Страница 218 из 5746 << < 214 215 216 217 218 219 220 221 222 > >>
Aynur |

Salam Aleykum.Qusl alarken evvelce quslumuzu alib,quslu alib bitirdikden sonra ise bas ve bedenimizi sampun,sabunla yuya bilerik?Yoxsa qusl alandan sonra derhal cixmaq lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Cavad |

Sehere qeder namaz qilib du oxunan gunun adi nedi? Ve ne vaxtdi

Ответ / Cavab

Aleykumusalam.

Bu əsasən qədr gecələrinə aiddir ki, bu gecələr mubarək Ramazan ayının 19,21 və 23 cü gecələridir.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Cavad |

Sehere qeder namaz qilib du oxunan gunun adi nedi? Ve ne vaxtdi

Ответ / Cavab

Aleykumusalam.

Bu əsasən qədr gecələrinə aiddir ki, bu gecələr mubarək Ramazan ayının 19,21 və 23 cü gecələridir.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Salam. |

Haci.1 adam var uzr isteyirem defelerle zina edib and icibki allaha birde elemiyecem.Ehlibeyt hormetinede and icib.Indi deyirki,Yene isteyirem tovbe edim and icim.Amma gundelik nece edim yaxsi isler gorum dualar.17 Yawi var.Bu gunde getmek isteyir eyyami fatimiyye meclisine cox gunahkardida xeyri olacaqda inwallah.Hansi emeller ede biler? gundelik.2.Bu gunlerde mahniya qulaq asmar?Sagolun

Ответ / Cavab

Aleykumusalam.

Tovbə etsin, bağışlanma diləsin, öz sözünə heç olmasa dəyər versin. İnsan bu gənc yaşından bu qədər nəfsinə qul şəklində böyüyərsə, bundan sonrası daha ağır olar. İradə etməyi, nəfinə yox deməyi öyrənsin. Nəfsə güc gəlmək üçün oruc tutsun.

Harama heç vaxt qulaq asmaq olmaz. Halal olanına isə matəm günlərində qulaq asılmasın.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Abbas |

Salamun aleykum necesiz Deride yeni el hissede murekkeb bulawarsa az ve ya cox bu destamaza manedirmi ? Ve bu halda bilmeden qilinan namazlar batilmidir ? Allah sizlerden razi olsun

Ответ / Cavab

Aleykumussalam

Sulu qələm mürəkkəbi ancaq dərini rəngləyir və suyun dəriyə toxunmasına mane olan pərdə yaratmir. Bu səbəbdən qüsl və dəstəmaz üçün mane olmaz.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Necesiz |

Salam. Mnr berberem elime tuk girmisdi indi fikir verdim 2 gundu balaca tuk idi sorusmaq isdiyerdim bu qusulari ve desnamazi batil edir 2.men nece bile bilerem ki tuk ucaze vermiyib deri su kecirsin cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Xeyr bu dəstəmaza və quslə mane olmur.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Əfqan |

Salam. Bilmək istərdim dəstəmaz alarkən su mütləq dırnaq hissəyə dəyməlidir. Bir xanım var süni dırnaqdan istifadə etmək istəyir. Nə dərəcədə düzgündür?

Ответ / Cavab

Aleykumussalam

Bəli mütləq şəkildə dırnaq yuyulmalıdır.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
Sual |

Salam Haci. Sistani aganin quslle bagli deyiwiklik hokmunu mene ele catdirdilar ki men qusl verende baw ve boyunu yuyandan sonra ancaq sag terefi yumaga kecende fasile verdim. Sagdan sola kecende yox. Mene ele catdi ona gore. Qusl duzdur mu? Mene indi dediler ki onsuz da Sistani aga bedeni 2 uzve bolur. Baw-boyun ve beden. Ona gore de esas baw-boyundan sonra fasile vermekdi. Duzdur mu?

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən kimi etməniz quslu pozmur, qülünüz düzdür. Bədənin iki hissə olması Seyyidin rəyində var, yəni saq və sol tərəflər.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 7 Февраль, 2019
khhhh |

salam haci 6 gun talibimn anasi ve bibileri sopete xeyr iwe gore gelecekler anam ve qardawlarim ayaglarin diriyibki olmaz mene ne meslehet gorursuz ne duasi edib ne zikri edim

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla onların nədən inad etməsi bilinməlidir. Bəlkə tutarlı dəlilləri vardır ki. bu işin əleyhinədirlər. Onların fikrlərini öyrənin və öz fikrinizi də onlara deyin.

