Страница 217 из 5746 << < 213 214 215 216 217 218 219 220 221 > >>
Emin |

Salam zaleykum.men sistani agani teqlid edirem.zehmet olmazsa mene gece namazinin qilinma qaydasini izahli shekilde basha sala bilmersiniz?evvelceden teshekkurler Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam

Saytımızın ana səhifəsində aşağı hissəsində ən çox verilən suallar bölümündə geniş yazı var. Onu oxuyun.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
Nicat |

salam. men bala dovsan saxlayiram iki dene. ele sortdu ki cox boyumur. onun sidiyi necisdir?

Ответ / Cavab

Aleykumussalam

Bəli onun ifrazatı nəcis sayılır.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
Emin |

Salam Aleykum Uca ALLAH sizlərdən Razı olsun. Sizdən çox çox üzür istəyirəm bağışlayın bu sualıma görə. Yatanda boynuma cənabət qüslü gəlir. Və bununlada yerim nəcis olur, yorğanda ədyalda nəcis olur. Və tez tez də yuyub təmizləmək, paklaşdırmaq çətin olur. İcazə olar ki mən qoruyucu (prezervatif) taxım və bununlada heç yerə məni, sperma dəyməsin. Və qardaş birdə həmin qoruyucu (prezervatif) bilmirəm nəcisdi yaxud pakdı. Ona görə deyirəm ki suludu yağlıdı. Çox sağ olun Təşəkkür edirem

Ответ / Cavab

Aleykumussalam

Bəli bunu edə bilərsiniz və bu halda nəcis yayılmaz.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
Esma |

Qadagan olmadigini bilirem. Ama bu duzdurmu? Inanmaq lazimdirmi? Cunki menim buna inamim yoxdu (dua boyundan asmaq)

Ответ / Cavab

Aleykumusalam.

İnanmaq şərt deyil, inanmırsızsa bu sizə aid məsələdir, kiminsə bunun xeyri olmasına inamı varsa, onu da ittiham edə bilmərik.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
solnche |

salam haci. mende chehrayi maye gelir yeni heyz deyil ama yeni bezi qadin probleminden ireli gelir. bu qusl teleb edirmi ya paltari deyishmek kifayet edermi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər qandırsa bunun bir neçə halı var. Ya heyzdir, ya istihazədir ya daxili yara qanı, Yara qanının quslu yoxdur. Heyz olmamasına yəqinliyiniz varsa o zaman istihazə biləcəkiz. Əgər qan deyilsə, daxili çirkdirsə, heç bir məsələsi yoxdur.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
Cavad |

Salam Aleykum hacı pişaver geceleri kitabının cild 1 seh77 de elini allah sayanlari birinci basa salmis basa dusmedikde 3 gun hebs etmis ve yene basa dusmedikde onlari mecbur qalib oda atib yandirmis ifadesi var ve bu sozu şie alimi sunnilere deyr ve delil getirir ne derecede duzgundur? Cavabiviza gore tesekkurler Allah size yar olsun

Ответ / Cavab

Aleykumusalam.

Onları odda yandırmayıb. Od yandırıb tustusu ilə boğularaq öldürülüblər. Bu da cəzalandırma növüdür ki, boğulana qədər tovbə edib etdiyindən vaz keçməyə şans verilir. İnsana Allah deməyin cəzası bundan da şiddətli olmalıdır. Çünki bunların qəsdi ancaq cəmiyyətdə fitnə yaratmaqdır.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 9 Февраль, 2019
Esma |

Salam. Kagiza ruzi duasi ve yaxud qorxu ve bawqalari yazdirib boyundan asmaq duzgundurmu?

Ответ / Cavab

Aleykumusalam.

Bu iş qadağan deyil.

Allah sizə yar olsun

Задан: 9 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Cavid |

Salam mənim 30 min dollar pulum var banka etibar etmirəm evdədə qorxuram saxlama ğa pulu Americanın məhşur legal Casino şirkəti var orda saxlayıram Azərbaycan banklarından daha etibar edirəm ora pulu orda saxlamaq günahdır?

Ответ / Cavab

Aleykumusalam.

