Страница 188 из 5746 << < 184 185 186 187 188 189 190 191 192 > >>
tural |

merceyi teqilidin dediyin qeyd edirdiler yeni bele fetva olub ya yox hem de hansi haram emel weklin wexsiyyet vesiqesinde gorunmeyi ya neye gore deqiq deyerdiz xaiw edirem

Ответ / Cavab

Aleykumusalam.

Müstəhəbb əmələ görə hicabı açmaq məsələsindən danışlırdı. Hicablı olmaq vacibdir və ziyarət isə mustəhəbb. Buna əsasən bildirilirdi ki, müstəhəbbə görə vacib tərk olunmamalıdır.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Emin |

Salam aleykum!Allah sizden razi olsun bize cox yardimck olirsunuz.(1) ci sualim beledir,destamaz alarken,vacibdirmi elnen evvela sag qolu dirsekden ashaga yumag?olar krantin suyunun altina tutub dirsekden ele qeder su axitmaq,yoxda shertdir el ile suyu goturub dirsekden ashaga tokmek?ve mest cekerken hansi sozleri demeliyem?(2)ci sualim ise destemaz alarken vaciben qurbeten illAllah demeliyem ya qurbeten illAllah?(3) cu sualim ise,men gece yuxida yatarken yuxu gordikde danishiram,yeni yuxuda,yuxunu gore gore danishiram,yuxu gorerken danishmamagimcun nese bir duz varmidir yatmazdan evvel o duani oxuyub yatim?(teqlidim Seyid Sistani aga)

Ответ / Cavab

Aleykumusalam.

Qolun yuyulması və bir iynə ucu qədərində belə quru yerin qalmaması vacibdir. Bundan arxayın olmaq üçün əlimizlə məsh edirik.

Vacib kəlməsini işlətmək şərt deyil, deməyə də bilərsiz. Niyyətdə isə İləllah deyilməlidir.

Yatmazdan əvvəl bir fatihə və 3 ixlas surəsi oxuyub yatın.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Sual |

As'Salamu Aleykum, haci Xususi Teyinatlilarla bagli sual yazmiwdim, bezi veziyyetlerde yedikleri bir qiraga, sadece bu qowunun esgerlerine saqqal saxlamaga icaze yoxdur bezende Namazi bele qilmaga imkan olmur, hemde gordukleri ve yawadiglari hadiselere gore esebi, soyugqanli bezende kobud olurlar, oruc tutmaq kimi vacib emelleride demek olar ki mumkun deyil icra etmek, bu insanin axiretine ziyan vura biler??

Ответ / Cavab

Aleykumusalam.

Sizin qeyd etdikləriniz imkansız olan məsələlər deyil, saqqal saxlamaq qadağan olarsa insan üzrlü sayılır.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Pervane Nuriyeva |

Salam.Oruc tutarkan namaz vaxtinacan yeyib bitirmeliyik?yoxsa gun doganacan?Birde iftar megrib azanindan sonra acilmalidi yoxsa iwa namazindan sonra?

Ответ / Cavab

Aleykumussalam

Oruc sübh azanından şam azanına kimidir. Sübh azanina kimi yeyib içmək bitməlidir.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
zehra kenizi |

salam haci evelenecyim insan var in we ALLAH elci gelmeyi duwunur citdiyik yeni ailemiz bilir her ikimizin MEN BU INSANLA GORUWMUREM cemi 1 defe goruwmuwem telfonla daniwiwam amma indi daniwmiram HARAMDI. MEN BU INSANIN CITDILIYINI SINAMAG ISDIYIREM (bir insana guven amma sinada) bilmek isdeyirem mene qarwi citdididimi bir xanimla daniwmag ehtimali varmi xalam oglundan xaiw etsem sinasin OLARMI HACI? ozum ucun isdeyirem bunu bilmek .HARAMDIMI YA HALAL

Ответ / Cavab

Aleykumussalam

Yalan danışmaq kimi haram islərlə qatisiq olarsa olmaz.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Salam |

1)Məs: yeməyə başlayanda Bismillah demək Allah sükr etmək mənasındadır?2)Ayətullah Məşkininin etdiyi Quran tərcüməsin hardan əldə etmək olar?

Ответ / Cavab

Aleykumussalam

Xeyr Allahı zikr etmək mənasındadır.