Allah sizə yar olsun

Задан: 7 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
...... |

Salam haci. Men bu gun bir neferle danismisam o deyir ki sunniler duzdu men ise dedim men sie terefdariyam, o mene subut getirmek istedi men ise subut getire bilmediyim ucun ona dedim ki men sadece imamlara inaniram ve peygembere ve s. amma daha subutum yoxdu hec bir delilim. Ele bil ozumusam amma delil isteyende yadima dusmur. Dedim gel sohbeti baglayaq sen oz fikrinde qal men ise oz. Sehv etdim? Duzdu savadim yoxdu men sehvimdi bilirem.

Ответ / Cavab

Aleykumusalam.

Düz etmisiniz. Təhsili olmayan kəslərin bu mövzuda  bəhs etmələri düzgün deyil, ancaq problemlər yaradar. Ona da bunu anladın. Məzhəblər arası məsələlər ancaq hər iki tərəfin alimləri araında bəhs olunmalıdır.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
tural |

salam aleykum qardaw.qadin heyzin ilk gunu cimmeyi mekruhdur ?er qadina deyir ki cim etrin yaxwi gelsin qadinsa heyz vaxti cimmeyin mekruh oldugunu vurgulayir

Ответ / Cavab

Aleykumusalam.

Çimə bilər, məkruh deyil, hansısa rəydə kərahət bilində belə, kərahət qadağa deyil.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Aybeniz 40 |

Salam 1. oyrenmisem ki Xamenei agaya teqlid edenler zooparkin yanindaki Nejad aga oldugu mescide xumsunu vermelidi?eger Nejadaganin hemin gunu tapa bilmesem ordaki basqa numayendeye vere bileremmi?2 qiz ovladi olan ailede en cox anaya yoxsa ki ataya savab yazilir? umumiyyetle Allah bir qadini terif etmek istedikde ona qiz ovladi verer.esitmisiz bu fikri?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

1.Əgər Ağa Xameneinin xumsunu qəbul etməyə səlahiyyətləri varsa verə  bilərsiz.

2.Həmin qızı gözəl şəkildə böyüdüb tərbiyə etmədə daha çox zəhmət çəkənə.

Qız övladı rəhmətdir.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Fatimə |

Salam. Xanım Zehranin movludu ne vaxtdı ? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Fevralın 25 i olmalıdır.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Emin |

Salam Aleykum.bilmek isterdim namaz esnasinda ruku secde edende tekbir deyilmesi dogrudurmu ve namazi batil edirmi?evvelceden teshekkurler Allah razi olsun bizlere cox yardiminiz toxunur.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, rukuya getməmişdən əvvəl, qayıdandan onra, iki səcdə araında təkbir demək müstəhəbdir.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
day day |

SALAM aleykum köhnə kiril əlifbası ilə bir kitab tapıb mənə gətiriblər zibillikdən.Burda da quran ayələri və namazdan sonra oxunan dualar var.Ayələr həm ərəb dilindədir həm də ki oxunuşu və kirilcə yazılışı var.Atam namaz qılmır və heç vaxt da cənabət qüslü almayıb.Onu haqq yoluna gətirmək üçün kitabı ona verə bilərəmmi.Ərəbcəsinə də toxuna bilər.Qorxuram günaha düşəm.Mən nə edim

Ответ / Cavab

Aleykumusalam.

Ərəbcəsinə toxunmadan oxusun.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Sual |

Salam Haci. Deyilene gore Mewhed ziyaretine ilk defe geden wexsin orda etdiyi duasi qebuldur. Sualim budur ki duada can verende Imam Rzanin yanimda olmasini istemeyi meslehet gorursuz? Ya onsuz da Imam Rza gelecek zevvarlarinin komeyine, basqa dunyevi hacetimizi dua edek orda? Ne meslehet gorursuz?

Ответ / Cavab

Aleykumusalam.

