Страница 186 из 5746 << < 182 183 184 185 186 187 188 189 190 > >>
Sual |

Salam. Yorgani pak etmek ucun onu vannaya doldurub duw elimde ustune axar su axida axida ayaqlarimla yorgani ezsem paklanar? Yorgan davamli olaraq sixilib suyu cixacaq ve yeniden dolacaq su ile bu wekilde. Bawqa cur cox yorucu iwdir. Bele etmek olar? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Həmin bulaşıq yeri krantın altında yuyun və sıxın, sonra birdə yuyun, belə pak olar.

Allah sizə yar olsun

Задан: 2 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Elnur |

Salam, sizdən birdə soruşmaq istərdim ki, dəstamaz zamanı ayaqlara məsh çəkəndə salavatı demək lazımdır ya xeyr, əgər lazımdırsa o zaman məsh çəkə-çəkə ağızda salavat deyilir, yoxsa məshi çəkib qurtarandan (və ya yəni əlini ayaqlarından çəkəndən sonra) deyilməlidir. Təşəkkür sizə.

Ответ / Cavab

Aleykumusalam.

Bu vacib deyil, amma sələvat zikr etmək həmişə gözəl və savabdır.

Əgər bu zikri demək istəsəz, elə əməlləri icra edə edə zikr edin.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Elnur |

Salam, bu gün İmam Musa al Kazimin şəhadət günüdür ya dünən olub.ALLAH TAALA razı olsun. Amin

Ответ / Cavab

Aleykumusalam.

Həzrətin ürəkyandırıcı şəhadət günü bu gün idi.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Salam |

Namaz qılanda qarşımda iri klok vardı klokunda üstündə hevan və insana bənzər şəkillər vardı. Bu halda namaz düzdür?

Ответ / Cavab

Aleykumusalam.

Bundan sonra çalışın namaz vaxtı qarşınızda şəkil olmasın.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
@@@ |

Salam aleykum. Men birden ozumu pis bir insan kimi hiss edirem, aglima pis fikirler gelir, ele bil men deyilem, qorx uram. Bilmirsiz, bunun dinle bagliligi necedir? Yoxsa psixoloji xestelikdi? Cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Özünü tənqid yaxşı bir haldır, amma bu psixoloji pozğunluğa səbəb olacaq qədərində olmalıdır.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Leyla |

Salam. Eger bir insan menim qohumum badesinde mene xosagelmez bir soz dese, meselen "ozundenrazidi", men ne etmeliyem? Qohumuma bu barede demeliyem? Cunki satqinliq kimi cixir. Islam baxisindan nece etmek duzdu? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Ona iradinizi bildirib deyin ki başqaları barədə pis danışmasın.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
... |

Salam.Əstəğfurullahə Zəl Cəlali Vəl İkram min cəmi iz zunubi minəl asan zikirde axirda asan olmalidi yoxsa asam zikre zehmet olmasa baxin harda sehf yazmisamsa duzgun yazin cavabda cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Asam kəlməsidir, gunah kəlməsinin(ism) cəm formasıdır.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Emin |

Onu bilmek isteyiremki. Öz özüne yuxuda olanda meni gelerse qüsl almaga serait olmasa beden ve paltar bulasarsa paltar deyisilib beden bulaşan yerleri temizlenmelidi?yoxsa tekce teyemmum bes edir?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd etdik ki, təyəmmüm heç nəyi pak etmir. Əgər bulaşan yerlər varsa, yuyulub paklanmalıdır.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci iw yerinden ilk ayin maawindan faiz tuturlar ve o faizi (pulu) men aparib vermeliyem ondan sonra almirlar faiz maaw mene qalir, o faizi onlara aparmaq haramdir?

Ответ / Cavab

Aleykumusalam.

Bu nə faiz tutmadır, əgər dövlət vergilərindəndirsə, heç bir problemi yoxdur. Əgər zorla alınırsa, yəni verilməsə incidilmə və sair hallar olarsa, sizə günah olmaz.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Fərid |

Salam əleykum 1.məbəs günü nə vaxtı ? 2 həmin gün hansı ibadətləri etmək lazımdı ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Aprel ayının 3 də.

1. Qüsl vermək.  2. Oruc tutmaq (70 il orucun savabı vardır)  3. Çoxlu salavat demək.   4. 6 ədəd iki rükətli namaz qılıb, bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələrin oxuyub sonra bu duanı 4 dəfə demək  -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy'a, La uşriku bi Rəbbi əhəda”

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci qeza namazlarini qilmaq vacibdir? 2 ilin qezasi var 5000+ Namaz eliyir qilmaga bawlasam amma Allah canimi tez alsa nece? 2)Namaz bitdikden sonra sehv secdesi zamani destemaz pozulsa ne edek? destemaz alib Namazi qilaq yoxsa qayidib niyyet edib sehv secdesini yerine yetirek? Allaj razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli vacibdir. Sayından qorxmayın, başlayın, bir də görəcəksiz ki, bitib. 10 il, 20 il qəzası olanlar qılıb bitirirlər. Qəza etməyə başlayaq, ömrün bitib bitməməsi Allaha aiddir, O da bəndələrinin daxilindən də xəbərdardır və onlarla necə rəhmlə davranmağı da hamıdan artıq bilir.

