Страница 187 из 5746 << < 183 184 185 186 187 188 189 190 191 > >>
nihad |

Salam. Men ovladima hamile olanda problem vardi biraz ve men o zaman ovladim sag salamat olsun o dunyaya geldikden sora ramazan ayinda sona qeder oruc tutacam demiwdim. Amaki tuta bilmedim 10 gun tutdum ve qezalrimida tutmuwam. Indi ise 11 gun qezam qalibdi ve medemde problem var ve bawim agriyir tutanda daha tutmasam gunah sayilarmi? Ve bawim cox berk agrisa orucumu pozsam gunah sayilar?

Ответ / Cavab

Aleykumussalam

Əvvəlcə onu qeyd edək ki, Ramazan ayında oruc tutmaq hamıya vacibdir. Bu orucu tam tutmaliydiz. Tutmadiqlarinizi qəza edin. Əgər indi problem varsa imkan yaranan kimi tutun.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Cicek |

salam heci.deyesen men sizi duzgun basha sala bilmemishem.umumiyyetle erle arvad bir-birile kusmushlerse,danishmirlarsa yeni muveqqeti de gundelik meishet sohbetleri ustunde bir-birilerinin xetrine deymishler.ve buna gore de 3 gundurki danishmirlar yeni hemishelik deyil muveqqeti kusmushler.bu halda onlarun qildigi namaz tutdugu oruclar qebul olunarmi yoxsa batildir?

Ответ / Cavab

Aleykumussalam

İbadətlərin qəbul olub olmamasi Allaha aiddir. Amma bu küsülük dayandırılmalıdır.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Aaa |

Salam. Menim kecen ilden qalmis 5 gun qeza oruclarim var. Hamile qaldigim cun ve hekim icaze vermediyi cun o qezalari odeye bilmirem. Bu halda ne ede bilerem? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bunları qışın qısa günlərində gərək tutaydiz.

Ramazan ayina kimi çalışıb tutun. Əgər heç cür tuta bilməsəz. İl imkan yaranan kimi tutun.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Arzu |

Salam.Qizin bextinin acilmasi ucun ne etmeli,xususu dua,namaz var ?

Ответ / Cavab

Aleykumusalam.

Namaz qılın və namazlar arası dua edin, elə öz dilinizdə, qəlbinizin dərinliyindən səmimi yalvarışla.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Gerib Xanim |

SalamAleykum.Sualim gusl barededir,2-ovladim var ve men uzr istiyirem onlari dunyaya getirende nifas guslu almamiwam,bu gusl barede melumatim olmuyub?ancag bu yadima gelirki,rehmetlik anam korpeye 10-gunun suyunu bawindan tokdu ve mene de dedi sende get yuyun 10-gunun suyunu tok,hansisa gusl barede demedi.Heyz ve cenabet guslari hemiwe almiwam.Uwaglar boyuyubler ve men 11-ildir namaz giliram,bir ilahiyatciya gulag asdim,dediki,nifas guslu vermeyenin nece illerde gildigi namazlari batildir,Indi menim 11-il gildigim namazlar batildir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, 11 il yox, boynunuza nifas gələndən sonra alığınz ilk hey yaxud cənabət onu aradan aparıb. Bax əmin kiç. cənabət alınandan sonra nifas da silinib.

ik fasilə zamanı qlınanlar batil olar. Yəni nifas bitəndən 5 gün sonra cənabət almısız, həmin 5 günün namazları batil olar

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
... |

Salam. Əgər birinin saqqalı var ancaq bığ yerisi təmizdirsə, o vəhabi sayılır?

Ответ / Cavab

Aleykumusalam.

Bunu əsasən vəhhabilər çox etsə də, bu sırf onlara bağlı məsələ deyil.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
elsen |

Salamaleykum,Usuli kafi kitabinda sehih hedisler daha çoxdu,yoxsa qeyri-sehih?

Ответ / Cavab

Aleykumusalam.