Haramla məşqul olan mərkəzlərdə saxlamaq onların işinə yardımdır və haramdır. Etibar etdiyiniz adi bankladan birində saxlaya bilərsiz.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
1111 |

Salam.Fatimeyi Zehranin sehadeti ayin 8-idir,yoxsa 9-u? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Bu gecə şəhadət gecəsidir, sabah günüdür.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Sual |

Salam Haci. Komputer vasitesile isleyib pul qazanan adamin komputere bu menim corek agacimdir demesi gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Burada bir günah  yoxdur.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Elnur |

Salam, bu gün Fatimeyi Zəhranın şəhadət günü kimi sayılır

Ответ / Cavab

Aleykumussalam

Bəli bu gun şəhadət günüdür.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
...... |

Salam haci. Menim nezir vermek vaxtim hele catmayib, amma pulu ayirib qoymusham kosheloka, herden ishden qayidanda anam deyir nese alim magazadan, men o pulu xirdalayib aliram sonra anam o herclediyim pulu qaytarir. Indi pul butovdu, yerine qaytarilib, onu nezir ede bilerem yoxsa basqa puldan goturum? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Həmin əlinizdə olan pulu verin.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Raul |

Salam Haci bağişlayın narahat edirem.evvelceden teşekkür edirem 2 sualim var.1) qüsul alanda birinci baş boyun sonra sağ teref sonrada sol teref yuyulur?sistani ağa. 2) eyyami Fatime günleri ne vaxt bitir ?Xanim Zehranin 2 ci şehadeti ne vaxta tesadüf edir?cox sağolun ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bəli belədir.

Ayin doqquzu əyyam bitir.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Sevinc |

Salam. Men 3 ay olar hicaba girmiwem. Ama heledr yuxularimda hicabsiz cole cixiram ve yadima duwur derhal gedib hicabimi taxdigimi gorurem. Goresen niye beledir. Ozumu o yuxuda cox narahat hiss edirem

Ответ / Cavab

Aleykumusalam.

Bu dailinizdə belə bir təhlukənin olmasını çox fikirləşməyinizdəndir. Bu barədə çox dşünməyin . keçib gedər.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Saida |

Salam,bugun subhun vaxtinda dura bilmedim lakin namazimi 07:20 gildim bu gezaya getmiw sayilmirki?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən vaxtda sübh qəzaya getmiş sayılmır.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Sual |

Salam Haci. Satislar cox olsun deye eyni mali ferqli qiymet ve elanlarda 2 ayri magazamda satiwa qoymuwam. Bugun fikir verdim ki eyni muwteri bu haldan xeberi olmadan bu mali her iki magazamdan alib (yeqin ki duwunub ki biri digerinden daha ferqli olar). Yeni eslinde eyni mala gore 2 defe mene pul odeyib. Muwteriden her hansi bir naraziciliq ve ya wikayet yoxdur. Mallarin qiymeti de texminen 2-3 dollar arasi bir reqemdi yeqin ona gore sesini cixarmayib. Bu halda menim qazancimda nese bir haramliq var mi? Hemin muwteriye 2 odeniwin birini qaytarim yoxsa ehtiyac yoxdur? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən hlda sizin qazancınızda haram görsənmir. İki ayrı  yerdən  fərqli iyməylə alınması problem yaratmır. Əgər eyni bir mala iki dəfə pl ödəyibsə. əlbətdə biri qaytarılmalıdır.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 8 Февраль, 2019
Cosqun |

Salam aleykum Günorta namazi gün batana qederdi onu bilmek isdeyirdim

Ответ / Cavab

Aleykumusalam.

Zöhr namazının vaxtını deyirsizsə, şam azanına 4 rükətli namaz vaxtı qalana qədərdir.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Salam |

Bu zikir ya Qaziəl hacət yoxsa Qaziyəl hacət olmalıdır?

Ответ / Cavab

Aleykumusalam.

Qaziyəl hacat düzdür.

Allah sizə yar olsun

Задан: 8 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Sual |

Salam. Sistani aga cenabet quslu alanda baw ve boyunu yuduqdan sonra bedeni butov wekilde, saga sola ayirmadan adi qaydada yumaga icaze verir?

Ответ / Cavab

Aleykumusalam.

Bədənin hər iki tərəfi ayrı ayrı yuyulmalıdır.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
... |

Salam. Əlimdə bir miqdar pul varsa və bir müddətdən sonra üstünə xüms gələcək. İstəsəm o pul xərcləmədən qala bilər ancaq xüms gəlməsin deyə o pulu ehtiyacım olduğu şeyə xərcləyə bilərəmmi? Sistani ağa.

Ответ / Cavab

Aleykumusalam.

Üzərinə xums ili keçməmiş ehtiyacınız olan yerlərə xərcləyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Страница 217 из 5746 << < 213 214 215 216 217 218 219 220 221 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com