Səhf səcdəsi namazın salamı bitən kimi edilir. Fasilə verilmədən.Bu fasiləsin zamanda dəstəmazın pozulması məsələsi bir az anlaşılmadı.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Emin |

Salam. Gece öz özüne maye xaric oldu. Birinden hekimden sorusmusdum dedi prostat suyudur. Uzun müddet elaqede olmadiqda olur. Meni hokmundendirmi ? Bulaşan yerler paylanmalıdır? Eger meni bedene deyibse teyemmum almaqla paklanmaq olar? Bulaşmış paltar deyisilmelidi,yoxsa teyemmüm aldıqdan sonra ehtiyac yoxdur?

Ответ / Cavab

Aleykumusalam.

Əgər boşalma olubsa, bu mənidir, prostat suyu deyil. Məni xaric olduqda atıcı olar, şəhvətlə gələr və özündən sonra bədənə süstlük verər. Məninin dəydiyi yerlər yuyulub paklanmalıdır. İnsan isə məni xaric olduqdan sonra cənabət qüslü verməlidir.

Təyəmmüm dəstəmaz ya qüsl almaq heç cür imkan olmadıqda onları əvəz edən əməldir, o heç nəyi paklamır.

Allah sizə yar olsun

Задан: 1 Апрель, 2019 , Опубликовано: 1 Апрель, 2019
Zeka |

Salam Aleykum. Mənə iş təklifi olunur kolbasa satışı etmək çün satış təmsilçisi kimi məhsul Rusiyadan gəlir həm haram həmdə halal məhsulları var bu işdə işləyə bilərəmmi? [Xamneyi ağa] cavablara görə minnətdaram

Ответ / Cavab

Aleykumusalam.

Haram məhsulların satışı da sizin əlinizlə ya iştirakınızla olacaqsa. harama şərik olacaqsız.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Cevahir |

Salam aleykum. Musteheb namazda,zikirlerde bezi sureleri meselen 3 defe ardicil oxumaq lazimdi,bes her defe de oxuyarken Bismillah.. deyilmelidir?2.Namaza bashlamaq istediyimiz vaxt kenardan musiqi sedasi gelir bele bir veziyetde namaz qilmaq duzgundur?3.heyetde destamaz alib 5-10 addim gelib evde basha ve ayaqlara mes chekmek,bu destamazin tertibin pozar?cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, surə oxunarsa o zaman gərək əvvəlində Bismillah deyilə.

Əgər namaza başladıqdan sonra bu baş verərsə, namaz sonunclanacaq, namaza başlamazdan əvvəl musiqi sədaları gəlirsə, o zaman musiqi sədası gəlməyən yerə çəkilib orada qılınsın.

Əgər orada məsh etməyə imkan yoxdursa, o zaman qeyd edilən qədərində müsh etməyə imkan olan yerə qədər gedib orada məsh etmək olar.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Agaali |

salam.Vahşat namazının qunutu var?

Ответ / Cavab

Aleykumusalam.

Bu namazda da qunut tutmaq müstəhəbdir.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Agaali |

salam.Vahşat namazının qunutu var?

Ответ / Cavab

Aleykumusalam.

Bu namazda da qunut tutmaq müstəhəbdir.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, ag qizil taxmaq olar mi? niwan uzuyu olaraq (oglan ucun)

Ответ / Cavab

Aleykumusalam.

Ağ ya sarı qızıl arasında fərq yoxdur, qızıl kişiyə haramdır, istər ağ ola istər sarı.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
ayse |

salamun eleykum.sizde bir xahis var.sukur namazi nece qilirin zehmet olmasa deyerdiz.Allah razi olsun.haqqinizi halal edin tesekkurler.

Ответ / Cavab

Aleykumussalam

Nemətlərinə şükr niyyəti ilə sübh namazı kimi iki rükət namaz qılın.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
ayse |

salamun eleykum.size bir sualim var.insallah oglumuz olacaq adini ugur fikirlesmisik sizce dini anlaminda bu adi qoymaq ne derecede duzgundu.onceden tesekkurler.

Ответ / Cavab

Aleykumussalam

Usaqa elə ad qoyulmalıdır ki böyüyəndə narahat olmasın. Qeyd edilən adin qoyulması qadağan deyil, Amma yaxşı olar ki usaqa Əhli-beytin pak ad və ya ləqəblərindən qoyasiz.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
.... |

Salam men cimdim qusl aldim cimenden sonra da elim ne qeder suya deyib. Sehere cixdm elimin icinde balaca zerler gordum. Ehtimal elemiremki qusldan evvel qala cunki cimende suyun icinde olan en cox olan eller olur onan sora bele ellerimi yumusam baxiram kurtkamin ustune balaca zerler var ehtimal ediremki indi sehere cixanda kurtkami geyinende kurtkamdan yapisib. Hem heyz hem cenate quslu almisdm bu halda yeniden qusl almaliyam?

Ответ / Cavab

Aleykumussalam

Belə ehtimal varsa elə yəqin ki, kurtkadan olub.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Страница 186 из 5746 << < 182 183 184 185 186 187 188 189 190 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com