Salam gununuz xeyirli ve ugurlu olsun.zehmet deyilse mene kafirun suresini yaza bilersiniz:evvelceden Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Bismillahir rəhmanir rəhim
Qul ya əyyuhəl kafirun 1. La ə`budu ma tə`budun 2. Və la əntum abidunə ma ə`bud 3. Və la ənə abidun ma əbədtum 4. Və la əntum abidunə ma ə`bud 5. Ləkum dinukum vəliyə din 6.
Salam. Men teze hicaba girmiwem. Indi qohumlarimdan bezileri varki (xalam oglu,yoldawimin dayisi oglu) evveller elnen salam vererdiler. Indi birden ellerini uzatdiqda men nece reaksiya vere bilerem?
Ответ / Cavab
Aleykumusalam.
Əlinizi sinəizə qoyub ehtiram göstərin və əl uzadacaq qədərində onlara yaxınlaşmayın.
Salam aleykum. Qəsbi yerdə namaz qılmaq necə olur, tutaq ki mən bir evə getmişəm, o evin xalçasında namaz qılmaq istəyirəmsı o evin xalçassının qəsbi olub olmamasını soruşmalıyam? 2)cibdə qəsbi pul olanda o şalvarda namaz qılmağın hökmü nədir? 3)və üzr istəyirəm əgər cibdə spermaya bulanan dəsmal olsa necə, bu haalda namaz batildir? 4) əgər pul tikilməkdə olan evin xərclərinə sərf olunarsa və bu zaman artıq pul qalmazsa, əksinə hər an pul lazım olarsa, yenə də xüms çıxarılmalıdır? Allah yardımçınız olsun.
Ответ / Cavab
Aleykumusalam.
1.Məsələn kiminsə mülkündə onun icazəsi olmadan namaz qılmaq, kiminsə əlindən zorla alınmış yerdə namaz qılmaq, 2.Bu namazı pozmur.
3.Əgər tək başına ayıb yerləri örtəcək qədərində olarsa namazda üzərinizdə olmamalıdır.
4.Bu il ərzində olarsa və il başına artıq qalmazsa deməli xumsa da düşməz. Xums artıq qalana düşər.
Cox sag olun cavabiniz ucun men bilmey isteyirdim haram isler hansilardir? Men emeliyyatci isleyirem. Bilmirem haramdir ya yox. Musterilere xidmet isidir. Birde basqa sualim da var. Men xalamgildeydim bugun xalamgil dedi pizza zakaz edek etdik getirdiler pizza qapiya catanda xalamin yoldasi qapinin sesin esitmedi men acdim pizzanin pulun verdim. Sora xalam eri gelib gordu pizzalar gelib ne qeder sorusurdu nece verdin demirdin axiri dedim 20 manat verdim dogurdan da 20 manat tutmusdu men elave de oglana getirmeyine gore 1 manat vermisdim ama xalam erine utandim 21 demeye tek pizzanin qiymetin dedim o da inanmirdi ele bilirdi qesden az deirem axirda and icdim Allaha 20 vermisem tek pizzanin qiymetin dedim ele bil oglana catdirmagna gore 1 manati demedim. Size sualim budurki men 21 vermisdim ama xalam erine 20 dedim ve buna da and icdim gunahdir bu? Ele bil tek pizzanin qiymetn dedim
Ответ / Cavab
Aleykumusalam.
Risalə kitablarında bankın hökmləri var. Onalrı oxuyun və bank əməliyyatlarından hanının haram olub olmamasını biləcəksiz.
Siz ona pitsanın pulunu demisiz və dediyiniz də düzdür.
Salam. Mənim sizə 2 sualım var. 1)Bizim dində hər cür faiz haramdır? Bəs İslamda bank necə fəalliyyət göstərməlidir ya da əmanət yığmaq istəyən şəxs heç cür faizlə onu əmanət edə bilməz? 2)dəniz məhsullarından balıqları çıxmaq şərti ilə xərçəng,səkkizayaq,midye, kalamar və s. halaldır yoxsa haram? Öncədən təşəkkür
Ответ / Cavab
Aleykumussalam
Riba sayilan faiz haramdır. İslam bankları var. Onlar islami qaydalara əsasən fəaliyyət göstərir.
As'Salamu Aleykum, haci xums nece cixardilir etrafli yazardiz zehmet deyilse ve ne vaxt cixardilmalidir, indiyene qeder cixardilmayib bizde
Ответ / Cavab
Aleykumussalam
İnsa qazanc etdiyi gündən bir il keçdikdən sonra artıq qalanina xums vacib olar. Bu zamana kimi verilmədikdə,insan xumsu başa düşən kimi gərək xumsu ayira. Ötən illərin xums məsələsini isə xumsa vəkil olan nümayəndələr ilə həll etməlisiz.