Əsasən səhih hədislərin  cəmləndiyi bir kitabdır.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 31 Март, 2019
Ruslan |

Salamaleykum cox uzur isdeyirem sualima gore done done .gece yatanda boynuma qusl geldi ve matrasa kesdi maye ,deyiwe bildiyimi deyiwdim ama matrasi yumag cetindi ,demek isdediyim eger orda maye qalibsa vacibdi? matrasi yumag.hardasa maye qalibsa vacibdi deyiwmek yoxsa qurumuwsa elede vacib deyil ? Allah razi olsun cavaba gore .tekrar uzur isdeyirem bele suala gore

Ответ / Cavab

Aleykumusalam.

Qurudursa, nəcasət keçirməyəcək. Həmin bulaşıq yerə yaş halda toxunulmasın.

Allah sizə yar olsun

Задан: 31 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Goysu |

Salam men bilmek isterdim ki, hecc ziyaretinin qadina vacib olmasi ne demekdir? Yeni men getmeyi cox isteyirem, oz qazancim var bir nece ile getmek imkanim yaranar InsAllah indi men ziyaretin mene vacib olub olmamasini hardan bilecem? Onu da qeyd edim ki subayam hecce getsem atam da gede biler ve ya qardasim? Yeni onlar ziyaret ucun deyil sadece meni tek qoymamaq ucun gelseler? Yoxsa ora mutleq hecc ziyareti ucun gedilmelidir?

Ответ / Cavab

Aleykumusalam.

Həccə gedib gəlmək və orada olacaq xərcləri qarşılamaq qədərində pulun olması, canın sağlam olması, yolun açıq olması. Bunlar olarsa, həcc vacib olar.

Məkkə ziyarətini bütün il boyu etmək olar, Həcc ziyarəti isə ancaq Həcc ərəfəsində olur. Sizinlə kiminsə getməsi onların ixtiyari işidir, amma onlar da gərək həcc əməllərini icra edələr. Ora sadəcə olaraq getmək gəlmək olmur.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Allah bəndəsi |

Salam. Evvelcədən təşəkkür edirəm.Mən bilmək istəyirdim ki, naməhrəmlə (məsələn qrupyoldaşı, sinifyoldaşı və s.) Söhbətləşmək, günaha təhrik etməyən yüngül zarafatlar etmək günahdır mı?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olmaz, ancaq onlarla dərslər barədə danışmanız icazəli sayılar.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
bəndə |

Salam Aleykum.Hacı ogün sual verdim cavabladız Allah razı olsun.1)Hz Məhəmməd Peyğəmbər (s.a.v.a.s) Allah Təala duada israr edənləri sevər.Yəni olmadısa,olana qədər,tez tez duanı hacətini israrla istəmək?2)Qeyd etmişdiz israr etsək,xeyirsiz də olsa verə bilər hacətimizi.Onun ziyanını çəkə bilərik xeyirsiz olan duamızı yaşasaq?3)Xanım Zəhraya istiğasə namazında 1 yerdə ya mövlati ya Fatimə əğisini yazılıb.1 yerdə isə ya məulati ya Fatimətu əğisini.Hansını deyək?Mən neçə dəfə qılanda ikincisin demişəm səhv etmişəm?

Ответ / Cavab

Aleykumusalam.

1.Yəni duanı tələblə etmək. Elə dua etmək xatirinə bir dəfə deyib keçmək olmasın. Məsələn birinin pula ehtiyacı var və bilsə ki. filan şəxsdən əl çəkmədən istəyərsə, o miqdarı ona verəcək, ondan necə tələbkar olar, bax insan da ALlahdan bir şey istədikdə gərək belə tələbkar olssun və bilsin ki. Allah  onun son pənah yeridir.

2.Xeyirsiz olan şey həmişə ziyanlı olar.

