Belə deyək ki, bu iş qədimlərdə baş verirdi, amma İslam dini gəldikdən bu məsələ atıq bitdi, yəni cinnlərin nsanlara musəllət olamları qurtardı. Son dövrlərdə bu məsələni qabardanlar ya şou göstərənlərdir, ya da psixoloji sarsıntı kçirmiş insanlar.
Salam Haci....Bezen olur ki,restoranlarda oturub nahar edirik,men bu halda etin halalligini sorusmaliyam ya umumiyyetle elw yerlerde yemek yememeliyem?..Tesekkurler
Ответ / Cavab
Aleykumusalam.
Toyuq və kolbasa məmulatlarının halal olub olmaması, balığın pulcuqlu balıqlardan olub olmamasını öyrənin. Mal və qoyun ətinin halallığını axtarmağa ehtiyac yoxdur.
Haram və nəcis yeməklər təklif edilən yerlərdə yemək yemədən çəkinin.
Aga Salam. Cizgi film qehremanlarinin sekillerini satiram. Arxa fonlari yoxdur. Bu da satilmaqlarinin esas xususiyyetlerinden biridir. Bu gun fikir verdim ki bezi sekillerde arxa fonda xirda ag rengde hisseler qalib. Bele amma arxa fonu yoxdur, sadece leke kimi qaliblar. Qeyd olunan mesele menim qazancima haramliq getirmez? Musteriler istenilen an wikayet ede ve pulu geri ala bilerler, ve hec bir wikayet de yoxdursa qazanc halaldir mi? Wikayet olarsa zaten pulu geri qaytaracagiq. Sistani aga.
Ответ / Cavab
Aleykumusalam.
Bilərəkdən belə hal baş verməyibsə haramlığı olmaz.
Salam Aleykum. Bağışlayın, narahat edirem. Menim Əlhəmdülillah 2 dənə uwagim var. Boyuk saglam balaca ise xestedir.qan xestesi tallassemiyadi. Bilmirem xestelik barede melumatiniz var ya yox. Uwaga ayda 2defe qan kocur yawamasi ucun. Və bu bütün orqanlari stroydan cixardir ciyər. Dalaq. Gelecekde dalaq əməliyyatı və s. Və bu ömrünün axırına kimi belə davam edəcək Allah nə qədər ömür yazibsa. Bunun mualicesi yoxdu yeni.Cox ezab cekir körpəyə elimden isə hecnə gelmir. Mən isə özümü bagiwlayammiram. Və sual budur ki , bagislayin, mən tezelikce hamile qalmiwam. O xesteliyin hamilelikde analizi var. Hamileliyin 4 ayinda analiz edib deyirler dogulacaq uwaq saglam olacaq ya xeste. Bagiwlayin Allah o derdi mənə birde vermesin Allah uzaq eləsin inwAllah , əgər xeste olsa omurluk uwaga ezab vermekdense gotuzdursem uwagi çox mu gunaha batmiw olaram? Allah gunahimi bagiwlayar mi ?
Ответ / Cavab
Aleykumusalam.
İlk olaraq onu deyək ki, dəfələrlə hamilə vaxtı uşaqlara qoyulan xəstə diaqnozunun səhf olduğunun şahidi olmuşuq ki, uşaq dunyaya tam sağlam olaraq gəlib. Bəzən əksi də olub, yəni saqlam bilinən xəstə dunyaya gəlib. Bu səbəbdən belə bir addımın atılması məntiqən də düzgün deyil.
Uşağın götürülməsi sözü abort kəlməsi kimi uşağı öldürmək. parçalayıb tikə tikə ana bətnində xaric etmək cinayətinin yüngül adıdır. Həmin uşağın dunyaya gəlmək istəyib istəməməsi qərarını biz vermirik. Onu öldürmək cinayətdir.
Salam Aleykum. Bir sual vermek isteyirem. Bir dostum var. Cox vaxt gelir zina etdiyi seylerden danisir. Hezz alirmiscasina. Men cox vaxt goruslerden yalan uydurub uzaqlasmisam. Utandigimdan. Allahdan utandigimdan. Bu yalan danisib uzaqlasdigima gore gunaga batirammi? Ve bu dostlardan elaqe kesmeliyemmi?
Ответ / Cavab
Aleykumusalam.
Yalan danışmayın, onu nəsihət edib haramdan çəkindirin. Əgər haramda israrlı olarsa, ondan uzaq olun.
Salam. Təcviddə qeyd edilib ki sakin "ra" dan əvvəl vəsl həmzəsi olduqda "ra" hərfi təfxim olunur. Baxmayaraq ki, vəslədən qabaqkı hərf kəsrəli ola. Bu halda Bəsmələdəki vəslədən sonraki sukunlu ra hərfləri təfxim olur?
Ответ / Cavab
Aleykumusalam.
Bəsmələdəki Ra iki dənədir birincisi sakin, ikincisi isə fəthəlidir. Bu səbəbdən təxfim oxunacaq.
Salam.Piano və ümumiyyətlə musiqi alətləri,müğənnilik,musiqi dinləmək haramdır?Əgər musiqidə tərbiyəvi sözlər,Allaha yaxınlaşdıran sözlər varsa bəs onda?2)Haramdirsa niyə haramdır? Çox sağ olun,sabahkı Cüməniz mübarək,Allah sizdən razı olsun
Ответ / Cavab
Aleykumusalam.