İstənilən dini ədəbiyyat satılan yerlərdən ala bilərsiniz

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Salam aleykum |

Xums kimlərə aid deyil?sistani ağa

Ответ / Cavab

Aleykumussalam

Qazanc etməyən səxslərə vacib deyil.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
AYSEEL |

Salam aleykum. 1)Min bərəkət halal neymət kolbasa sosisqası halaldır? 2) Məsənlçün onu alanda deyirlər ki halaldı halal kəsilib biz onu alıb yesək haram sayılır bizə yoxsa halal? 3) irandan gələn broler halaldı yoxsa haram? Burda iran brolerləri var o halaldı? 4) bəs irandan kolbasa sosisqa alsaq necə? Halaldır yoxsa haram?

Ответ / Cavab

Aleykumussalam

Onların halal olması barədə əlimizdə bir dəlil yoxdur.

Halal olması yəqin olmayan malı yeməyin.

Bəlli halaldır alib yeyə bilərsiniz.

Kolbasa sosiska da ala bilərsiniz.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Sual |

Salam Haci. Evli qadinla birbirine ebedi haram olmaga ancaq onunla cinsi elaqede olmaq sebeb olur? Yoxsa onunla kebin oxutduranda da bu hal baw verir? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Ərli olduqunu bilərək onunla əqd oxutdurmaqda buna səbəb olur.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Sual |

Salam Haci. İdrardan sonra tam qaydasina uygun sekilde istibra etdim. Ve duwun altinda yuyundum. Qurulananda aletden damla weklinde maye cixdigini gordum. Rengsiz idi ancaq yapiwqan deyildi. Qeyd edim ki bu zaman ozumu tam rahat hiss edirdim. Yeni deyim ki belke ozumu tam bowaltmadim deye yene sidik geldi, bele deyil. Bu halda alet pak sayilir mi? Sistani aga.

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən maye pakdır və boynunuzda bir vəzifə yoxdur

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Məmməd |

Salam. Mənim mədə və onikibarmaq bağırsağımda xəstəlik var. Bir neçə dəfə kompleks müalicə kursu almışam, amma, sağalmayıb. İstifadə edənlər suiti yağının çox xeyirli olduğun deyirlər. İstifadə edə bilərəm?

Ответ / Cavab

Aleykumussalam

Xeyr bunun üçün dərmanlar var. Onları qəbul edin.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
bende |

salam,men yoldasımnan ayrıldım ve onun razılıgı olmadan tanıs mollaya kebini pozdurdum ama sonra barısıg oldu ve mene didilerki onsuzda erin razılıg olmadan kebin pozulmur ve eyer 6 ay olmamıs barısıg olubsa tezeden kebine ehtiyac yoxdu,düzdü?bu erefede basqa birisile danısırdım ama kebin kesdirmisdimki günah sayılmasın,buda didiler sayılmır 6 ay qutarmamıs olmaz pozulmur köhne kebin xahis edirem etraflı basa salın cunki men barısıg olannan sora kebin kesdirmedim,Allah razı olsun sizden

Ответ / Cavab

Aleykumussalam

Ər talaq verməsə qadın öz bashina talaq oxuda bilməz. Əgər ər bu talaqa razı olubsa o zaman ikinci kəbin qüvvədədir. Ərlə barismaq məsələsində də əgər ər talaqa razi olmayibsa, keçmiş kəbin qüvvədədir. Oxutdurduqunuz ikinci səxslə bir birinizə əbədi haram olmusuz.

Əks halda, yəni ər talaqa razı olubsa işlərdə böyük problem yaranıb.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Sual |

As'Salamu Aleykum, Xususi Teyinatli Quvvelerde xidmet etmek olar? teessuf ki qowunun bu növü ile dinimiz bezi meselelerde ziddiyetli olur

Ответ / Cavab

Aleykumussalam

Bəli əlbəttə olar. Dinə zidd yəqin ki onların bəzi vəziyyətlərdə bəzi şeyləri yeməsini deyirsizsə, bunu aşmaq mümkündür.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Allahu Akbar |

As'Salamu Aleykum, haci haramla gunahin ferqi nedir? ve qadina hicabsiz gezmek haramdi yoxsa gunah?