3.Hər ikisi düzdür, sadəcə əgər Fatimə kəlməsində dayanma olarsa birinci şəkildəki kimi deyiləcək, bir nəfəsə deyilərsə ikinci şəkildəki kimi.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
tural |

salam aleykum qardawim qadinim meni cox incidir dili ve emeli ile.ne qeder bawa saliram ele 5 ildir ki eyni weydir qizimiz var 5 yawinda ona gore bowamiram.misalcun bu gun mene dedi ki anam pul gonderib gedim goturum mense dedim atam bayaq dedi mawinla 2 gun sonra goturerik eziyyet cekmesin indi qizimsa ewitdi ele bildi gezmeye gedirik agladiki menide aparin o qeder agladi mende yoldawima aciqlandim ki gorursen burdadir deme de bax Vallahi bele dedim oise ne ozunu cirirsan anqirma kimi ifadelerle meni tehqir etdi.hemde dedi ki sen deyirsen getme iwinde ol men gedecem ve dediyini de etdi men icaze vermesem de gozumun qabaginda geyindi cixdi getdi 40 deqiqe zad qayitdi geldi.inanin ki nece saatdi ozume gele bilmirem bele olan halda qadin nefeqe homunden duwur ?hemde esas odur ne edim xaiw edirem etrafli cavablandirin

Ответ / Cavab

Aleykumusalam.

Onun böyüklərinə etdiyi bu ədəbsizlikdən şikayət edin ki, onlar tədbir töksünlər.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Agaali |

salam.təyəmmumu kamil formada necə etmək lazımdı? əziyyət deyilsə başa salardınız.

Ответ / Cavab

Aleykumusalam.

Bura daxil olub baxıb öyrənin.

https://www.youtube.com/watch?v=3PE0htRLAjo

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Elcin Oruc |

Salam Eleykum. Uzr isteyirem evvela… yuxuda bosalma olduqda qusl vacib olurmu? Tesekkurler...

Ответ / Cavab

Aleykumusalam.

Bəli, istənilən halda məni xaric olarsa, qüsl vacib olacaq.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Elcin Oruc |

Salam Eleykum. Uzr isteyirem evvela… yuxuda bosalma olduqda qusl vacib olurmu? Tesekkurler...

Ответ / Cavab

Aleykumusalam.

Bəli, istənilən halda məni xaric olarsa, qüsl vacib olacaq.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Abbas |

Salamun aleykum necesiz Qala qesebesinden nizami rayonunda yerlewen Haci Sahin olan mescide cume namazina getmiwdim ve orada da cumeden sonra zojr ve esri qildim ama butov qildim sual budur ki qesr qilmaliydim ? Ve qildigimiz namazlar tezelenmelidi ? Alla sizden razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, siz orada namazları qəsr qılmalı idiniz. Qəsr şəklində təzələyin

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Nərmin |

salam, qadınlara kamera quraşdırılmış otaqda namaz qılmaq olarmı ( əgər ehtimal olunsa ki, daim nəzarət olunur)?

Ответ / Cavab

Aleykumusalam.

Bunun onların qıldıqları namaza maneəsi olmaz. Və əgər daim nəzarət olmasını bilirlərsə, o zaman orada onların ayaqlarının açıq olması barədə olan icazələri olmayacaq. Yəni ayaqlarının üstü də  örtülü olmalıdır.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Cicek |

salam.men heyat yoldashimdan onun etdiyi sehve gore kusmushem ve danishmiriq.menim bele veziyyetde tutdugum oruc,qildigim namaz qebul olunurmu.yoxsa bu halda bashqa bir hokm var?

Ответ / Cavab

Aleykumusalam.

Onun etdiyi səhfin nə olmasını bilmədən demək dügün olma, çünki bəən şəriətin dü saydığı və icaəli bildiyyi şeyləri insanlar səhf bilirlər.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
SubhanAllah |

As'Salamu Aleykum, haci qol saati taxmaq icacelidir? burda her hansisa qadagalar var?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, taxa bilərsiz, Qadağa budur ki, dərisi nəcis ya əti haram heyvandan  və ya xalis qııldan olmaya.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci, sütrə kimi tesbehden istifade etmek olar? sütrə sunnedir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli istifadə edə bilərsiz. Bunun sünnət olması sabit olmayıb.

Allah sizə yar olsun

Задан: 30 Март, 2019 , Опубликовано: 30 Март, 2019
Страница 187 из 5746 << < 183 184 185 186 187 188 189 190 191 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com