1.Musiqi alətlərindən halal olanını tanımırıq. Halal musiqiyə gəldikdə isə qeyd edilən sözlər halal musiqi altında olarsa qulaq asıla bilər.
2.Hər bir haramın iyəsinin dalınca gedilməz. Xəstəyə filan filan seylər ziyandir dedikdə ondan niyə ziyandır deyə soruşulmur.
salam aleykum hacı. bir qadın məndən bir məsələ soruşdu, xaiş etdi ki, öyrənib deyəm. qadın deyir ki, birdən durduq yerdə belə bir hiss gəlir ki, filan surəni mütləq oxumalıyam, yoxsa oxumasam elə bilirəm ki, usagıma nəsə olacaq. oxuyanda da cox oxuyuram yoruluram. deyir bu nədəndi, birdən birə belə hiss gəlir. cox sagolun əvvəlcədən
Ответ / Cavab
Aleykumusalam.
Bu qadının daxili fikirlərindəndir və heç bir əsası olmayan bir şeydir. Yəni istədikdə edə bilər və ya etməyə də bilər.
Salam Aleykum. Xümsü zəkatı verilməyən pulla alınan paltarda namaz qılmağın hökmü nədir? QEyd edim ki bu vaxta qədər bunun bir problem olduğunu bilməmişəm.namazlarım batil sayılır məgər? 2. üzr istəyirəm alt paltarları belə xümsü verilməyən pulla alınsa olmaz? Sistani Ağa Allah yardımçınız olsun.
Ответ / Cavab
Aleykumusalam.
Qəsbi sayılır. Qəsbi paltarla da namaz batil sayılar. Bu vaxta qədər bilinməyənin məsələsi yoxdur, bundan beləsi düz olmalıdır. Bu istənilən paltara aiddir.
Salam size 2 sualim yene var 1)Rabbəna atina fid dunya həsənətən və fil axirəti həsənətən və qina əzabənnar ne demekdir ve duzgun yazilibdir kina yoxsa qina (yeni bizim q sesi)2)Ayetil kursu huvel eliyyul ezim -nen qurtarir yoxsa ardinda oxumaq mutleqdir?Evvelceden tewekkurler
Ответ / Cavab
Aleykumusalam.
Yazdığınızın üzərində dəyişiklik edib düzəltdik. Mənası budur. Rəbbimiz bizlərə dünyada və xirətdə yaxşılıqlar əta et və bizi oddan uzaq et.
Daha dolğun və düzgünü 3 ayəni oxumaqdır, xalidun-a qədər.
SalamAleykum.Cavab ucun minnetdaram,,,Namazlari evvel vaxtda gilmagim ucun yazmisizki,bir nece degige ehtiyat edim,sizden bir gunluk namaz vaxtlarini istemiwdim,sizin yazdiginiz vaxt as-salat info saytindaki vaxtla bir saat ferg var,menim bir nece degige ehtiyat etmeyim nece duzgun olar?Siz yazmiwdiz subh namazi 06.59,amma saytda 05.56,her uc namazdada zohr ve esr namazindada eyniyle bir saat vaxt fergi vardir,Men caliwiramki,namazi vaxtinda gilim,,siz ne meslehet gorursuz?sayt duzgun deyilse,hardan oyrene bilerem???Xahiw edirem meni duzgun bawa duwun,men her namazda bir saat gozleyim???
Ответ / Cavab
Aleykumusalam.
Bir saat fərqin yaranması Azərbaycanda saatların çəkilməməsi ilə bağlıdır. Bizim əlimizdəki vasitələr buranın vaxtına tənzimləndikdən belə hal yaranıb. Diqqət edilsə məlum olur ki 3 dəiqə fərq var.
Siz elə ehtiyata əməl edərək həmin saytdakı vaxtlarla namazınızı qılın.
Salam. Bir insan var deyir necə edim ki, bütün əməllərimi ixlasla edim? Məsələn Allaha xatir bir iş görmək istəyir o anda beyninə gəlir ki bu işi görsə camaat yanında nüfuzu artacaq. Niyyət qarışır deyə o işi görmək istəmir. Həmin anda insan nə etməlidir? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Belə fikirlər beyninə gəldikdə onları kənara qoysun sadəcə. Bunu edən şeytandır ki, fikrini pozur. Onun bu vəsvəsələrinə əhəmiyyətsiz olmaq lazımdır.
Salam Qadin azan iqameni oxumaz namazda bu fikir duzdu ?men oxuyuram gozum gah mohure baxir gah yox deqiq bilmediyim ucun amma namazi mohure baxib qiliram Xahiw edirem etrafli cavab yazin azan ve iqame haqda
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, səhfdir, azan iqamədə qadın kişi fərqi yoxdur.
Azan iqamə zamanı üzü qiblədən döndərmək namazı pozmaz, çünki bunlar namazın tərkibi deyil. Təkbirətul ehramla namaz başlayır ki, ondan sonra qiblədən üz çevirmək olmaz.
salam, bizim ovladimiz gezmir daniwmir deye bize meryem suresin yazib usdunde usagin saxlamaq tovsiyye olundu, haci bu aye ile wefa tapmaga komey olar Allah? ve qurandan hansisa ayenin uzun cixartmaq olar? Allah hec kimi ovladi ile sinamasin.
Ответ / Cavab
Aleykumusalam.
İnşaAllah kömək olar. Dualar edin , Əli Əsğər ağanın adına nəzr edin ki, inşaAlllah şəfa tapsın, Həzrət üçün əza məclisi qurasız.