Ответ / Cavab

Aleykumussalam

Haram qadaqan mənasındadır. Günah da qadagani icra etməyə deyilir.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
...... |

Salam haci. Men artiq 23 gun Qedr suresi gunde 12 defe oxuyuram hacetim ucun, yazmishdim size 40 gun ardicil oxumaq lazimdi. Her defe oxumaqdan evvel gunahlarima gore bagishlanmagimi dileyirem, sonra hacetimi Allahdan isteyirem ve 12 defe oxuyuram. Amma bu gun sheytan meni azdirib ve 23cu gun men pis videoya baxib masturbasiya eledim. Cox peshmanam. Indi men Qedr suresini oxumaga davam edim qalan gunleri yoxsa sayilmayacaq? Kitabda gunahlar haqqinda hecne yazilmayib, sadece 40 gun erzinde oxumaq yazilib hacetin yerine yetmesi ucun. Xahish edirem meni sakitleshdirin. Menim gunahimdi, amma ne edim, bele oldu. Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam

Haram işlər insanın əməllərini zay edər. Necə ki od hər şeyi yandırıb kül edir

Oxumaqa davam edin və belə çirkin işlərdən uzaq durun.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Anonim. |

Salam,oncelikle boyuklerden uzr isteyirem,yoldaşim başqa olkede işleyir,evveller 4aydan bir gelirdi,indi ise 6-7 aydan bir,bilmek isterdimki bu zaman kebin pozulurmu? Seriete gore kişi en gec ne qeder muddete uzaqda qala biler? Teşekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Ərin 4 aydan artıq qadınından aralı qalması qadağandır, amma bu kəbini pozmaz. Kəbin yerindədir.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 29 Март, 2019
Mirhuseyn |

salam aleykum hacı bir sual vermek isteyirem zehmet olmasa cavablandirin onceden teşəkürlər. Cem namazda iken eger pişnamaz sefhen şam namazinda ikinci ruketde salami deyenden sonra yanındakılardan bir nefer deyerse iki ruketdi bu ve pişnamaz hec bir namazi pozmadan qalxib üçüncü ruketi davavam edib teşehud salami deyenden sonra sejdeyi sef edir bu cur namaz sehihdirmi yoxsa hemin namazi tezelemek lazimdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Belə olduqda gərək arxada olanlardan biri ayağa durma zikrini deyə ki. pişnamaz səhfini bilə.

Əgər namazı pozan bir iş görmədən qalxıb namazı davam edib düzgün bitirərsə və bir səhf səcdəsi də edərsə, namaz düz olacaq.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 28 Март, 2019
bəndə |

Salam Aleykum.Dünən gördüm Behcət ağadan tövsiyyə olunub çox güclü hacət namazı.Cümə axşamı günü 4 rükətli qılınır.Kim qılar ona hədiyyə çatar.Peyğəmbərimiz bu namaz haqqında deyib kim qılar,yağış yağmağını istəsə,mütləq yağış yağar.1)Mən də qıldım,deməyim oki,əgər istəyimiz xeyirlidisə qəbul olar,xeyirsizdisə yox? 2)Bu hacət namazın qılmaqla,həm Xanım Zəhraya istiğasə namazı qılmaqla,qızı istəməyən oğlanın (qəlbinə istək salması niyyətinə qılıb) xeyirini görə bilər? 3)Allah xeyirsiz olan nəyisə,dua etsək xeyirliyə çevirər?

Ответ / Cavab

Aleykumusalam.

1.İnşaAllah əgər  Allahdan xeyirlisini istəsək, o zaman xeyirli olan yetişər. Əgər İsrar etsək, xeyirsiz də ola nəsib ola bilər.

2.Mümkündür, lakin mutləq deyil.

3.Xeyirsizdirsə. ondan uzaq olmaqı diləyin.

Allah sizə yar olsun

Задан: 29 Март, 2019 , Опубликовано: 28 Март, 2019
Sual |

Salam Haci. Tewehhud deyerken salavati birdefeye yox, iki defeye deyende nefes almaq vacib wertdir? Yeni men Muhammed hissesine catanda azca fasile edib (adeten yeni nefes almiram bu zaman) sonra ve Ali Muhammed deyirem, bele olar? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Fasilə verilərsə, vəqf olar. Amma fasilə az olmasın ki, səktə kimi sayılmasın.

Allah sizə yar olsun

Задан: 28 Март, 2019 , Опубликовано: 28 Март, 2019
İbrahim |

Salam. Quranda və ya hədislərdə ölülərə savab hədiyyə etmək barədə bir nüans var mı? Məsələn bu gün yasin quran və s. Oxunur Bunların savabının dünyasını dəyişmiş insanlara hədiyyə olunması düzgündür mü?

Ответ / Cavab

Aleykumusalam.

VAlideynərinizə yaxşılıq edin  buyuran ayə var. Dünyada olanlara yaxşılıq etmək məlumdur, dunyadan getmişlərə nə edək? Onlara üçün xeyirli işlər görüb savabını hədiyyə edirik.

Allah sizə yar olsun

Задан: 28 Март, 2019 , Опубликовано: 28 Март, 2019
Страница 188 из 5746 << < 184 185 186 187 188 189 190 191 192 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com