İmam Rizanı ilk ziyarət edənin  duası qəbul olar. Bu dualarda axirətiniz üçün dualar edin. Dünya işləri bir yolla  keçib gedər.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Anonim |

Salam Haci. Size 3 sualim olacaq ziyaretle bagli. 1) Novbeti Meherremlikde Erbein vaxti hansi ayin necenci gunune dusur? 2) Kerbelada Erbein zamani Aganin yanina piyada getmeyi qacirmamaq ucun Bakidan ne zaman cixmaliyiq? 3) Aganin ziyaretine qara paltar geyinmeyi meslehet gorursuz yoxsa daha urekacan rengde geyine bilerik? Allah razi olsun sizden.

Ответ / Cavab

Aleykumusalam.

1.Oktyabrın 19 na təsadüf edəcək.

2.Əgər qruplarla çıxacaqsınızsa, bunu qrup rəhbəri muəyyən edir. Təqribən 10 gün qabaq bakıdan çıxılır.

3.Əzaya getdikdə qara geyinmək daha məqsədəuyğundur.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Aydin |

Assalamu aleykum.Tutaqki,camaat namazı qiliriq,cərgənin ortasındayam,və ozumdən asili olmayaraq 2 ci rukətdə məndən yel xaric olur və dəstəmaz pozulur.bildiyimə gorə namazda cərgədən çixmaq olmaz orta boş qalır,və biri cərgəni doldurmalidir.Cərgəni dolduran da namazda tərpənmiş olur(namazda tərpənmək olmaz).Belə bir vəziyyətdə nə etməliyik.

Ответ / Cavab

Aleykumusalam.

Həmin şəxs cərgədən çıxacaq, yerdə qalanlar bir biriniə yaxınlaşaraq ya arxadakı irəli gələrək onun yerini doldracaq.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Sual |

Salam. 1.Rufet muellim: Destenamaz almamiwdan evvel ellermi uzumu yuyuram ve uzum yaw yaw niyyet edib uzume su atib destenamaza bawlayiram , bu destenamaz duzdumu ? niyyetden evvelki yuma 1 ci yuma sayilirmi?2.bu guncun ayet namazi vacib oldu? 3.zelzele dunen gece olub bu gun axwam wam namazindan sora ayet namazi qilsaq qeza niyyeti ile olacaq? 4.Sistani aganin qusulla bagli hokmlerinde ne deyiwiklik var?

Ответ / Cavab

Aleykumusalam.

Bizim adımız Rufət deyil.

1.Xeyr niyyətdən əvvəl yuyulan dəstəmazdan sayılmaz.

2.Bəli, zəlzələ his olunan yerlərin insanları ayət namazı qılsınlar.

3.Xeyr, qəza deyil.

4.Duş kimi su ardıcıl gələn yerlərdə qüsl edərkən  hər tərəfi yuyub bitirəndən sonra suyu ya kəsməli ya suyun altından çıxıb o biri hissəni yumaq üçün yenidən daxil olmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Ayan2 |

Salam. 1.Ayaq barmaqlarınln arasının yaş olarsa dəstnamaz almaq olarmı?Və ya nəm olsa olarmı? Yoxsa təmiz qurumalıdır? 2.Oruc vaxtı imalə etmək olmaz(Sistani ağa).Bəs oruc vaxtı qəbiz olursa insan. Oruc açıldıqdan sonra qəbizlik əleyhinə çay içə bilərmi? Və yenə sabahı günçün oruc tuta bilərmi? 3.Qoluma krem vururam. Dəstnamaz və ya qüsl vaxtı yuyuram. Amma getmir. Sabunlayıram, sürtürəm yenə getmir, yapışqan kimi qalır. İstənilən krem belədir. Bu halda qüsl və ya dəstnamaz almaq olarmı? Çox sağ olun. əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumusalam.

Ayaqın üzəri quru olara məsh etmək olar.

İftardan sonra bunu tməyin heç bir eybi yoxdur.

Suyun dəriyə toxunmasına mane olmursa eybi yoxdur. Həmin halda qüsl dəstəmaz ala bilərsiz

Allah sizə yar olsun

Задан: 6 Февраль, 2019 , Опубликовано: 6 Февраль, 2019
Страница 218 из 5746 << < 214 215 216 217 218 219 220 221 222 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com