Salam Eleykum… Ayet namazi nece qilinir duzdu zelzele hiss olunmadi burda ammaki namazin qilinmasini bilmek isteyirem, 2 ruket namaz sadece niyyetinde ayet namazi qiliram deyilmelidir yoxsa nece….
Ответ / Cavab
Aleykumusalam.
Ayət namazı iki rükətdir və hər rükətində 5 ruku var. Bunu qılınma qaydası da iki cürdür.
Ya hər rukudan əvvəl həmd və surə oxunur, yaxud da bir surəni 5 yerə bölüb hər rukudan əvvəl bir hissəsi oxunur. məsələn; Fatihədən sonra «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin.
Salam 1) islam əxlaqı baxımından valideyn və ya hansısa yaşca özündən böyük adamın yanında öz uşağını qucağına götürmək, öpmək və ya əzizləməyə necə baxılır? 2) islam əxlaqına aid hansı kitabları oxumağı məsləhət görərdiz?
Ответ / Cavab
Aleykumusalam.
Bu işin özlüyündə qadağası yoxdur, lakin bəzi adətlərdə bu qəbahətli sayılır. Hər kəs də gərək öz elinin ya yaşadığı muhitin adətlərinə ehtiramla yanaşsın.
Elə İslam əxlaqı adında kitablar var. Onları oxuyun.
Salam Haci. Bakida yawayiram. Ayet namazi vacib oldu bu zelzeleye gore?
Ответ / Cavab
Aleykumusalam.
Bakıda zəlzələ olmasından xəbərsizik. Əgər heç kəsin hiss etmədiyi kiçik nəsə olubsa, bu ayət namazının vacib olmasına səbəb olmaz. Əgər həqiqətən zəlzələ baş veribsə gərək ayət namazı qılınsın
Salam aleykum haci 17 yasimda namaza basdamisam esgerliyde ve 17 yasima qeder birliyde 4 ilə yaxin qezam var. Qilmagim vacibdi? Ramazan ayi sehere qeder qalib namaz qilsam fasile ile qezalarimdan silener yoxsa musteheb sayilar ve qezalarim oldugu kimi qalar ?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, onları qılmalısız və boynunuzdadır.
Əgər qəza niyyəti ilə qəzalarınızı qılsaz, əlbətdə qəzalardan silinər. Qəza niyyəti edilməsə qəzalara aid olunmaz.
salam aleykum qardaw menim yoldawim cox acidill aniwir arada anam bir soz deyen kimi menlede aci daniwir girir otaga whatsappda aciq verici sozlerle status yazir gynah deyil bu qadina ?
Ответ / Cavab
Aleykumussalam
Ona mehribanlıqla etdiyi işin yaxşı iş olmadığını başa salin və xoş rəftar olmanın gözəlliyin anladin.
salam haci. suala gore uzurlu sayin. men heyz idim. dunen qusl aldim. sonra qirmizili qehveyi kimi azacig bir shey geldi menden boynuma yeni qusl geldimi? ya yuyunub paltari deyishsem kifayet edermi?
Salam. Bir xanim yoldashindan telaq almaq isteyir. Amma ala bilmir. Sebeb o dur ki, yoldashi 2015-ci ilden burdan gedib Qazaxistana ve o vaxtdan bir defe de elaqe saxlamayib ailesi ile. Xanim yoldashini tapa bilmediyi ucun telaq ala bilmir. O bu veziyyetde nece etmelidi? Kime muraciet etmelidi? Tesekkurler evvelceden.
Ответ / Cavab
Aleykumussalam
Yoldaşının yaxınlarından onun əlaqə nömrəsini alsın. Yəqin ki bu insan yox olmayib, kimləsə əlaqə saxlayır.
Salam. Bele bir sualim var sizlere evvelceden teshekkur edirem cavaba gore - Sacima kraska qoydugum ucun sacimi yuyanda suya birazda olsa reng cixir. Men bugun qusl alanda suya reng cixsa qusl duzdur? ve ya bu shertler altinda nece qusl ala bilerem?
Ответ / Cavab
Aleykumussalam
Saçı yuyub rəngi aparın, sonra qüsl edin. Hiss olunmayacaq dərəcədə az olarsa eybi yoxdur.
Salam, bu suali bilirem defelerle sorusulub, amma her defe umumi cavab verilib, bankda kredit mutexessisi islemek, verdiyi kreditlerden bonus almaq haramdir ya yox? Bank ozel bankdir sehmlerin bir qismi de ereblere mexsusdur.
Salam Aga. Allah yolunda verdiyimiz her bir manat deyerlidi Allah ucun? Ya deyere minmesi ucun gerek cox feda edek, cox xercleyek? Meselen men bir feqire ya xesteye 50 manat vere bileceyim halda 15 veriremse, bu yene de deyerli sayilir? Umid edirem sualimin megzini catdira bildim.