Salam aleykum. Hacı onda mən belə başa düşdüm ki mənə verilən hədiyə paltarda namaz qıla bilərəm, baxmayaraq ki bu geyim hədiyyəsini mənə verən adam özü heçvaxt xüms çıxartmayıb.
Ответ / Cavab
Aleykumussalam
Onun sizə verdiyi malın üzərinə xums gəlib gəlməməsi məlum olmadığından onu xumslu saymayacaqsiz.
Salam. Sual-cavabların birində oxudum ki, tibbi spirt su ilə qarışdıqda məstedici halına gəlsə nəcis olar. Üzümə tibbi spirt vursam, sonra yusam, su dəyəndə nəcis olar? Allah razı olsun
Salamun aleykum hacı. Sizə 2 sualım olacağ cavablandırsaz sevinərəm). 1)alın yazısı ( var olub olmaması barəsində) haqqında çox mübahisələr olur siz bu məsələyə necə izah verirsiz? 2) bütün kəndimizdə belə bir fikir varki fatihə surəsini oxuyanda səhv etdikdə 7 dəfə salavat çevirmək onu əvəz edir. Bu barədə bir məsləhət versəz çox yaxşı olar:) Allah sizdən razı olsun!
Ответ / Cavab
Aleykumussalam
Mütləq alın yazısı yoxdur. İnsan müəyyən çərçivə daxilində azaddır. Əgər hansısa yazı olsaydı o zaman azadliqin məntiqi açıqlaması olmazdı. bu et,bunu etmə əmrlərinin hansı məntiqi olardı.?
Belə şey yoxdur. Səhf oxunubsa yenidən düz oxunmalıdır.
Salam. Bir sualim var,cenabet ve heyz qusulu olmadan mescide girib dua etmek gunahdirmi? Mescid ve ziyaretgaha getmek qadagandirmi. Onceden tesekkurler.
Ответ / Cavab
Aleykumussalam
Bu halda məscidə daxil olmaq haramdır. Ziyarətgahlara o zaman daxil olmaq olar ki bu məscid daxilində olmasin.
Salam Aleykum. 1) atam indiye qeder xüms çıxartmayıb, amma gelen ilin evvelinden İnşaAllah çıxaraq, yeni bu ilin yanvar ayı teyin etdim ki gelen ilin yanvar ayı çıxarılsın. Yeni, müddet teyin edilibse, baxmayaraq ki bundan evvel xüms çıxarılmıyıb müddet teyin edilenden sonra qazanılan pullarla alınan geyimler qesbi sayılır yene de? 2) xüms vermeyen adamın verdiyi hediyye geyimde namaz batildir? Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
Belə olmaz. Siz gərək indi bütün əlinizdə olan pul və pul əvəzi seyləri hesablayıb xumsunu ayırasız. Ondan sonra siz il təyin edəcəksiz. Sizin təyin etməniz düzgün deyil. Gləcəyə hökm etmək olmaz.
Salam. 1)Düzdür ki qulaq cingildəyəndə kimsə səndən danışır deməkdir? 2) İnsan öz günah əməllərini peşmançılıq niyyətilə açığa çıxartmasında eyib var? 3)Müəllimin şagirdin tələbənin üstünə səsini ucaltmasına ya vurmasına haqqı var?
Ответ / Cavab
Aleykumusalam.
Bunun heç bir əsası yoxdur.
Bəli, günahı zikr etmək də günahdır. Allah yanında günahları etiraf edin.
Salam. Sabah refiqemin ad gunusudur. Hec bir sadyanaliq olmayacaq sadece yemek falan bisirecekler ve bizide devet edibler. Getmek olarmi? Eyyami fatimeye gore sorusuram
Salamun Aleykum. İşa namazının 4-cü rükətinin 2-ci səcdəsindən sonra təşəhhüddən əvvəl əstəğfirullahi Rəbbi və ətubu ileyh dedim namamaza davam etdim. Namaz batildir?
Salam əleykum 1.durğun suda dəstəmaz almaq olar ? 2.hacı idarədə işləyirəm və şirkətə keçmək üçün müəyyən məbləğdə pul vermək lazımdı bu pulu verməkdə bir problem yoxdu ki dini baxımdan ? Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, əgər pak və saf sudursa dəstəmaz ala bilərsiz.