa Namaz qilmaq olar??

Ответ / Cavab

Aleykumusalam.

Murdar deyil, lakin bütün əti haram olan heyvanlarla birgə, pişiyin də bir şeyi üzərinizdə olarsa namz batil olar.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Gulnar |

Salam. Zehmet olmasa sualimi cavablandirardiz, menim 2 mohurum var idi. Dediler olmaz ikisinide saxlamaq, mende isti suya atdim hell oldu, boyuk evde dibchek gulun dibine tokdum. Gunahdirmi bele etmek?

Ответ / Cavab

Aleykumussalam

Günah deyil amma sizə deyilən səhfdir. İk yox, on iki də ola bilər, ondan artıq da.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Sual |

Salam Haci. Hansi duzgun teleffuzdur? HasbiyAllah, yoxsa HasbunAllah?

Ответ / Cavab

Aleykumusalam.

Hər ikisi düzdür. Birinci tək haldadır, ikinci cəm halda.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
03.04.2019 |

Salam haci. Yoldasimla aramda soyuqluq yaranib bir muddetdir, seytan emelli basli aramiza girib mene qarwi cox soyuyub sanki bir birimizi gormeye gozumuz yoxdu halbuki bir birimizi sevib evlenmiwik il yarimdi evliyik,, sualim budur ki, deyirler sirinlik duasi yazdr,bele seylere nece baxrsiz? Dogrudurmu? Mene ele gelir hec dogru deyil bele seyler

Ответ / Cavab

Aleykumussalam

Şirinliyi dua yazmaqla əldə etmirlər. Dilimizi şirin edib ailə daxili olan problemi haqqı haqsız axtarmaqla yox, güzəşt və kececəklə həll edirlər. Belə olduqda ailədə saqlam mühit yaranır.

Namazlarda da elə oz dilinizdə dualar edin.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
ruslan |

salam.imam Elini qetlə yetiren kafir şiə olub ya sunni

Ответ / Cavab

Aleykumussalam

Həzrəti qətlə yetirən məlun nə sünni idi nə də şiə. Xəvariclərdən olub.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
AYSEEELL |

salam aleykum 1) biz broler toyq almışıq üstünə yazılıbki Əl üsülu ilə kəsilib halaldır . azərbaycan istehlası quba rayonu Hacı şahində demişdirki əyər bir müsəlman halal deyrsə halaldır 2) indi mən onu yedm haramdır mənə o yoxsa halal? 3)günah qazandım?

Ответ / Cavab

Aleykumussalam

Əgər halal olması sizə yəqin olubsa halal biləcəksiniz.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Vefa |

Salam. Receb ayinin bitmesine nece gun qalib inwaalah saban ayi ne vaxt girecek

Ответ / Cavab

Aleykumussalam

Bugün Rəcəb ayının 27 sidir. Qəməri aylar ya 29 olur ya 30.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Vefa |

Salam Mebes bayraminiz mubarek ibadetleriniz qebul olsun inwaalah. Men gece mebes namazini saat 5 qalmiw bawladim seher 7 qalmiw bitirdim 12 reketli namaz qildim her iki reketden bir salam verib 7 defe ixlas feleq nas kafirun qedr fatihe ve ayetul kursi ve sonda bir defe bir dua oxudum namaz 2 saat qeder cekdi namazi bitirende artiq subh namazi cixmisdi sizce namazim qebul olub yoxsa gecikmiwem vaxt baximindan subh azani caldiqda iki reketi bitirib salam vermiwdim dualari oxuyurd

Ответ / Cavab

Aleykumussalam

insha'Allah qəbul olar.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Uzeyir |

Salam əleyküm. Məbəs bayramınız mübarək. Axşamdan fikrimdə tutmuşdum ki səhər oruc tutacam ancaq yuxusuz və yorğun olduğum üçün yadımda qalmadı kı axşam niyyət elədim ya yox. Saat 9 da durdum niyyət elədim oruc tutdum.Orucum düzdü mənim

Ответ / Cavab

Aleykumusalam.

Əgər sübh azanından indiyə kimi orucu pozan bir iş görməmisizsə, düzdür.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci bir neferden halalliq alanda haqqini halal etse amma bawqasinin yaninda dese ki "Haqqimi ancaq soznen halal elemiwem qelbimde yox" bu halda haqqi halal sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Dili ilə halal etdim deməsi kifayət edir.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
Bismillah |

Mebes gecesinin namazı var?

Ответ / Cavab

Aleykumusalam.

Bəli var və Məbəs gününün əməllərini saytda qeyd etmişik.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
İlqar |

Salam Hacı.Məbəs günün əməllərində qeyd olunub:6 ədəd iki rükətli namaz qılıb, bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələrin oxuyub sonra bu duanı 4 dəfə demək -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a, La uşriku bi Rəbbi əhəda”. Sualım belədi 1.Burda hər iki rükətdən sonra Fatihə,Fələq və Nas oxumaq lazımdır ya ümumi 12 rükət bitdikdən sonra.2.Fələq və Nas surələridə 4 dəfə oxunur yoxsa onları 1 dəfə oxumaq lazımdır. Allah Sizə kömək olsun

Ответ / Cavab

Aleykumusalam.

Bütün bunlar tam bitirdikdən sonra edilir.

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 3 Апрель, 2019
... |

Salam. Rayondan xümsü necə və kimə vermək olar?

Ответ / Cavab

Aleykumusalam.

HAnsı rayondasız? Orada məsciddən soruşa bilərsiz

Allah sizə yar olsun

Задан: 3 Апрель, 2019 , Опубликовано: 2 Апрель, 2019
Страница 184 из 5746 << < 180 181 182 183 184 185 186 187 188 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com